Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3196/2023 30.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Süleymanova (Cortmenadze) Səmirə Raqif qızına, Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarış qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi : İddiaçı cavabdehlər Süleymanova (Cortmenadze) Samirə Raqif qızına, Bakı şəhəri 14 saylı notariat ofisinə və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması, çıxarış qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 1D saylı fərdi yaşayış evi və xüsusi mülkiyyətdə olan 0,0450 ha torpaq sahəsinə və ünvan 1 ünvanında yerləşən (ümumi sahəsi 17,2 kv.m. olan) qeyri-yaşayış binasına dair xx.xx.2023-cü il tarixli, 2V-116 və 2V-117 reyestr nömrələri ilə qeydiyyatı aparılmış Cortmenadze (Süleymanova) Samirə Raqif qızının adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsini və Süleymanova (Cortmenadze) Samirə Raqif qızının adına olan Bakı şəhəri, ünvan 3nə dair Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-116 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023cü il tarixli qeydiyyat üzrə verilmiş çıxarış qeydinin və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 17,2 kv, m. olan qeyri-yaşayış sahəsinə dair (ümumbirgə pay) Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-117 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixli qeydiyyat üzrə verilmiş çıxarış qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o və qardaşı Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 1D ünanında qeydiyyatda olmaqla yaşamışlar, bacısı isə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 12/19, mənzil 47 ünanında qeydiyyatdadır. X1 mülkiyyətində Bakı şəhəri, ünvan 3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli çıxarış əsasında mülkiyyətində olmuşdur. X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Anası öldükdən sonra bacısı onun Türkiyə Respublikasında olmağından istifadə edərək, qardaşı və onu vərəsələr siyahında adını qeyd etdirmədən, sözü gedən əmlakı tam mülkiyyətli olaraq öz adına rəsmiləşdirmiş, bununla bağlı 23 may 2023-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış atmışdır. Qeyd edir ki, 23 may 2023-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarışın şəklini bacısı bir müddət əvvəl ona yollayaraq əmlakın onun olduğunu, bacı qardaşına isə pay düşmədiyini qyed edərək çıxarışı göstərmişdir. Bununla bağlı notariat hərəkətlərini Bakı şəhəri 14 saylı Notariat ofisində həyata keçirilmişdir. Mübahisə ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə və Bakı şəhəri 14 saylı Notariat Ofisinə vəkil sorğuları göndərilmiş, müvafiq olaraq xx.xx.2023-cü il tarixli və 01 avqust 2023-cü il tarixli cavablar əldə olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə xx.xx.2023-cü il tarixli sorğuya cavabda bildirilmişdir ki, Cavabdeh3 adına Bakı şəhəri, ünvan 3 Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 2V-116 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 17.2 kv.m olan qeyri yaşayış sahəsi (ümumibirgə pay) Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 2V-117 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023cü il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Cavabdehin qeydiyyatda olmadığı halda, iddiaçı və qardaşının qeydiyyatda olduğu və yaşadığı, analarından miras qalmış Bakı şəhəri, ünvan 3ni və ünvan 2 ünvanında yerləşən qeyri yaşayış binasının tam payla mülkiyyət hüququ əldə etmişdir, vərəsələrin dairəsini gizlətmişdir. Buna görə də qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması, çıxarış qeydinin ləğv edilməsi zəruridir. Daha sonra İddiaçı Rafiq qızının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 1D saylı fərdi yaşayış evi və xüsusi mülkiyyətdə olan 0,0450 ha torpaq sahəsinə və ünvan 1 ünvanında yerləşən (ümumi sahəsi 17,2 kv.m. olan) qeyri-yaşayış binasına dair xx.xx.2023cü il tarixli, 2V-116 və 2V-117 reyestr nömrələri ilə qeydiyyatı aparılmış Cortmenadze (Süleymanova) Samirə Raqif qızının adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsini, Süleymanova (Cortmenadze) Samirə Raqif qızının adına olan Bakı şəhəri, ünvan 3nə dair Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-116 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixli qeydiyyat üzrə verilmiş çıxarış qeydinin və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 17,2 kv, m. olan qeyri-yaşayış sahəsinə dair (ümumbirgə pay) Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-117 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixli qeydiyyat üzrə verilmiş çıxarış qeydinin ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 17.2 kv.m olan qeyri-yaşayış binasına (15 saylı qadın bərbərxanası) və xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən, ümumi sahəsi 120.80 kv.m olan 1D saylı fərdi yaşayış evi və xüsusi mülkiyyətdə olan 0,0450 ha torpaq sahəsi üzrə İddiaçı 1/3 hissədə, Süleymanova (Cortmenadze) Samirə Raqif qızının 1/3 və Cavabdeh2 1/3 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul edərək və məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, mübahisəli evdə Samir və bacısı Səbinə qeydiyyatda olmaqla yaşayırlar. Anaları öləndə də dəfn mərasimini o və bacısı keçirmişdir. Bacısı Samirə çoxdan ailə qurub evdən çıxmışdır və onlarla birlikdə yaşamırdı. Bundan əlavə, bacısı Samirənin qeydiyyat ünvanı da mübahisəli ev deyil, başqa ünvandı. Bacısı Süleymanova (Cortmenadze) Samirə Raqif qızı gizlicə heç kimə xəbər vermədən gedib vərəsəlik şəhadətnaməsi və çıxarışın alınması düzgün deyil. Cavabdeh2 hesab edir ki,iddiası təmin edilməlidir. Cavabdeh X10 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, məhkəməyə məktub ünvanlayaraq, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 bildirdi ki, o tərəflərin qonşusudur. Onların nənəsini tanıyırdı, üç övladı var idi, ev bölündü və övladlarının payını verdi. Onlara gedib-gəlirdi. Samirə xarici vətəndaşla ailə qurdu və bu evdə yaşamadı və qeydiyyatda deyildi. Mübahisəli evdə Səbinə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, İddiaçı onun qardaşı qızıdır. Samirə xarici vətəndaşla ailə qurdu və bu evdə yaşamadı və qeydiyyatda deyildi. Mübahisəli evdə Ziyafət rəhmətə gedəndən sonra Səbinə yaşamır. Məhkəmə proses iştirakçılarının izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri yaşayış binası xüsusi mülkiyyət hüququ ilə ümumi birgə payla X5 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin sürətindən görünür ki, X9 Bakı şəhəri, ünvan 3ni X2 almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 3 xüsusi mülkiyyət hüququ ilə tam payla X5 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 3 xüsusi mülkiyyət hüququ ilə tam payla Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mənzilin texniki pasportundan ( reyestr nömrəsi **********85-10301) görünür ki, Bakı şəhəri, ünvan 3 mülkiyyət hüququ X6 məxsusdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X12, X3dır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.2022-ci il tarixdə “vəfat etmiş- X5 vərəsəsi kimi Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 12/19, mənzil 47 ünanında qeydiyyatda olan Süleymanova (Cortmenadze) Səmirə Raqif qızı (AA*******, xx.xx.2021- ASAN 5, FİN:xxxxxxx) göstərilmiş və o miras əmlakdan tam hissədə pay almışdır. İş materiallarında olan Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunun İddiaçı vəkili Nümayəndə ünvanlanmış məktubundan aydın olur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 17.2 kv.m olan qeyri-yaşayış binasına (15 saylı qadın bərbərxanası) və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən, ümumi sahəsi 120.80 kv.m olan 1D saylı fərdi yaşayış evi və xüsusi mülkiyyətdə olan 0,0450 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə, 2V-116 və 2V-117 reyestr nömrələrilə qeydiyyatı aparılaraq Cavabdeh3 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilmişdir. İş materiallarında olan Gürcüstan Nikahın pozulması haqqında şəhadətnaməsinin sürətindən görünür ki, Cortmenadze Səmirə ilə Cortmenadze Ramin arasında olan rəsmi nikah pozulmuşdur və bu barədə DSİA Batumi VR xidmətində xx.xx.2018-ci il tarixdə N**********3 saylı qeyd aparılmışdır. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 17.2 kv.m olan qeyriyaşayış binasına (15 saylı qadın bərbərxanası) və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən, ümumi sahəsi 120.80 kv.m olan 1D saylı fərdi yaşayış evi və xüsusi mülkiyyətdə olan 0,0450 ha torpaq sahəsi iddiaçının X1 mülkiyyətində olmuşdur. İddiaçının X3 xx.xx.2022-ci il tarixdə ölmüşdür. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 17.2 kv.m olan qeyri-yaşayış binasına (15 saylı qadın bərbərxanası) və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən, ümumi sahəsi 120.80 kv.m olan 1D saylı fərdi yaşayış evi və xüsusi mülkiyyətdə olan 0,0450 ha torpaq sahəsinin mülkiyyətçisi olmuş X5 xx.xx.2022-ci il tarixdə ölməsi ilə həmin torpağa dair vərəsəlik açılmışdır. İddiaçı ilə cavabdeh Süleymanova (Cortmenadze) Səmirə Raqif qızı bacıdırlar. Miras açılan zaman X5 3 övladı sağ olmuşdur. Mübahisə Süleymanova (Cortmenadze) Səmirə Raqif qızına yeganə vərəsə kimi xx.xx.2023-cü il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ilə bağlıdır. Mübahisə iddiaçıların həmin daşınmaz əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə notariat orqanına müraciət etmələrindən sonra yaranmışdır.Belə ki, notariat orqanına müraciət edildikdən sonra iddiaçılara məlum olmuşdur ki, Süleymanova (Cortmenadze) Səmirə Raqif qızı anasından miras qalmış əmlaka dair yeganə vərəsə kimi artıq “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-si və əmlaklara çıxarış almışdır. Notariat orqanı Süleymanova (Cortmenadze) Səmirə Raqif qızına yeganə vərəsə kimi “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-si verdiyindən digər vərəsələrin mirası faktiki qəbul etməməsi qənaətinə gələrək, onlara “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verməkdən imtina etmişdir. İddiaçı hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən, ümumi sahəsi 120.80 kv.m olan 1D saylı fərdi yaşayış evi ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinin tələbinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinin tələbinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinin tələbinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1, 11591.1-ci maddələrinin tələbinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinin tələbinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1248.1-ci maddəsinin tələbinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1268.1-ci maddəsinin tələbinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 324.2-ci maddəsinin tələblərinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinin tələblərinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq qeyd edir ki, miras qoyanın qızı olaraq birinci növbəli vərəsə kimi iddiaçı ilə bağlı məlumat nə ərizəçilərdən tələb olunmuş, nə də notarius tərəfindən araşdırılmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 103-cü bəndinin sonuncu abzasında qeyd olunmuşdur ki, notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Bundan başqa hüquq nəzəriyyəsində mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. İşin hallarından da müəyyən edildiyi kimi iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən, ümumi sahəsi 120.80 kv.m olan 1D saylı fərdi yaşayış evi ünvanında yerləşən evdə həm miras açılan zaman, həm indi yaşaması mübahisəsiz haldır. Göründüyü kimi iddiaçı miras əmlaka sahiblik etməklə mirası faktiki olaraq qəbul etmələrinə baxmayaraq, cavabdeh Süleymanova (Cortmenadze) Səmirə Raqif qızı yeganə vərəsə kimi “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-nin verilməsi onu miras əmlakın bölünməsindən məhrum etmişdir. Mirasın faktiki qəbul edilməsi mirasın harda olmasından və nə də ifadə edilməsindən asılı olmayaraq, ona bütövlükdə və yaxud həmin mirasdan ona düşən paya mütənasib qəbul etməni özündə ehtiva edir. Miras açıldığı zaman miras qoyana məxsus olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi vərəsənin mirası qəbul etməsini istisna etmir. O cümlədən digər vərəsənin vərəsəlik şəhadətnaməsi alması da başqa vərəsələri vərəsəlik hüququndan məhrum etmir. Buna baxmayaraq cavabdeh notariat orqanı digər vərəsələrin olub olmamasını, onların mirası faktiki qəbul edib etməmələrini araşdırmadan, iddiaçıya mirası qəbul etməsi barədə sənəd verməkdən əsassız olaraq imtina etmişdir. Ehtimal olunur ki, notarius 11 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Təlimatın 109-cu hissənin çıxarılmış ikinci abzasını (Başqa əmlaka vərəsəlik hüququ haqqında əlavə şəhadətnamə verildikdə və əvvəlcə verilən şəhadətnaməyə daxil edilməmiş vərəsələr gəldikdə, onlar da mirası qəbul etmiş bütün vərəsələrin yazılı razılığı ilə əlavə əmlaka vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. 109cu bənd) nəzərə alaraq vərəsəlik şəhadətnaməsi verməmişdir. Bu halda belə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 96-cı bəndində göstərilmişdir ki, vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə o qənaətə gəlir ki, notarius tərəflər arasında gələcəkdə mübahisənin yaranacağı ehtimalından çıxış edərək vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmiş olsa da, Süleymanova (Cortmenadze) Səmirə Raqif qızına xx.xx.2022-ci ildə vəfat etmiş X5 yeganə vərəsəsi kimi verilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-nin mövcudluğu mirası qəbul etmiş digər qanun üzrə vərəsələrin hüquqlarını pozur və bu səbəbdən iddiaçıların pozulmuş hüquqlarının bərpası barədə tələbləri əsaslıdır. Odur ki, Süleymanova (Cortmenadze) Səmirə Raqif qızına xx.xx.2022-ci ildə vəfat etmiş X5 yeganə vərəsəsi kimi verilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin “çıxarışın ləğv edilməsi” hissəsinə qiymət verərək, qeyd edir ki, iddia bu hissədə də əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən, mübahisəli əmlaka dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyindən və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 17.2 kv.m olan qeyri-yaşayış binasına (15 saylı qadın bərbərxanası) və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən, ümumi sahəsi 120.80 kv.m olan 1D saylı fərdi yaşayış evinə dair Cavabdeh3 adına qeydə alınmış xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 3 xüsusi mülkiyyət hüququ ilə tam payla Cavabdeh3 mülkiyyətindədir. «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar» da ləğv edilməlidir. Bundan başqa iddia tələbinin “mübahisəli əmlak üzrə İddiaçı 1/3 hissədə, Süleymanova (Cortmenadze) Samirə Raqif qızının 1/3 və Cavabdeh2 1/3 hissədə paylarının müəyyən edilməsi” hissəsinə münasibətdə məhkəmə bu hissəsinin də əsaslı olduğundan təmin edilməli olduğunu qeyd edir. Belə ki, iş üzrə həmçinin müəyyən olunur ki, Cavabdeh2 iddianı etiraf edərək, analarından qalmış əmlaka dair məcburi pay hüququnun müəyyən olunmasına etirazı yoxdur. O, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Həmçinin tərəflər miras əmlakı faktiki qəbul etmişdir. Belə ki, işin mübahisəsiz halıdır ki, miras qoyanın övladları onun yas mərasimini həmin yaşayış sahəsində həyata keçirmiş, miras qoyanın dəfn mərasimini təşkil etmiş, onun xərclərini çəkmiş və həmin mülkə daim gedib gəlmişlər. Belə ki, hüquq nəzəriyyəsində mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Göründüyü kimi, vərəsələr qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinin tələbinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq qeyd edir ki, miras qoyanın övladları olaraq birinci növbəli vərəsə kimi iddiaçılarla bağlı məlumat nə ərizəçilərdən tələb olunmuş, nə də notarius tərəfindən araşdırılmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 103-cü bəndinin sonuncu abzasında qeyd olunmuşdur ki, notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əvvəlcə, məhkəmə qeyd edir ki, irəli sürülən iddia tələbi üzrə yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən irəli gəlir və miras əmlaklara dair mülkiyyət hüququnun əldə edilmə müddəti baxımından mübahisəyə qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən normaları tətbiq olunmalıdır. İşin mübahisəsiz halıdır ki, tərəflər mərhum X5 vərəsələridir. Ölümündən sonra ondan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 17.2 kv.m olan qeyri-yaşayış binasına (15 saylı qadın bərbərxanası) və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən, ümumi sahəsi 120.80 kv.m olan 1D saylı fərdi yaşayış evi və xüsusi mülkiyyətdə olan 0,0450 ha torpaq sahəsi miras qalmışdır. Həmçinin, o da işin mübahisəsiz halıdır ki, cavabdeh mərhumun qızıdır. Qanunda miras əmlakın vərəsələrə keçməsinin 3 əsası nəzərdə tutulmuşdur: birincisi, qanun üzrə; ikincisi vəsiyyətnamə üzrə; üçüncüsü hər iki əsasla, yəni həm qanun, həm də vəsiyyət üzrə. Birinci əsas o zaman qüvvədə olur ki, əmlaka dair vəsiyyətnamə olmasın. Hazırkı mübahisə üzrə tərəflərin miras əmlakda məcburi pay hüquqları yaranır. Mülki Məcəllənin yuxarıda qeyd edilən müddəalarında məcburi payın yaranmasının dispozitiv şərtləri nəzərdə tutulmuşdur. Qanunun mənasına görə məcburi payın yaranması üçün ilk növbədə əmlaka malik olan şəxsin ölməsi, ölən şəxsin əmlakda məcburi pay hüquqi olan şəxslərin valideyini, əri (arvadı) və ya uşağı olması, miras qoyanın ölümünədək vərəsənin sağ olması, habelə miras qoyan tərəfindən vəsiyyətnamənin verilməsi əsas şərtlərdir. Tərəflərin miras qoyan mərhum Z.Süleymanovanın övladları olması işin mübahisəsiz halıdır və bu barədə əvvəldə də qeyd edilib. Həmçinin, işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçıların mirasda məcburi pay hüququnun yaranması üçün sadalanan digər dispozitiv şərtlər də mövcuddur. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. İş üzrə olan sübutlarla, işin məhkəmə iclasında tədqiq olan halları ilə müəyyən edildi ki, iddiaçılar xx.xx.2022-ci il tarixdə vəfat etmiş Z.Süleymanovanın övladlarıdır, onların mərhum anasından qalmış mirasdan məcburi pay almaq hüququ əmələ gəlmişdir. Odur ki, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-116 və 2V-117 reyestr nömrələri ilə qeydiyyatı aparılmış Cortmanadze (Süleymanova) Samirə Raqif qızının adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, həmin şəhadətnamələr əsasında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış Cortmanadze (Süleymanova) Samirə Raqif qızına münasibətdə ləğv olunmalı, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən, ümumi sahəsi 120.80 kv.m olan 1D saylı fərdi yaşayış evi və xüsusi mülkiyyətdə olan 0,0450 ha torpaq sahəsi üzrə İddiaçı 1/3 hissədə, Süleymanova (Cortmenadze) Samirə Raqif qızının 1/3 və Cavabdeh2 1/3 hissədə pay hüququ (məcburi pay) müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Süleymanova (Cortmenadze) Səmirə Raqif qızına xx.xx.2022-ci ildə vəfat etmiş X5 yeganə vərəsəsi kimi verilmiş xx.xx.2023-cü il tarixli 2V-116 və 2V-117 reyestr nömrələri ilə reyestrdə təstiq olunmuş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr” etibarsız hesab edilsin. Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş 1********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış Cortmanadze (Süleymanova) Samirə Raqif qızına münasibətdə ləğv olunsun. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən, ümumi sahəsi 120.80 kv.m olan 1D saylı fərdi yaşayış evi və xüsusi mülkiyyətdə olan 0,0450 ha torpaq sahəsindən ibarət miras əmlakın İddiaçı 1/3 hissədə, Süleymanova (Cortmenadze) Samirə Raqif qızının 1/3 və Cavabdeh2 1/3 hissədə pay hüququ (məcburi pay) müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3196/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3196/2023
30.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver