Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3224/2025 25.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı X2 və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X2 Cavabdeh, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı X2 Cavabdeh, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə X5 ilə Cavabdeh arasında Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, H.Sarabski küçəsi, ev 43N ünvanında yerləşən fərdi yaşayış evinə dair 5 saylı “ASAN” Xidmət mərkəzində Notariat ofisində rəsmiləşdirilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh adına aparılmış qeydiyyatın və dövlət resyetrindən çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 2 (əvvəlki adı ilə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirmişdir. Bu barədə xx.xx.2024-cü il tarixli və **********0 nömrəli çıxarışdan da görünür ki, həmin ünvanda yerləşən xüsusi mülkiyyətin tam mülkiyyətçisi İddiaçıdır. O, sözügedən torpaq sahəsini 2007-ci ildə öz vəsaiti hesabına alıb tikdirmiş və ilk gündən həmin ünvanda tənha yaşayır. İddiaçı 1952-ci il təvəllüdlü yaşlı qadın olub, tənha yaşayır. Onun oğlu X7 həyat yoldaşı X9 və övladları ilə birlikdə ondan ayrı yaşayır. Oğlunun və gəlininin hazırda yaşadığı fərdi yaşayış evi də İddiaçı öz vəsaiti hesabına alınmış və onlara bağışlanmışdır. Gəlin X1 Gülarə Novruz qızına yalan vədlər verərək, onu inandırmış və yaşlı qadın tənha yaşayan nənə kimi xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən mülkünü nəvəsi Cavabdeh adına bağışlamışdır. Cavabdeh xx.xx.2000-ci il təvəllüdlüdür. Bağışlama zamanı ailə münasibətlərinin möhkəmliyinə və gəlinin verdiyi vədlərə inanaraq, İddiaçı mülkünü nəvəsinə bağışlamışdır. Bağışlama zamanı razılıq olmuşdur ki, nəvə Cavabdeh onunla birlikdə yaşayacaq. Lakin nəvəsi bir gün belə ona baş çəkməmiş və onun sağlamlığı ilə maraqlanmamışdır. Gəlin isə mülk bağışlandıqdan sonra İddiaçı qarşı kobud davranmış, yaşlı qadına hörmətsizlik etmiş və ünvanına nalayiq ifadələr işlətmişdir. Bütün mülklərindən məhrum edildikdən sonra ailə üzvlərinin ona göstərdiyi hörmətsizlik İddiaçı çox məyus etmiş və yaşlı qadın olaraq onun sağlamlığına ciddi təsir göstərmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, xx.xx.2024-cü il tarixdə onunla Cavabdeh arasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 5 saylı "ASAN" Xidmət mərkəzində Notariat ofisində rəsmiləşdirilmiş bağışlama müqaviləsinin və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh adına aparılmış qeydiyyatın və dövlət resyetrindən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, cavabdehlər onu akdatmış və iddiaçıya 1 gün belə baş çəkib onunla maraqlanmamışdırlar. Hədiyyə alan faktiki olaraq həmin evi qəbul etməmiş, belə ki, cavabdehlər həmin evdə 1 gün belə yaşamamışdırlar. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında bildirdi ki, müqavilə qanunidir, rəsmi şəkildə təstiq edilib və həmin müqaviədə heç bir qeyd aparılmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 ifadəsində göstərmişdir ki, Gülarə xanımı 15/16 ildir tanıyır. Gülarə xanımı tanıyandan bu günədək tək yaşayır. Onun nəvələri var, lakin onunla yaşamırlar. Gülarə xanım 1 ilə yaxındır evi nəvəsinə bağışlayıb ki, gəlib onunla yaşasın, qorxurdu son zamanlar. Amma Səxavət uzun müddətddir nənəsinin yanına gəlmir. Digər şahid X12 ifadəsində göstərdi ki, Gülarə onun həm qonşusu həm xalasıdır. O 14/15 il orda yaşayır. Gülarə xanım o evi əziyyətlə tikib, özü hərşey edib. Həmişə tək yaşayıb. Nəvəsi 1 gün olsun onunla yaşamayıb. Gülarə xanım evini nəvəsinə bağışlamışdır ki, tək qalmasın, gəlsin nəvəsi onun yanında qalsın. Dəyanət anası ilə yaşamayıb. Səxavət öz anası ilə yaşayır. İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, H.Sarabski küçəsi, ev 43N xx.xx.2024-cü il tarixdə X2 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X5 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, H.Sarabski küçəsi, ev 43N ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh bağışlamışdır. İşdə olan daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, H.Sarabski küçəsi, ev 43N xx.xx.2024-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 669-cu maddəsinə əsasən nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni vəəsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasəm hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə, İddiaçı tərəfindən Cavabdeh, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbi ilə təqdim edilmiş iddia ərizəsi üzrə aparılmış məhkəmə iclaslarının materiallarını nəzərdən keçirmişdir. İşin materiallarından görünür ki, hazırkı işdə mübahisə predmeti olan yaşayış sahəsinin iddiaçı tərəfindən cavabdehə bağışlanması işin mübahisəsiz halıdır. Məhkəmə iddia tələblərinin maddi əsası kimi istinad etdiyi maddi hüquq normaları ilə bağlı qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. İddiaçı tərəfindən bağışlama müqaviləsi xx.xx.2024-cü il tarixdə Cavabdeh bağlanmışdır. Həmin müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-669-cu maddələrinə uyğun olaraq bağışlayan və hədiyyə alan arasında iradə ifadəsinin qarşılıqlı təsdiqini nəzərdə tutmuşdur. Lakin, məhkəmə araşdırmaları və şahid ifadələri göstərmişdir ki
1. İddiaçının nəvəsi bir gün belə onunla yaşamamış və onun sağlamlığı ilə maraqlanmamışdırvə nəhayət bağışlanmış əmlakı faktiki qəbul etməmişdir.
2. X3 bağışlama müqaviləsindən sonra iddiaçıya qarşı kobud davranmış nümayiş etdirmişdir.
3. İddiaçı yaşlı, tənha qadın kimi ailə üzvlərinin biganə münasibətinə məruz qalmışdır ki, bu da onun hüquqi müdafiə tələbini əsaslandırır. Bu hallar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsinin tələblərinə uyğun olaraq bağışlamadan imtina üçün əsas yaradır. Həmçinin, 669-cu maddəyə əsasən bağışlayan, hədiyyə alan hədiyyəni qəbul etməmişdən onu geri götürə bilər. Məhkəmə araşdırmalarına əsasən, iddiaçı bağışlama müqaviləsinin ləğv edilməsi üçün qanuni əsaslara malikdir. Şahid ifadələri (X8 və X12) göstərir ki, iddiaçı tənha yaşayır və bağışlanmış əmlakın nəvəsi tərəfindən heç bir faktiki istifadə olunmamışdır. Bu isə bağışlama müqaviləsinin əsas məqsədinin “bağışlayanla birgə yaşamaq və onun qayğısına qalmaq” pozulduğunu təsdiqləyir. Cavabdeh tərəfindən müqavilənin qanuni olması iddia edilmişdir. Lakin iddiaçının iradəsi və müqavilədə nəzərdə tutulmuş öhdəliklərin faktiki yerinə yetirilməməsi halları müqavilənin ləğv olunması üçün kifayətlidir. Məhkəmə bağışlama müqaviləsinin ləğv olunması nəticəsinə gəldiyindən xx.xx.2024cü il tarixdə X5 ilə Cavabdeh arasında bağlanmış bağışlama müqaviləsi ləğv edilməli, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi əvvəlki hüquqi vəziyyətinə, yəni İddiaçı mülkiyyətinə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, əmlakın özgəninkiləşdirilməsi barədə müqavilə ləğv edildiyindən, onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da etibarsızdır. Odur ki, Cavabdeh adına verilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:
İddia təmin edilsin. X5 ilə Cavabdeh arasında Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, H.Sarabski küçəsi, ev 43N ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş bağışlama müqaviləsi ləğv edilsin. Cavabdeh adına verilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev