Məhkəmə qərarları › İş №2(003)-324/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-324/2022

10.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-324/2022 10.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “təbii X2 üzrə istehlakçının təqsiri hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 4523 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, 31.03.2020-ci il tarixdə Cavabdeh tərəfindən ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilməklə yeni sayğac onun iştiakı olmadan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi 92 saylı evdlə yerləşən yaşayış sahəsində quraşdırıldı. O hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmişdir. O bu yaxınlarda qaz sayğacının bir həyətdə yaşayan qardaşı arasında ayırmaq üçün bu barədə Asan Xidmət Mərkəzinə müraciət etmişdir. Lakin Asan Xidmət tərəfindən ona bildirildi ki, onun 4523 manat borcu vardır. Bununla bağlı o müvafiq olaraq Cavabdeh Xəzər rayon şöbəsinə müraciət etdi, həmin idarənin əməkdaşları tərəfindən ona bildirdilər ki, onun tərəfindən qaz sayğacına müdaxilə edildiyi üçün ona 4523 manat cərimə yazılmışdır. Halbu ki, o heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Cavabdeh təşkilat qaz sayğacına müdaxilənin mənim tərəfimdən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan mənə yüksək məbləğdə cərimə hesablamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən vurulmuş ziyana görə 4519,20 manat və ödənilmiş 65,20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4584,40 manat pulun cavabdehdən tutulması barədə qətnamə çəxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslanıdırılmışdır ki, Cavabdeh ilə abonent İddiaçı arasında 31.03.2020-ci il tarixində 03/1067 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonent İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nın Bakı X3 Departamenti tərəfindən **********1120 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə ElsterG4T markalı 12520969 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən saz xəttinə özba ına so ulmasla onun təbil sazdan eanunsuz olaras istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində 28.06.2018-ci il tarixli ******* saylı akt əsasında 1706,40 manat, 29.10.2018-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat, 16.11.2018-ci il tarixli ******* saylı akt əsasında 142.20 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, cəmi 4401 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərə əlavə olaraq bildirmək istəyirəm ki, cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”yə 118,70 manat məbləğində qalıq borcu olmuşdur. Cavabdeh tərəfindən iddiaçı Cavabdeh İB-yə ödənilməli borc məbləği (iririlmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olarac 4519,70 manat təşkil etməkdədir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə bamyaraq, İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştiak etmiş ilk iddia üzrə İddiaçı ilk iddianın məzmununa uyğun izahat verərək, ilk iddinaın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsini, qarşılıqlı iddia üzrə iddiaçı “Azərqaz” İstehsalat Birliyinin nümayəndəsi qaşılıqlı iddianın məzmununa uyğun izahat verərək, qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından göründüyü kimi ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdehnə qarşı tələbi əsassız olaraq hesablanmış borcun silinməsi, ilk iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə cavabdeh İddiaçı qarşı tələbi isə təbii X2 üzrə istehlakçının təqsiri hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, qeyd edilən tələblərə bir hüquqi qiyəm verilməlidir. İş materiallarında olan paylayıcı Cavabdeh İstehsalat Biriliyinin Bakı X3 Departamenti ilə istehlakçı İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 31.03.2020-ci il tarixli 03-1067 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan 29.10.2018-ci il tarixli ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 3888 m3, 16.11.2018-ci il tarixli ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1422 m3, 28.12.2018-ci il tarixli ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1422 m3, 31.01.2019-cu il tarixli ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1422 m3, 28.02.2019-cu il tarixli ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1422 m3, 29.03.2019-cu il tarixli ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1422 m3, 30.04.2019-cu il tarixli ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1422 m3, 30.05.2019-cu il tarixli ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 324 m3, 30.10.2019-cu il tarixli ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 972 m3, 30.12.2019-cu il tarixli ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 2952 m3, 30.01.2020-ci il tarixli ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 2952 m3, 28.02.2020-ci il tarixli ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 2952 m3, 30.03.2020-ci il tarixli ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 2952 m3 təbii X2nın pozulması haqqında aktların təsdiq edilmiş surətlərinindən görünür ki, təbii qazdan qeyriqanuni sayğacdan kənar istifadə halı aşkar olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh İddiaçı tərəfindən təbii X2nın pozulması nəticəsində 29.10.2018-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 3888 m3 dəyəri 388,80 manat, 16.11.2018-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, 28.12.2018-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, 31.01.2019-cu il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, 28.02.2019-cu il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, 29.03.2019cu il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, 30.04.2019-cu il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, 30.05.2019-cu il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 324 m3 dəyəri 32,40 manat, 30.10.2019-cu il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 972 m3 dəyəri 97,20 manat, 29.11.2019-cu il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, 30.12.2019-cu il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 2952 m3 dəyəri 295,20 manat, 30.01.2020-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 2952 m3 dəyəri 295,20 manat, 28.02.2020-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 2952 m3 dəyəri 295,20 manat, 30.03.2020ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 2952 m3 dəyəri 295,20 manat müəyyən edilmiş və itirilmiş qaz sərifiyyatı üzrə hesabatlar aparılmışdır. Məhkəmə qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Hazırkı halda da iddiaçı Cavabdeh nümayəndələri bu hüquqdan istifadə etməklə cavabdeh tərəfindən təbii X2nın pozulması hallarını aşkar etmiş və müvafiq akt tərtib etməklə itirilmiş qaz sərfiyyatını müəyyən etməklə müvafiq hesabatlar aparılmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının məhkəməyə təqdim etmiş olduğu 29.06.2018-ci il tarixli hesabatda 28.06.2018-ci il tarixli ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 8532 m3 müəyyən edilmişdir, lakin qeyd edilən akt məhkəməyə təqdim edilməmiş, həmçinin həmin akt üzrə məhkəməyə təqdim edilmiş iddia ərizəsi üzrə 1706,40 manat borcun tutulamsı tələb edilsə də, bu hal sübuta yetirilməmişdir. Eyni zamanda 29.11.2019-cu il tarixli ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 olduğu qeyd edilsə də, qeyd edilən akt qarşılıqlı iddia ərizəsinə əlavə edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən akt və həmin aktlar üzrə aparılmış olan hesabat üzrə pulun İddiaçı tutulması əsassızdır. Məhkəmə həmçinin ilk iddia üzrə İddiaçı iddia tələbinə münasibədə qeyd edir ki, ilk iddia üzrə iddiaçı borcun yaranması ilə bağlı əsasların ona məlum olmadığını iddia etsə də, ilk iddia üzrə iddiaçının məhkəməyə təqdim etmiş olduğu aktlar ilk iddia üzrə iddiaçı tərəfindən təbii X2nın pozulması və qaz xəttinə qanunsuz müdaxilə etməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edilənləri və qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən yuxarıda göstərilən və onun tərəfindən qəbul edilmiş aktları qarşılıqı iddia üzrə cavabdehin sayğacdan kənar təbii qazdan istifadəsini təsdiq edən sübut kimi qəbul etməklə, həmin aktlar əsasında qazın itkisinə görə hesablanmış məbləğin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli 29.10.2018-ci il tarixli akt əsasında 388,80 manat, 16.11.2018-ci il tarixli akt əsasında 142,20 manat, 28.12.2018-ci il tarixli akt əsasında 142,20 manat, 31.01.2019-cu il tarixli akt əsasında 142,20 manat, 28.02.2019-cu il tarixli akt əsasında 1422 m3 dəyəri 142,20 manat, 29.03.2019-cu il tarixli akt əsasında 142,20 manat, 30.04.2019-cu il tarixli akt əsasında 142,20 manat, 30.05.2019-cu il tarixli akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli akt əsasında 97,20 manat, 29.11.2019-cu il tarixli akt əsasında 142,20 manat, 30.12.2019-cu il tarixli akt əsasında 295,20 manat, 30.01.2020-ci il tarixli akt əsasında 295,20 manat, 28.02.2020-ci il tarixli akt əsasında 295,20 manat, 30.03.2020-ci il tarixli akt əsasında 295,20 manat olmaqla, cəmi 2694,60 manat İddiaçı Cavabdeh İB-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə ilk iddia üzrə İddiaçı iddiasına münasibətdə hesab edir ki, ilk iddia qismən təmin edilməli və Cavabdeh tərəfindən 28.06.2018-ci il tarixli ******* saylı akt üzrə və 29.11.2019-cu il tarixli ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 əsassız olaraq hesablanmış 995,40 manat borc silinməli qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbini üzrə iddiaçı tərəfindən ödənilmiş 65,20 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, qarşılıqlı iddia qismən təmin edildiyindən, 45 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulmalı, qalan 25,20 manat məbləğində ödənilmiş dövlət rüsumuqarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh tərəfindən qanunsuz olaraq hesablanmış 995,40 (doqquz yüz doxsan beş manat 40 qəpik) manat məbləğində borc silinsin. İlk iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2694,60 (iki min altı yüz doxsan dörd manat 60 qəpik) manat alınaraq Cavabdehnə ödənilsin. Ödənilmiş 65,20 manat məbləğində dövlət rüsumunun 45 manatı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə Cavabdehnə ödənilsin, qalan 25,20 manat məbləğində ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh özünə aid edilsin. Qaşılıqlı iddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar