Məhkəmə qərarları › İş №2(003)-3249/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3249/2025

20.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3249/2025 20.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 03.07.*007-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istədiyi şəxsin onun oğlu olduğunu, oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində rəsmi qeydiyyatda olduğunu və həmin ünvanda da yaşadığını, özünün də Xəzər rayonu, Binə qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq, oğlu ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsində yaşadığını, iddia ərizəsinin vəkil tərəfindən yazıldığını, ancaq hansı səbbədən Xəzər rayon Məhkəməsinə verildiyinin bilmədiyini, mülki işin Sabunçu Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına lazımı qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndəsinin iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, hazırki xüsusi icraat qaydasında mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. MPM-in 44.*.*-ci maddəsinə görə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. MPM-in 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri – yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Hazırki mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11.08.*0*5-ci il tarixli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmiş və məhkəmə hazırlıq iclası təyin edilmişdir. Daha sonra hakim başqa məhkəməyə təyin edildiyi üçün mülki iş təqrirlə başqa hakimin icraatına verilmişdir. İşə məhkəmə iclasında baxılan zaman mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı mülki iş “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dairdir. Yuxarda qeyd olunan qanunvericilik normalarının tələbindən görünür ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə təqdim olunmalıdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumatdan və ərizəçinin izahatından məlum olur ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən şəxs X* Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində rəsmi qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda da yaşayır. Belə olan halda, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə uyğun olaraq, hazırki mülki iş üzrə ərizə məhz fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən şəxsin yaşayış yeri üzrə məhkəməyə, yəni Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə verilməli idi. Ona görə hazırki mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxıla bilməz. Bununla belə, məhkəmə qeyd edir ki, iş məhkəmənin icraatına qəbul edildiyi üçün ərizə artıq geri qaytarılmamalı, qanunvericiliyin tələbinə uyğun olaraq ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə baxılmağa verilməlidir. MPM-in 45-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin *1-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki xüsusi icraat qaydasında mülki iş üzrə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən X1 yaşadığı ünvan Bakı şəhəri, Sabunçu rayonuna aid olduğundan mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45, *63-*64 və *68-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Ərizəçi maraqlı şəxs qismində Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsinə dair *(003)-3*49/*0*5 saylı mülki iş aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar