Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-323/2022 06.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı «Qanunsuz tikilinin sökülməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı SOCAR-ın «Neft Kəmərələri» İdarəsi iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, “SOCAR”-ın İddiaçı istismarında olan Dübəndi- Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 22.6-cı km-də kəmərdən təxminən 47 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu “X5” küçəsi adlanan yaşayış sahəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş bərbərxana tikilisinin və həmin tikilinin yanındakı taxta hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «Neft Kəmərələri» İdarəsinin istismarında olan Dübəndi-Böyükşor DŞ-500 mm-lik yerüstü magistral neft kəmərinin 22,6cı km-də kəmərdən təxminən 47 metr aralı məsafədə kəmərin mühafizəsi zonasında Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu “X5” küçəsi adlanan yaşayış sahəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş bərbərxana tikilisi və həmin tikilinin yanındakı taxta hasar faktları aşkar olunmuşdur. Məhkəmə iclasında iddiaçı SOCAR-ın «Neft Kəmərələri» İdarəsinin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhəkəmə iclasında Cavabdeh iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, 9 ildir ki, həmin ərazidə bərbərxana işlədir. Onunyeganə qazanc yeri həmin bərbərxanadır. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, «Neft Kəmərələri» İdarəsinin istismarında olan Dübəndi-Böyükşor DŞ-500 mm-lik yerüstü magistral neft kəmərinin 22,6-cı km-də kəmərdən təxminən 47 metr aralı məsafədə Cavabdeh məxsus köhnədən tikilmiş bərbərxana sol yan və arxa hissəsinə ümumi uzunluğu 10 metr hündürlüyü 1,5 metr olan taxta hasar qurulması aşkar olunmuşdur. Eyni zamanda, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli 10/2278 saylı rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu “X5” küçəsi adlanan yaşayış sahəsi ünvanından keçən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı balansında olan neft kəməri ilə bərbərxana tikilisi arasında məsafənin 43 mefr, bərbərxananın sol ətrafına çəkilmiş torlu hasar ilə arasında məsafənin 41.8 metr olması müəyyən edildi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu “X5” küçəsi adlanan yaşayış sahəsi ünvanında yerləşən bərbərxana tikilisinin neft kəmərindən 43 metr, bərbərxananın sol ətrafına çəkilmiş torlu hasarın neft kəmərindən 41.8 metr məsafədə yerləşdiyini nəzərə alaraq, əmin tikililərin “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizik Qaydaları"nın 6.3-cü bəndinə əsasən mühafizə zonasına düşdüyü müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli 2 saylı Qərarının 16-cı bəndində nəzərdə tutulur ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “İnsan Hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsində nəzərdə tutulur ki, yaşamaq hüququnu qorumaq üçün bütün tədbirləri görmə öhdəliyi hər şeydən əvvəl dövlətin üzərinə vətəndaşların yaşamaq hüququna təhlükə yaradan hallara qarşı mübarizə mexanizmini təmin edən qanuni və inzibati resurslar yaratmaq və həmin fəaliyyətin insan həyatı baxımından yaratdığı riskə uyğun olaraq müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarına əsasən belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, “SOCAR”-ın İddiaçı istismarında olan Dübəndi-Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 22.6cı km-də kəmərdən təxminən 47 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu “X5” küçəsi adlanan yaşayış sahəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş bərbərxana tikilisinin və həmin tikilinin yanındakı taxta hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. Bundan başqa, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. “SOCAR”-ın İddiaçı istismarında olan Dübəndi-Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 22.6-cı km-də kəmərdən təxminən 47 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu “X5” küçəsi adlanan yaşayış sahəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş bərbərxana tikilisinin və həmin tikilinin yanındakı taxta hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. İddiaçı SOCAR-ın «Neft Kəmərələri» İdarəsinin xeyrinə, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat məbləğində pul vəsaiti tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyəri hesabına 100 (yüz) manat tutularaq, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-323/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-323/2022
06.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver