Məhkəmə qərarları › İş №2(003)-3246/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3246/2025

15.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3246/2025 15.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi Dadaşova Aynurə Eldar qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında, hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, enerji sərfiyyatına görə əsassız yazılmış 3500 manat borcun silinməsinə dair qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, 2880 manat borcun silinməsini istəyir. xx.xx.2024-cü il tarixdə sayğac koda düşüb, buna görə də həmin tarixdə 11 dəfə 199 qaynar xəttinə zəng vurmuşdur. Bundan sonra "xxxx" ASC-nin ustaları gəlib, elektrik enerjisini bərpa ediblər. Sayğac və evin çıxarışı babasının adınadır. Babası və atası rəhmətə gedib. Babasının vərəsəsi bibisidir. Sayğacı və evin çıxarışını öz adına keçirəndən sonra məhkəməyə müraciət etmək üçün iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, vətəndaş qaranlıqda qalmasın deyə "xxxx" ASC-nin əməkdaşları gedib, elektrik enerjisini bərpa ediblər. Sözügedən sayğac iddiaçının deyil, onun babasının adınadır. Buna görə də iddiaçının bu məsələdə subyektiv hüququ yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı vəsatəti təmin edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar