Məhkəmə qərarları › İş №2(003)-3211/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3211/2020

30.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3211/2020 30.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, X1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Bakı şəhəri 31 saylı notariat ofisinin nümayəndəsi Namiq Heydərovun iştirakı ilə X2 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 31 saylı notariat ofisinə və Cavabdeh1 qarşı vərəsəlik şəhadətnaməsinin və hüquqi nəticələrinn etibarsızlığı tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X18 tərəfindən xx.xx.2019-cu il tarixdə açılmış vərəsəlik işi ilə bağlı xx.xx.2019-cu il tarixdə vəfat etmiş X14 məxsus Bakı şəhəri, S.Rüstəmov küçəsi, ev 10, mənzil 29-a dair Cavabdeh1 2V-139 reyestr nömrəli vəsiyyət üzrə verilmiş xx.xx.2019-cu il tarixli “Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, onun hüquqi nəticəsi olan ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Cavabdeh1 adına verilmiş qeyd olunan mənzilə dair xx.xx.2019-cu il tarixli **********00-05101-093029 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52,80 kv metr təşkil edən mənzil X4na məxsus olmuşdur. X4 xx xxxx 2019-cu il tarixdə vəfat etmişdir. Onun yeganə vərəsələri olaraq mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət edərkən məlum olmuşdur ki, bibilərindən miras qalmış əmlak xx.xx.2019-cu il tarixdə 2V-139 nömrə reyestrlə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Cavabdeh1 - Ukrayna, Zaporojye vilayəti, Derdyansk şəhəri, Mendeleyev küçəsi, 3 (CB 615205, xx/xx/2002- Zaporojye vilayətində Ukrayna DİN, Berdyansk) verilmiş, xx.xx.2019-cu il tarixdə ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına çıxarış rəsmiləşdirilmişdir. Hazırda cavabdehin hansı üsulla bu vəsiyyətnaməni əldə etməsi məsələsi araşdırılmır, ancaq həmin vəsiyyətnamədən istifadə etməklə əmlakı vərəsəlik haqqında şəhadətnamə alması, nəticədə reyestrdən çıxarış almaqla özününküləşdirilməsi faktı ortadadır. Onlar- vərəsələr, bu məlumatları araşdırarkən, Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu Ramiz Hümmətov xx xxxx 2020-ci il tarixdə 124 nömrə ilə məktubla ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə açılmış vərəsəlik işi ilə bağlı xx.xx.2019-cu il tarixdə vəfat etmiş X14 məxsus Bakı şəhəri, S.Rüstəmov küçəsi ev 10, mənzil 29-a dair Cavabdeh1 2V-139 reyestr nömrəli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik işi ilə əlaqədar Cavabdeh1 adından Ukrayna Respublikası, Zaporojye vilayəti, Berdyansk şəhəri xüsusi notariusu N.V.Senatorova tərəfindən təsdiq edilmiş 371,372 reyestr nömrəli etibarnamə X9 adına rəsmiləşdirilərkən onun ata adı yanlış olaraq Naib oğlu yazılmışdır. X6 şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi düzgün yazıldığından onun iştirakı ilə şəxsiyyət vəsiqəsi əsasında şəxsiyyəti müəyyən olunduğundan qeyd olunan nöqsan notariat ofisinin əməkdaşının və onların nəzərindən yayınmışdır. Vərəsəlik işində yeni halın açılmasını Cavabdeh1 adına verilmiş yuxarıda qeyd olunan mənzilə dair xx.xx.2019-cu il tarixli **********00-05101-093029 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə xx.xx.2020-ci il tarixli 8İ-1174 nömrə reyestrlə təsdiq olunmuş rəsmi ərizəsini və etibarnamədə olan uyğunsuzluğu nəzərə alaraq Cavabdeh1 adına verilmiş qeyd olunan çıxarışın ləğv olunmasına sərəncam verməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh1 notarat ofisinə müraciət edərək onun adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etmiş, gələcəkdə bununla bağlı heç bir iddiası olmayacağını bildirmişdir. Cavabdehin onlara ünvanladığı Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında qərarda göstərilmişdir ki, o, Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X18, İddiaçı2 və İddiaçı1 xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4ndan miras qalmiş Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov, B.10, M.29-dan mirasın qəbul edilməsi, onlara qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsi ilə bağlı təqdim edilən xx.xx.2020-ci il tarixli ərizələri və həmin ərizələrə əlavə edilmiş digər sənədləri nəzərdən keçirərək, müəyyən etmişdir ki, İddiaçı2 və İddiaçı1 ərizələrinə baxılarkən müəyyən olundu ki, X17 həqiqətən 14 09.2019-cu il tarixdə vəfat etmişdir. X3 miras qalmış Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, B.10, M.29-a dair xx.xx.2019-ci il tarixdə 2V-139 reyestrlə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Cavabdeh1 - Ukrayna, Zaporojye vilayəti Berdyansk şəhəri, Mendeleyev küçəsi, ev 3 (CB 615205, xx/xx/2002 - X12 Dini Berdyansk) verilmiş, xx.xx.2019-cu il tarixdə ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfmdən Cavabdeh1 adına çıxarış rəsmiləşdirilmişdir. Təqdim olunan ərizə və sənədləri nəzərə alaraq hal-hazırda qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi aşağıdakı səbəblərə görə mümkün deyil: vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddət buraxılmışdır; Bakı şəhəri, Səbail rayonu, S. Rüstəmov küçəsi, B.10, M.29-a dair Bakı şəhəri 31 saylı notariat ofis tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2V-139 reyestrli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış məhkəmə tərəfindən ləğv edilməsi tövsiyyə edilir.» Xüsusi notarius «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinə istinad etmiş, lakin hansı bəndinin kokret olaraq tələbinə istinad etdiyini açıqlamamışdır. Əgər imtina 1-ci bəndə, yəni hərəkətin qanuna zidd olması ilə əsaslandırılırsa, bu da səhvdir. Məhkəmə iclasında X7 nümayəndəsi və vəkili Nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri 31 saylı notariat ofisinin nümayəndəsi Namiq Heydərov iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirdi. İddiaçı2 məhkəmə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, o və ya onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır, buna görə də təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı1 Bakı şəhəri 31 saylı notariat ofisinə ünvanlanladığı ərizənin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 27, mənzil 61-də yaşamış xx.xx.2019-cu il tarixdə vəfat etmiş bibisi X8 qalmış Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 10, mənzil 29-da olan miras əmlakı qəbul edir. Ondan başqa vərəsə İddiaçı2dur. İş materiallarında olan İddiaçı2 Bakı şəhəri 31 saylı notariat ofisinə ünvanlanladığı ərizənin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 27, mənzil 61-də yaşamış xx.xx.2019-cu il tarixdə vəfat etmiş bibisi X8 qalmış Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 10, mənzil 29-da olan miras əmlakı qəbul edir. Ondan başqa vərəsə İddiaçı1dır. İş materiallarında olan Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X15 xx.xx.2020-ci il tarixli notariat hərəkətlərini aparmaqdan imtina edilməsi qərarının surətindən görünür ki, İddiaçı2 və İddiaçı1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Həmin qərarda göstərilmişdir ki, X3 miras qalmış Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi ev 10, mənzil 29-a dair xx.xx.2019-cu il tarixdə 2V-139 reyestrlə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Cavabdeh1 verilmiş, xx.xx.2019-cu il tarixdə ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına çıxarış rəsmiləşdirilmişdir. Təqdim olunan ərizə və sənədləri nəzərə alaraq hal-hazırda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbindən mümkün olmadığı bildirilməklə, Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 10, mənzil 29-a dair Bakı şəhəri 31 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2V-139 reyestrli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxrışın məhkəmə tərəfindən ləğv edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 10, mənzil 29-un mülkiyyətçisi Cavabdeh1dur. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə verilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X20 təsdiq etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.2019-cu il tarixdə ölmüş X10 vəsiyyətnamə üzrə vərəsəsi Cavabdeh1 miras qalmış əmalkı tam hissədə almalıdır. Miras əmlak Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 10, mənzil 29. İş materiallarında olan Bakı şəhəri 31 saylı Notariat ofisinin Ukrayna Respublikasının Zaporojye vilayəti Berdyansk şəhər notarial dairəsinin xüsusi notariusu V.V. Romançenkoya ünvanlanmış 538 nömrəli məktubundan görünür ki, vərəsəlik işi ilə əlaqədar xx.xx.1937-ci il təvəllüdlü X17 tərəfindən xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh1 adına verilmiş xx.xx.2004-cü il tarixli, 723 nömrə ilə reyestrdə qeyd edilmiş vəsaiyyətnamə işinin qüvvədə olub-olmaması barədə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarına olan Ukrayna Ədliyyə Nazirliyi Berdyansk şəhəri X23 notariusu X5 Bakı şəhəri 31 saylı Notariat ofisinin xüsusi notariusu X16 ünvanlanmış xx.xx.2019-cu il tarixli 327 nömrəli məktubundan görünür ki, xx.xx.1937-ci il təvəllüdlü X17 tərəfindən xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh1 adına verilmiş xx.xx.2004-cü il tarixli, 723 nömrə ilə reyestrdə qeydiyyata alınmış miras haqqında iş etibarlıdır. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ev vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 verilmişdir, İddiaçı2 və İddiaçı1 isə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməklə onun etibarsız hesab edilməsini və bununla yanaşı onun hüquqi nəticələrinin etibarsız hesab edilməsini xahiş edirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Həmin Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbə vərəsə sayılırlar. Həmin Məcəlləsinin 1159.2-ci masdəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçılar miras qoyana münasibətdə məcburi pay almaq hüququna malik şəxslər sırasına daxil deyildir. İddiaçılar yalnız vəsiyyətnamə olmadığı təqdirdə mirasqoyanın özlərindən öncə gələn vərəsələrin sağ olmaması halında miras əmakı qanun üzrə vərəsələr kimi qəbul ed bilər. Hazırki halda isə sözgedən əmlak vəsiyyətnamə üzrə cavabdehə vəsiyyət edilmiş və həmin vəsiyyətnamə qüvvədədir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin mülkiyyət hüququnun əmələ gəlməsinə əsas olmuş vəsiyyətnamə qüvvədə olduğu halda (etibarsız hesab edilmədən) hüququn əmələ gəlməsinin tanınması və təsdiqi (yəni vərəsəlik hüququ haqqında şəhadətnamə, dövlət qeydiyyatı və həmin qeydiyyatın əsasında verilən reyestrdən çıxarış) etibarsız hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə göstrəilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: X2 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 31 saylı notariat ofisinə və Cavabdeh1 qarşı vərəsəlik şəhadətnaməsinin və hüquqi nəticələrinn etibarsızlığı tələbinə dair iddiaları təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar