Məhkəmə qərarları › İş №2(003)-322/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-322/2023

02.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-322/2023 02.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair 1964-cü il texniki pasportun ölüm haqqında şəhadətnamədə adı qeyd olunan xx.xx.1984-cü il tarixdə ölmüş X17 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X20 onun babasıdır. O, 1925-ci ildə Bakı şəhərində doğulmuş, 1948-ci il tarixdə X9 ilə evlənmişdir. Birgə nikahdan X3 doğulmuşdur. Babası, atası və o, ünvan 1-də qeydiyyatda olmaqla yaşamışlar. X1 adına 1964-cü il tarixli texniki pasport tərtib olunmuşdur. Bakı şəhəri 07 saylı Xüsusi Notariat ofisinin 05 sentyabr 2022-ci il tarixli Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə ünvanladığı məktubdan da göründüyü kimi o, xx.xx.1984-cü il tarixdə vəfat etmiş X11 vərəsəsidir. Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 19 sentyabr 2022-ci il tarixli məktubunda göründüyü kimi X11 adına Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisində daşınmaz əmlakın qeydiyyatdan keçməsi ilə bağlı məlumat və texniki pasport aşkar edilməmişdir. Buna səbəb bəzi sənədlərdə babasının adının Tahir əvəzinə Tacir və ya Tavir yazılmasıdır. Belə ki, onun “evlənmə haqqında şəhadətnamə” də, atasın doğum haqqında şəhadətnaməsində “Tacir” kimi, 1964-cü il texniki pasportda isə Tavir kimi yazılmış, lakin onun doğum haqqında şəhadətnamədə babasının adı Tahir kimi yazılmışdır. Həmçinin babasın ölüm haqqında şəhadətnaməsində onun adı olduğu kimi X20 yazılmışdır. Göstərilən faktın müəyyən edilməsi ona evin sənədləşdirilməsi üçün lazımdır və bu barədə faktın başqa qaydada müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. İş üzrə maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, ərizəçinin anasıdır. X2 qardaşı qızıdır, eyni zamanda da gəlnidir. Mərhumun adı Tahir olmuş və Tahir kimi çağırmışlar. Həmçinin bildirmişdir ki, Tahir 1984-cü ildə ölmüşdür. O, oğlu və ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayırlar. İş üzrə şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, ərizəçi bacısı oğludur. X5 əmisidir. ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşamış, hazırda isə ərizəçi ailəsi ilə birlikdə yaşayır. Həmçinin bildirdi ki, mərhumun adı Tahir olmuş, Tahir kimi çağırmışlar. Tahir Qafarov 1984-cü ildə ölmüşdür. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan xx.xx.1948-ci il tarixli evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X12 arasında xx.xx.1948-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan xx.xx.1950-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X7, anası isə X8r. İş materiallarında olan AZ-İİ seriyalı 289312 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1984-cü il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı 184685 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan İX-ЖГ seriyalı 394961 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X3, anası isə X4r. İş materiallarında olan və Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un surətindən görünür ki, Mərdəkan qəsəbəsi Oktyabr küçəsi ev 5 dair həmin sənəd X15 adına verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İdarənin arxivində Xəzər rayonu Mərdəkan qəsəbəsi Oktyabr küçəsi ev 5 ünvanına dair texniki pasport yoxdur. Lakin ünvan 2 ünvanına dair X11 (texniki pasportda qeyd edildiyi kimi X22) adına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport mövcuddur. Həmin məktuba əlavə edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un surətindən görünür ki, Mərdəkan qəsəbəsi Oktyabr küçəsi ev 3 dair həmin sənəd X16 adına verilmişdir. İş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, X11 xx.xx.1984-cü il tarixdə ölməsi ilə əlaqədar vərəsələrinin xx.xx.2022-ci il tarixli ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış, onun nəvəsi Ərizəçi varisi olması barədə məlumat verilmiş və ünvan 1 ünvanında yerləşən evə və torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli Ərizəçi ünvanlanmış məktubun surətindən görünür ki, X2 adına Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində daşınmaz əmlakın qeydiyyatdan keçməsi ilə bağlı məlumat və tərtib edilmiş pasport aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair sənədin (evə dair texniki pasportun) ona məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə evə dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu ehtiva edən sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Qafarov Tevir (Tavir) Malik oğlunun adına verilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş Mərdəkan qəsəbəsi Oktyabr küçəsi ev 5-ə (ev 3-ə) dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid Pasportun” X17 (AZ-İİ seriyalı 289312 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən) aid olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qafarov Tevir (Tavir) Malik oğlunun adına verilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş Mərdəkan qəsəbəsi Oktyabr küçəsi ev 5-ə (ev 3-ə) dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid Pasportun” X17 (AZ-İİ seriyalı 289312 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən) aid olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar