Məhkəmə qərarları › İş №2(003)-323/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-323/2024

30.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-323/2024 30.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil1, İddiaçılar İddiaçı2 və İddiaçı3, Cavabdeh, eyni zamanda, digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Nümayəndə2 nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Nümayəndə2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı X13, Maraqlı şəxs1 və X16 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə “vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və məcburi payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh2, Cavabdeh1, İddiaçı3, İddiaçı2 və İddiaçı1 qarşı “məcburi pay hüququnun tanınması və evin satışından əldə edilmiş vəsaitin mütənasib şəkildə ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və məcburi payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə dair ünvan 1u tərəfindən Cavabdeh2 verilmiş 2V-144 reyestr nömrəli xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, ünvan 1unda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 4Ə-197 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız sayılması və onun əsasında Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi üzərində məcburi pay hüququna malik olan vərəsələr kimi vərəsəlik hüquqları tanınmaqla, sözügedən miras əmlak üzərində məcburi paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 anası, digər İddiaçı3 nənəsi olan X38 məxsus olmuşdur. Belə ki, həmin daşınmaz əmlakla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu olunan zaman məlum olmuşdur ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi X33 adına qeydiyyata alınmışdır. Miras qoyan X50 09 dekabr 2007-ci il tarixdə vəfat etmişdir. Bu yaxınlarda X27 miras qalmış həmin daşınmaz əmlakla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu olunan zaman onlara məlum olmuşdur ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin anaları (iddiaçılar İddiaçı1 və İddiaçı2 münasibətdə) və nənəsi (İddiaçı3 münasibətdə) X38 aid hissəsi ünvan 1unun 2V- 144 reyestr nömrəli xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır və onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sonradan sözügedən fərdi yaşayış evi ünvan 1unun 4Ə-197 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır və cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı1 və İddiaçı2 09 dekabr 2007-ci il tarixdə vəfat etmiş anaları X33 birinci növbədən qanun üzrə vərəsələridirlər. Digər İddiaçı3 isə miras qoyan X33 digər qızı olan və xx.xx.2017-ci il tarixdə vəfat etmiş X39 oğludur. Hesab edirlər ki, onların miras qoyan X27 miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi üzərində məcburi pay hüquqları pozulmuşdur. Belə ki, əsassız və qanunsuz olaraq sözügedən daşınmaz əmlak barədə Cavabdeh2 adına ünvan 1u tərəfindən 2V-144 reyestr nömrəli xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında onun adına qeydiyyata alınmış və sonradan üzərində məcburi paylarının olduğu həmin miras əmlak ünvan 1unda Cavabdeh2 ilə digər cavabdeh olan anası Cavabdeh1 arasında bağlanmış 4Ə-197 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. İddiaçı1 və İddiaçı2 Bakı şəhəri 17 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, anaları X27 miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi üzərində məcburi paylarının müəyyən edilməsi və buna dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Notariat ofisindən onlara verilən imtina məktubunda göstərilmişdir ki, mərhum anaları X27 miras qalmış əmlaklara dair xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmışdır və Cavabdeh2 vərəsə kimi göstərilərək ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən Cavabdeh2 2V-144 reyestr nömrəli xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman onların mərhum anaları X27 miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi üzərində məcburi pay hüququ olan vərəsələr kimi qanunla təminat altına alınmış hüquqları pozulmuşdur. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə dair ünvan 1u tərəfindən Cavabdeh2 verilmiş 2V-144 reyestr nömrəli xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, ünvan 1unda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 4Ə-197 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız sayılması və onun əsasında Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, ünvan 1unda cavabdehlər Cavabdeh1 ilə Nümayəndə2 arasında bağlanmış 4Ə- 302 reyestr nömrəli xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin müqavilə əsasında cavabdeh Nümayəndə2 verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 133.90 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.1282 ha olan torpaq sahəsinin 1/2 hissəsi üzərində məcburi pay hüququna malik olan vərəsələr kimi vərəsəlik hüquqları tanınmaqla, sözügedən miras əmlak üzərində məcburi paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddianın dəqiqləşdirilməsi barədə ərizəni onunla əsaslandırmışlar ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra müəyyən edilmişdir ki, Cavabdeh1 ilə Nümayəndə2 arasında Bakı şəhəri 17 saylı notariat ofisində xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli (reyestr nömrəsi 4Ə-302) daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və ümumi sahəsi 133.90 kv.m mübahisə predmeti olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində yerləşdiyi ümumi sahəsi 0.1282 ha torpaq sahəsi ilə birlikdə Nümayəndə2 satılmışdır. Müqavilə üzrə alıcı Nümayəndə2 həmin alqısatqı müqaviləsi əsasında mübahisə predmeti olan fərdi yaşayış evi və torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaqla öz adına keçirmiş və buna dair müvafiq çıxarış da almışdır. Cavabdeh Nümayəndə2 hazırda məhkəmədə tərəflər arasında mübahisə predmeti olan və üzərində qanunvericiliyə uyğun olaraq mirasda məcburi paylarının müəyyən edilməli olduğu ümumi sahəsi 133.90 kv.m olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evini həmin daşınmaz əmlakın yerləşdiyi ümumi sahəsi 0.1282 ha torpaq sahəsi ilə birlikdə iş üzrə digər cavabdeh olan Cavabdeh1 aldıqdan sonra sözügedən fərdi yaşayış evini tamamilə sökmüşdür, hazırda isə qeyd olunan ərazidə bir neçə fərdi yaşayış evi və digər təyinatlı tikililər inşa etmiş və hazırda da həmin tikinti işləri cavabdeh Nümayəndə2 tərəfindən davam etdirilməkdədir. X13, Maraqlı şəxs1 və X16 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. Müstəqil tələb irəli sürən üçüncü şəxs X14 Cavabdeh1 qarşı “məcburi pay hüququnun tanınması və evin satışından əldə edilmiş vəsaitin mütənasib şəkildə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mübahisə predmeti olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi üzərində məcburi pay hüququna malik olmuş atası X60 vərəsəsi kimi məcburi payının müəyyən edilməsi və alqısatqı müqaviləsi üzrə əldə edilmiş vəsaitin payına mütənasib şəkildə Cavabdeh1 onun xeyrinə tutulması barədə qətnamə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1-i miras qoyan X50 ölərkən atası X26 sağ olmuş və məcburi payı olmuşdur. Hazırkı işin faktiki halı ondan ibarətdir ki. atası X26 anasından sonra öldüyündən o, qızı olaraq onun məcburi pay tələb etmək hüququnu əldə etmişdir. Miras açıldığı andan sonra məcburi pay hüququ olan şəxs öldükdə, onun vərəsəsi (vərəsələri) vəsiyyətnamə üzrə miras qoyanın məcburi vərəsəsi statusunda deyil, yalnız məcburi pay hüququna malik olmuş şəxsin vərəsəsi kimi tələb etmək hüququnu əldə edir. İş üzrə mübahisə predmeti olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə dair alqı-satqı müqaviləsinə əsasən 30.000 manata satılmış və hal-hazırda həmin yaşayış evi sökülmüşdür. Bu səbəbdən də onun mübahisə predmeti olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi üzərində məcburi pay hüququna malik olmuş atası X60 vərəsəsi kimi məcburi payı müəyyən edilməli və alqı-satqı müqaviləsi üzrə əldə edilmiş vəsaitin payına mütənasib şəkildə Cavabdeh1 onun xeyrinə tutulmalıdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında X14 məhkəməyə ərizə təqdim edərək, Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmiş, Cavabdeh2 əsl cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı1 qızı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia tələbini təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin məhkəmə iclasında izahatında göstərdi ki, miras üzrə sənədləşmə aparılan zaman qanunvericiliyin tələbləri pozulmuşdur. Onunda digər vərəsələr kimi məcburi pay hüququ vardır. Ona görə də, miras əmlakdan məcuburi payının müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 İddiaçı1 izahatındakı xüsusatları təsdiq edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda izahatında qeyd etdi ki, mübahisəli əmlak üzrə hüquqlarını təmsil etdiyi şəxsin payı vardır. Miras əmalkdan məcburi payı müəyyən edilməlidir. Sözügedən müqavilələr üzrə iddia müddəti ötürülməmişdir. Vərəsəliklə bağlı Konstitusiya Məhkəməsi müvafiq qərar qəbul etmişdir. Artıq müddətin ötürülməsindən söhbət gedə bilməz. Buna görə də, hüquqlarını müdafiə etdiyi şəxsin iddiasının tam şəkildə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia tələbini təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, miras əmlakla bağlı hər hansı notariat əməliyyatları aparılan zaman onun payı müəyyən edilməmişdir. O issə payının müəyyən edilməsini istəyir. Buna görə də, iddiasının təmin olunaraq, miras əmlakdan məcburi payının müəyyən edilərək verilməsini tələb edir. Məhkəmə iclasında İddiaçı3 qızı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia tələbini təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin məhkəmə iclasında izahatında göstərdi ki, iki ünvanı birləşdirib satıblar. Hazırda miras əmlakını təşkil edən tikililər sökülmüş, yerində yeni tikililər tikilmişdir. Onun miras qalmış əmlakdan məcburi payı vardır və məcburi qaydada vərəsəlikpayı müəyyən edilərək verilməlidir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdeh2 izahatındakı xüsusatları təsdiq edərək, iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin izahatında göstərdi ki, mübahisə predmeti olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsini X17 1999-cu ildə ona vəsiyyət etmişdir. X17 09 dekabr 2007-ci ildə vəfat etmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs faktiki olaraq mirası qəbul etmişdir. İddiaçıların hər birinin X17nın qoyduğu vəsiyyətnamədən xəbəri olmuşdur. Həmin andan 16 ildən artıq müddət keçmişdir. Bu müddət ərzində iddiaçılar miras əmlakı nə faktiki olaraq qəbul etməmişlər, nə də qanunla müəyyən edilmiş qaydada notariat orqanına müraciət etməmişlər. Mübahisə predmeti olan miras əmlak üzrə iddiaçılar qanunvericilikdə müəyyən edilmiş qaydada müddəti ötürməklə məhkəməyə müraciət etmişdirlər. Miras əmlak üzrə aparılmış bütün sənədləşmələr qanuni aparılmışdır. İddiaçılar tələblərinin əsasını təşkil edən heç bir mötəbər sübutları məhkəməyə təqdim etməmişdirlər. İddia formal mülahizələrə əsaslanmaqla irəli sürülmüşdür. Qeyd olunanlara əsasən iddia müddəti tətbiq edilməklə, iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Nümayəndə2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, mübahisə predmeti olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsini X50 1999-cu ildə Cavabdeh2 adına vəsiyyət etmişdir. X50 09 dekabr 2007-ci ildə vəfat etmişdir. Cavabdeh2 faktiki olaraq mirası qəbul etmiş, iddiaçıların hər birinin X33 qoyduğu vəsiyyətnamədən xəbəri olmuşdur. Həmin andan 16 ildən artıq müddət keçmişdir. Bu müddət ərzində iddiaçılar miras əmlakı nə faktiki olaraq qəbul etməmişlər, nə də qanunla müəyyən edilmiş qaydada notariat orqanına müraciət etməmişlər. ünvan 1unda Cavabdeh1 ilə Nümayəndə2 arasında bağlanmış 4Ə-302 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mübahisəli əmlak Nümayəndə2 satılmış, mübahisəli əmlak cavabdehin xüsusi mülkiyyətindədir. Cavabdeh həmin mübahisəli əmlaka sahiblik, istifadə və sərəncam hüququnu həyata keçirir. Mübahisəli əmlak cavabdehin rəsmi çıxarışla xüsusi mülkiyyətindədir. Cavabdeh həmin mübahisəli əmlaka qanunvericiliklə təsbit edilən və qorunan sahiblik, istifadə və sərəncam hüququnu həyata keçirir. Cavabdeh Nümayəndə2 qarşı sözügedən əmlakdan məcburi payın müəyyən edilməsini tələb etmək qanunsuz olduğu kimi, məhkəmə tərəfindən iddianın təmin edilməsi isə cavabdehin Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Məcəlləsi ilə təsbit edilən və dövlət tərəfindən qorunan xüsusi mülkiyyət hüququnun pozulmasına səbəb olacaqdır. Qeyd edilən hal isə mülki hüquq münasibətlər dairəsini iflic vəziyyətinə sala bilər. Belə ki, iddiaçıların cavabdehdən rəsmi çıxarışla ona məxsus olan, onun xüsusi mülkiyyətindəki əmlakdan məcburi paylarının müəyyən edilməsini tələb etmələri tamamilə qanunsuz və əsassızdır. Çünki həmin əmlakda onların nənələri X38 aid əmlak payı da artıq alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmiş, Nümayəndə2 mülkiyyətinə keçmişdir. Belə olan halda, cavabdehə qarşı iddia qaldırılması əsassızdır, çünki əgər iddiaçıların həmin əmlakda vərəsəlik payı vardırsa, bunu əmlakı müəyyən pul vəsaiti qarşılığında satan vərəsələrlə həll etməlidirlər. Lakin hal-hazırda cavabdehin mülkiyyətində olan əmlakın tələbi absurddur. Belə ki, iddiaçılar alqı-satqı müqaviləsi əsasında satılan miras əmlakdan onlara çatan hissəyə dair pul tələbi ilə digər vərəsələrə qarşı iddia qaldırma hüququna malikdirlər. Çünki digər vərəsələr rəsmi və faktiki olaraq, alqı-satqı müaviləsi ilə mübahisəli əmlakın Nümayəndə2 mülkiyyətinə keçməsi qarşılığında müəyyən pul vəsaiti əldə etmişlər. Həmin pul vəsaiti məhkəmədə mübahisələndirilə bilər. Nümayəndə2 cavabdeh qismində işə cəlb edilməsi, mülkiyyətində olan əmlakdan məcburi payın tələb edilməsi isə qanunsuz və əsassız bir iddiadır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin izahatında göstərdi ki, ona qanun üzrə çatası miras paydan çatası kompensasiya verilməyərək hüquqları pozulmuşdur. Hazırda ona çatası kompensasiyanın Cavabdeh2 alınaraq ona verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh, eyni zamanda, digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 ilkin iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, miras əmlak üzrə aparılmış bütün sənədləşmə qanuni və əsaslı aparılmışdır. İddiaçılar haqsız şəkildə məhkəməyə müraciət etmişdirlər. X14 isə iddiasını qəbul edir. Ona kompensasiya verilməlidir. Buna görə də Balacaxanım Görürün iddiasının təmin olunmasına etirazı yoxdur. Odur ki, ilkin iddianın rədd olunması, digər iddianın isə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin və Bakı şəhəri 17 saylı notariat ofisinin nümayəndələri, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13, Maraqlı şəxs1 və X16 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası isə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Buzovna qəsəbəsi 611 saylı sahədə yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi X3 və 1/2 hissəsi X33 adlarına qeydiyyata alınmışdır. Sonradan sözügedən fərdi yaşayış evinin X6 aid hissəsi Bakı şəhəri 4 saylı notariat kontorunun 79-15178 reyestr nömrəli xx.xx.1971-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1976-cı il tarixdə X15 adına qeydiyyata alınmışdır. Sonradan X15 adına ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış tərtib edilmişdir. Həmin fərdi yaşayış evinin X38 aid hissəsi ünvan 1unun 2V-144 reyestr nömrəli xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır və sonuncunun adı ilə bağlı ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. Sözügedən fərdi yaşayış evi ünvan 1unun 4Ə-197 reyestr nömrəli xx.xx.2023cü il tarixli bağışlama müqaviləsinə və Bakı şəhəri 25 saylı notariat kontorunun 2V-66 reyestr nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır və sonuncunun adı ilə bağlı ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. Arxiv qovluğunda sözügedən fərdi yaşayış evi ilə əlaqəli 2 ədəd texniki pasport mövcuddur. Bunlardan biri X3 adı ilə bağlı 1963-cü il tarixdə tərtib edilmiş texniki pasportda həmin fərdi yaşayış evinin ünvanı ünvan 2 olunmuşdur, arxiv əsaslarında saxlanılan digər 1963-cü il tarixdə X33 adına tərtib edilmiş texniki pasportda isə fərdi yaşayış evinin ünvan göstəriciləri ünvan 3uğu göstərilmişdir. Habelə arxiv qovluğunda olan məlumatlardan aydın olur ki, hər iki ünvan fərqli girişləri olan eyni fərdi yaşayış evinə aiddir. Bəhs olunan fərdi yaşayış evinə aid xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında texniki pasportdakı (Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1) 1 və 2 literli həyət tikililəri sökülməsi və ərazidə əlavə tikililərin inşa edilməsi qeyd olunmuşdur. X33 adına Bakı şəhəri üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. - Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışın surətindən görünür ki, Maştağa rayonu Buzovna qəsəbəsi 611 saylı sahədə yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi X3 və 1/2 hissəsi X33 adlarına xx.xx.1956-cı il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri 17 saylı notariat ofisinin İddiaçı1 və İddiaçı2 ünvanladığı 456 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş mərhum anaları X27 miras qalmış əmlaklara dair xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmışdır və faktiki qəbulu olması ilə əlaqədar olaraq Cavabdeh2 vərəsə kimi göstərilərək ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. - Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 159 nömrəli xx.xx.2014-cü il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X45 xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X51, anası X41r. - Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 1097 nömrəli xx.xx.2014-cü il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X34 xx.xx.1962-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X51, anası X42r. - Vİ-ЖГ seriyalı 300475 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı3 xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X25, anası X46r. - AZ-İİİ seriyalı 464479 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X47 xx.xx.1954-cü il tarixdə doğulmuşdur, atası X52, anası X41r. - İİ-ЖГ seriyalı 316927 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 ilə X48 xx.xx.1979-cu il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Abdullayeva soyadı verilmişdir. - İİ-ЖГ seriyalı 451511 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X35 ilə X34 xx.xx.1981-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. - İ-ЖГ seriyalı 296891 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X25 ilə X47 xx.xx.1974-cü il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Zeynalova soyadı verilmişdir. - AZ-İ seriyalı 873970 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X58 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 157 nömrəli xx.xx.2014-cü il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X50 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/69-659 nömrəli xx.xx.2022-ci il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X51 və Sona Kamil qızının nikahı haqqında xx.xx.1949-cu il tarixdə 19 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Qatamov, arvada Qatamova soyadı verilmişdir. Nikaha Ə.M.Qatamovun xx.xx.1976-cı il tarixdə ölməsi ilə bağlı xitam verilmişdir. Sonradan S.K.Kətəmova xx.xx.2007-ci ildə ölmüşdür. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1096/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət notariat kontoruna (Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisi), X19, X28 və X20 qarşı - Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi 52 saylı fərdi yaşayış evinə dair Bakı şəhəri 23 saylı dövlət notariat kontoru tərəfindən cavabdehlər İddiaçı2, İddiaçı1 və İddiaçı3 verilmiş 13 sentyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnamələrinin və onların əsasında verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında reyestrdən Çıxarışın etibarsız sayılması, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi 52 saylı fərdi yaşayış evinə onun və anası Cavabdeh1 vərəsəlik hüquqlarının tanınmaqla, sözügedən fərdi yaşayış evindən vərəsə üzrə paylarının müəyyən edilməsi barədə iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslər X1 və Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair iddialarının təmin edilməməsi qət edilmişdir. - Bakı şəhəri 17 saylı notariat ofisində açılmış 4Ə-302 reyestr nömrəli notariat işindəki: AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 133.90 kv.m olan fərdi yaşayış evini 30.000 (otuz min) manata və ümumi sahəsi 0.1282 ha olan torpaq sahəsini 20 (iyirmi min) manata Nümayəndə2 satmışdır. xx.xx.2023-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 133.90 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.1282 ha olan torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. - Bakı şəhəri 17 saylı notariat ofisində açılmış 2V-144 və 4Ə-197 reyestr nömrəli notariat işlərindəki: xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X33 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdeh2dur. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 103.7 kv.m, yaşayış sahəsi 32.1 kv.m, yardımçı sahəsi 71.6 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsindən ibarətdir. Bakı şəhəri 25 saylı dövlət notariat ofisində reyestrdə 2V/İ-64 nömrə ilə qeydə alınmış xx.xx.1999-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X50 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən, Bakı şəhəri Buzovna qəsəbəsi C.M.Quluzadə küçəsi 50 nömrəli evin ona məxsus olan 1/2 hissəsini Cavabdeh2 vəsiyyət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Buzovna qəsəbəsi Maştağa rayonu 611 kimi qeyd olunan fərdi yaşayış evinə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na uyğun olaraq ünvan 4 ünvan rekviziti təyin edilmişdir. AZ-İ seriyalı 282074 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X50 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində ölmüşdür. ИЕ seriyalı 045666 nömrəli evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X53 ilə Sona Kamil qızı xx.xx.1949-cu il tarixdə evlənmişlər, evləndikdən sonra arvada Kətəmova soyadı verilmişdir. İ-ЖГ seriyalı 362204 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X53 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində ölmüşdür. ИЕ seriyalı 432375 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X53, anası Sona Kamil qızıdır. AZ-İ seriyalı 397385 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində ölmüşdür. XİV-ЖГ seriyalı 341911 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X26, anası Cavabdeh1dır. xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2010-cu il tarixdə vəfat etmiş X11 qalmış miras əmlakdan ona çatası 1/2 hissədən ibarət olan payını Cavabdeh1 bağışlamışdır. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X15 vərəsəsi arvadı Cavabdeh1dır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 103.7 kv.m olan fərdi yaşayış evinin ona məxsus olan 1/2 hissəsindən ibarətdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 103.70 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsi X15 (qeydiyyat tarixi xx.xx.2023), 1/2 hissəsi Cavabdeh2 (qeydiyyat tarixi xx.xx.2023) mülkiyyətindədir. Fərdi yaşayış evinin yerləşdiyi 0.0157 ha torpaq sahəsi isə dövlət mülkiyyətindədir. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 103.70 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsini anası Cavabdeh1 bağışlamışdır. xx.xx.2023-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 103.7 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. xx.xx.2023-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 133.90 kv.m olan fərdi yaşayış evi və 0.1282 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2, 1 saylı fərdi yaşayış evi X4 adına qeydiyyatdan keçmişdir. Arxiv qovluğunda sözügedən evə dair X4 adına 1963-cü il tarixdə tərtib edilmiş texniki pasport mövcuddur. Keçmiş Əzizbəyov rayon DNK-nın 3468 reyestr nömrəli xx.xx.1956-cı il tarixli bağışlama müqaviləsinə əsasən evin 1/2 hissəsi xx.xx.1956cı il tarixdə X33 adına qeydiyyatdan keçmişdir. Arxiv qovluğunda Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi 50 saylı fərdi yaşayış evinə dair X33 adına 1963-cü il tarixdə tərtib edilmiş texniki pasport mövcuddur. Bakı şəhəri 4 saylı DNK-nın 49- 15178 reyestr nömrəli xx.xx.1971-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1972-ci il tarixdə evin X7 məxsus olmuş 1/2 hissəsi X15 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 25 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli x/o-74/23 nömrəli məktubuna əsasən mərhum X15 adına Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2, 1 saylı fərdi yaşayış evinə dair ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu S.H.Məmmədov tərəfindən təsdiq edilmiş 2V-144 reyestr nömrəli xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən evin X38 məxsus olmuş 1/2 hissəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu F.N.Səfərov tərəfindən təsdiq edilmiş 2V-66 reyestr nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, 3M-64 reyestr nömrəli xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən evin X18 məxsus olmuş 1/2 hissəsi və Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu S.H.Məmmədov tərəfindən təsdiq edilmiş 4Ə-197 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən evin Cavabdeh2 məxsus olmuş 1/2 hissəsi Cavabdeh1 adına (tam) qeydiyyatdan keçmişdir və ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2, 1 saylı fərdi yaşayış evinin yerləşdiyi 0.1282 ha torpaq sahəsi (vahid əmlak olmaqla) mülkiyyət hüququna əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu S.H.Məmmədov tərəfindən təsdiq edilmiş 4Ə-302 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Nümayəndə2 adına qeydiyyatdan keçmişdir və ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Hazırda Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2, 1 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.1282 ha torpaq sahəsi Nümayəndə2 mülkiyyətindədir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X14 tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - 1368 nömrəli xx.xx.2008-ci il tarixli arayışdan görünür ki, X26 Bakı şəhəri Buzovna qəsəbəsi C.M.Quluzadə küçəsi ev 52-də yaşayır və onunla bir ailədə yaşamış və xx.xx.2007-ci ildə vəfat etmiş anası X43 özü dəfn edib. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edildi ki, miras qoyan X42r. X12 Əli Mustafa oğlu ilə xx.xx.1949-cu il tarixdə rəsmi nikah bağlamışdır. Həmin nikahdan xx.xx.1950-ci il tarixdə X26, xx.xx.1954-cü il tarixdə Mustafayeva (Zeynalova) Lalə Əli qızı, xx.xx.1956-cı il tarixdə Qatamova (İddiaçı1) Şəfaqət Əli qızı və xx.xx.1962-ci il tarixdə Mustafayeva (Əliyeva) Samirə Əli qızı doğulmuşlar. X51 xx.xx.1976-cı il tarixdə, X50 xx.xx.2007-ci il tarixdə, X26 xx.xx.2010-cu il tarixdə, Mustafayeva (Zeynalova) Lalə Əli qızı isə xx.xx.2017-ci il tarixdə ölmüşlər. X26 və Mustafayeva (Zeynalova) Lalə Əli qızı miras açıldıqdan sonra məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölmüşlər və mirasdan məcburi pay almaq hüququ onların vərəsələrinə keçmişdir. X15 vərəsələri Cavabdeh2 və Cavabdeh1, X14, Mustafayeva (Zeynalova) Lalə Əli qızının vərəsələri isə İddiaçı3, X13, Maraqlı şəxs1 və X9r. Miras əmlak Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsindən ibarətdir. xx.xx.1999-cu il tarixli vəsiyyətnaməyə əsasən X50 miras əmlakı nəvəsi Cavabdeh2 vəsiyyət etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 miras əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 miras əmlakı anası Cavabdeh1 bağışlamışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 103.7 kv.m olan fərdi yaşayış evinin X18 məxsus olan 1/2 hissəsinə dair Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 xx.xx.2010-cu il tarixdə vəfat etmiş X11 qalmış miras əmlakdan ona çatası 1/2 hissədən ibarət olan payını Cavabdeh1 bağışlamışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 133.90 kv.m olan fərdi yaşayış evi və 0.1282 ha torpaq sahəsi vahid əmlak kimi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 133.90 kv.m olan fərdi yaşayış evini 30.000 (otuz min) manata və ümumi sahəsi 0.1282 ha olan torpaq sahəsini 20 (iyirmi min) manata Nümayəndə2 satmışdır və hazırda qeyd olunan daşınmaz əmlak sonuncunun mülkiyyətindədir. İddiaçıların tələbi ondan ibarətdir ki, sözügedən miras əmlak barədə vəsiyyətnamə üzrə vərəsəlik hüququ rəsmiləşdirilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, nəticədə isə onlar miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilmişlər. Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbləri təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni mirasın açıldığı xx.xx.2007-ci il tarixdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 aprel 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin “bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı: «...Konstitusiya Məhkəməsinin Plenumu 2023-cü il 26 dekab tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X37 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur...Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz... Yuxarıda göstərilənləri və Konstitusiyanın birbaşa hüquqi qüvvəyə malik olması barədə 147-ci maddəsinin İİ hissəsinin tələbini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin; Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin». İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş və adı çəkilən qərar qəbul edilərkən mülki iş məhkəmənin icraatında olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, mirasın qəbulunun müddətlə şərtləndirilməməsi hazırkı iş üzrə tərəflərə şamil edilməlidir. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Hazırkı iş üzrə iddiaçıların miras qoyanın birinci növbə vərəsələri olmaları, Cavabdeh2 vəsiyyətnamə qoyulsa da, iddiaçıların miras əmlakda məcburi paya malik olmaları, notariat orqanının qanunun tələblərini pozaraq məcburi pay hüququ olan vərəsələrin müəyyənləşdirilməsi üçün hər hansı tədbir görməməsi işin mübahisəsiz hallarıdır. Həmçinin İş materiallarında olan foto şəkillərə tərəflərin iştirakı ilə baxış keçirilən zaman miras əmlakın tamamilə sökülərək həmin əmlakın yerində yeni tikililərin inşa edilməsi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, iddiaçıların vərəsəlik hüququ haqqında şəhadətnaməni və ondan irəli gələn müqavilələrin etibarsızlığını mübahisələndirməyə subyektiv hüquqları mövcuddur. Lakin bu subyektiv hüququn olması mübahisələndirilən şəhadətnamənin və müqavilələrin etibarsız hesab edilməsi üçün əsas deyildir. Məhkəmə qeyd edir ki, iddiaçıların mübahisəli miras əmlak olan evdə məcburi pay almaq hüquqları vardır. Lakin iddiaçılar iddia tələbində mübahisəli əmlakdan və həmin əmlakın yerləşdiyi torpaq sahəsindən məcburi pay istəsələrdə məhkəmə bunula bağlı qeyd edir ki, iddiaçıların yalnız ünvan 5 ünvanında yerləşən evdən məcburi pay almaq hüquqları vardır. Belə ki, mübahisələndirilən vəsiyyətnamədən görünür ki, miras əmlak yalnız Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət olmuş və iddiaçıların yalnız həmin fərdi yaşayış evinə münasibətdə məcburi pay tələb etmək hüquqları olmuşdur. Digər tərəfdən, iddiaçıların qeyd olunan fərdi yaşayış evindən (miras əmlakdan) məcburi pay tələb etmək hüquqları olsa da, yuxarıda qeyd edildiyi kimi həmin fərdi yaşayış evi (miras əmlak) artıq mövcud deyildir və həmin ünvanda yeni mülkiyyətçi - vicdanlı əldə edən Nümayəndə2 tərəfindən yeni tikililər inşa edilmişdir. İddiaçıların məcburi paylarının olduqlarını iddia etdikləri ümumi sahəsi 0.1282 ha olan torpaq sahəsi isə miras qoyan X33 mülkiyyətində olmamış, həmçinin, xx.xx.1999-cu il tarixli vəsiyyətnamədə sonuncu yalnız özünə məxsus fərdi yaşayış evini Cavabdeh2 vəsiyyət etmişdir. Ümumi sahəsi 0.1282 ha olan torpaq sahəsi dövlət mülkiyyətində olmuş, sonradan cavabdehlər tərəfindən özgəninkiləşdirilmişdir. Məhkəmə hesab edir ki Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evindən iddiaçılar X21 4/64, İddiaçı2 4/64 və İddiaçı3 1/64 məcburi pay almaq hüquqları vardır. Lakin məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli evdə məcburi pay almaq hüququ olsa da miras əmlakda onları payı müəyyən edilə bilməz. Belə ki, iddiaçıların mirasda məcburi pay almaq hüquqları pozulmuş olsa da, bu pozuntu mübahisəli daşınmaz əmlakı (miras əmlakı) vicdanla əldə etmiş şəxsin, yəni cavabdeh Nümayəndə2 hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir...Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Yuxarıda sadalanan qanunvericilik normalarının tələblərindən göründüyü kimi əşya hüquqları əldə olunarkən daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat əsassız olsa (həqiqi hüquqi vəziyyətə görə əşyaya sərəncam verənin buna səlahiyyəti olmasa) belə, əgər əldə edən bunu bilmirsə, yaxud qeydə dair etiraz reyestrə daxil edilməyibsə hüququ əldə etmiş şəxs vicdanlı sayılır. Əşyanı əldə edən onun vicdanlı olmadığını iddia edirsə, bunu sübuta yetirməlidir. Hazırkı iş üzrə iddiaçılar cavabdeh Nümayəndə2 vicdanlı olmadığını sübuta yetirə bilməmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli daşınmaz əmlakın (miras əmlakın) satılmasına dair müqavilə hüquqi nəticə yaratmaq məqsədilə bağlanmışdır. Həmçinin, alıcı Nümayəndə2 satıcı Cavabdeh1 mülkiyyət hüququna dair dövlət reyestrindəki qeydin əsassız olmasını bilməsinə, yaxud həmin qeydə dair etirazın reyestrə daxil edilməsinə dair iddiaçılar tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin, hazırkı iddia ərizəsi mübahisəli əmlaka dair alqı-satqı müqaviləsi bağlandıqdan sonra məhkəməyə daxil olmuşdur. Bu hallar onu göstərir ki, əmlakı vicdanlı əldə edən Nümayəndə2 bağladığı müqavilə etibarsız sayıla bilməz. Belə ki, Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Beləliklə, məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə Nümayəndə2 vicdanlı ədə edən olduğundan iddia tələbi Cavabdeh1 ilə Nümayəndə2 arasında bağlanmış 4Ə-302 reyestr nömrəli xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin müqavilə əsasında cavabdeh Nümayəndə2 verilmiş çıxarışın ləğv edilməsi hissəsində təmin edilməsi üçün üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, iddiaçıların xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin müqavilə əsasında cavabdeh Nümayəndə2 verilmiş çıxarışın ləğvinə dair tələbi təmin edilmədiyindən, “Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə dair ünvan 1u tərəfindən Cavabdeh2 verilmiş 2V-144 reyestr nömrəli xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, ünvan 1unda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 4Ə-197 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız sayılması və onun əsasında Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 133.90 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.1282 ha olan torpaq sahəsinin 1/2 hissəsi üzərində məcburi pay hüququna malik olan vərəsələr kimi vərəsəlik hüquqları tanınmaqla, sözügedən miras əmlak üzərində məcburi paylarının müəyyən edilməsi” barədə də iddai tələbləri təmin edilə bilməz, çünki sonuncu tələblər əvvəlki tələbdən törəmədir. Məhkəmə tərəfindən iddiaçılara izah olunur ki, miras əmlakın özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş gəlirdən əmlakdakı paylarına mütənasib kompensasiya tələb etmək hüquqları vardır. Məhkəmə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiasını əsaslı hesab edir. Belə ki, X14 miras qoyan X33 nəvəsi, X15 isə qızıdır. X26 miras açıldıqdan sonra (xx.xx.2007) məcburi payı tələb etmək hüququnu həyata keçirmədən (xx.xx.2010) ölmüş və mirasdan məcburi pay almaq hüququ onun vərəsəsi Görür X2. Məhkəmə hesab edir ki, X5 miras əmlakda məcburi payı vardır, miras əmlakın özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş gəlirdən əmlakdakı payına mütənasib pul tələb etməkdə haqlıdır və onun bu tələbi təmin edilməlidir. Yuxarıda qeyd edildiyi kimi miras əmlak yalnız fərdi yaşayış evindən ibarətdir və həmin əmlak Cavabdeh1 tərəfindən 30.000 manata Nümayəndə2 satılmışdır. Məhkəmə hesab edir ki, miras əmlakda X5 məcburi payı 2/64 hissə (4/64 hissə İddiaçı1, 4/64 hissə İddiaçı2, 1/64 hissə İddiaçı3) müəyyən edilməli, miras əmlakın satışından əldə edilmiş pul vəsaiti X5 miras əmlakdakı məcburi mütənasib bölünməklə əldə edilmiş pul vəsaiti, yəni 937.5 manat (30.000:64x2=937.5) Cavabdeh2 tutularaq X8 ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Nümayəndə2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı X13, Maraqlı şəxs1 və X16 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə dair ünvan 1u tərəfindən Cavabdeh2 verilmiş 2V-144 reyestr nömrəli xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, ünvan 1unda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 4Ə-197 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız sayılması və onun əsasında Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, ünvan 1unda cavabdehlər Cavabdeh1 ilə Nümayəndə2 arasında bağlanmış 4Ə-302 reyestr nömrəli xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin müqavilə əsasında cavabdeh Nümayəndə2 verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 133.90 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.1282 ha olan torpaq sahəsinin 1/2 hissəsi üzərində məcburi pay hüququna malik olan vərəsələr kimi vərəsəlik hüquqları tanınmaqla, sözügedən miras əmlak üzərində məcburi paylarının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməli edilməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiası təmin edilməli, Cavabdeh2 937.5 (doqquz yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq X8 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Nümayəndə2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı X13, Maraqlı şəxs1 və X16 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə dair ünvan 1u tərəfindən Cavabdeh2 verilmiş 2V-144 reyestr nömrəli xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, ünvan 1unda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 4Ə-197 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız sayılması və onun əsasında Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, ünvan 1unda cavabdehlər Cavabdeh1 ilə Nümayəndə2 arasında bağlanmış 4Ə-302 reyestr nömrəli xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin müqavilə əsasında cavabdeh Nümayəndə2 verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 133.90 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.1282 ha olan torpaq sahəsinin 1/2 hissəsi üzərində məcburi pay hüququna malik olan vərəsələr kimi vərəsəlik hüquqları tanınmaqla, sözügedən miras əmlak üzərində məcburi paylarının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiası təmin edilsin. Cavabdeh2 937.5 (doqquz yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq X8 ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar