Məhkəmə qərarları › İş №2(003)-3250/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3250/2022

19.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3250/2022 19.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publuk hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi) hüquqi faktın müəyyən ediməsi barədə, hüquq müəyyənedici sənədin eyni şəxsə məxsus olması tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyənetdi: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri rubluk hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi) hüquqi faktın müəyyən ediməsi barədə, hüquq müəyyənedici sənədin eyni şəxsə məxsus olması tələbinə dair ərizəsi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1 və 153.3-cü maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə qeyd edir ki, qanunla şəxsin sənəddə göstərilmiş digər şəxslə eyni şəxs olması faktının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmadığından ərizə mülki məhkəmə icraatı qaydasında baxılıb həll edilə bilməz, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri rubluk hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi) hüquqi faktın müəyyən ediməsi barədə, hüquq müəyyənedici sənədin eyni şəxsə məxsus olması tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar