Məhkəmə qərarları › İş №2(003)-327/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-327/2021

19.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-327/2021 19.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşının atasının adına olan ünvan 1 ünvanına dair texniki pasportun xx.xx.1978-ci ildə vəfat etmiş X14 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, xx xxxxxx 1974-cü ildə X10 ilə rəsmi olaraq nikaha daxil olmaqla ailə qurub ünvan 1 ünvanına gəlin gəlmiş və hal-hazırda öz ailə üzvləri ilə birlikdə qeyd olunan ünvanda yaşayır. Həyat yoldaşı X10 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşının atası X18 isə xx.xx.1974-cü il tarixdə vəfat etmişdir. O, bu yaxınlarda mərhum həyat yoldaşının atasından miras qalmış ünvan 1 ünvanını öz adına rəsmiləşdirməkdən ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 7 saylı Notariat Ofisinə müraciət etmişdir. Orada isə sənədlərini nəzərdən keçirərək ona bildiriblər ki, mərhum həyat yoldaşının atasından miras qalmış adına olan ünvan 1 ünvanının texniki pasportunda adı “Nuru Abdulami” oğlu kimi qeydə alınmış, lakin mərhumun ölüm haqqında şəhadətnaməsində isə adı “X20” oğlu kimi qeydə alınmışdır. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün ona məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Qeyd olunanlara əsasən, mərhum həyat yoldaşının atasının adına olan ünvan 1 ünvanına dair texniki pasportun xx.xx.1978-ci ildə vəfat etmiş X14 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri 7 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçi Nuri kişinin gəlini olub, qaynatası Nuri, qaynanası Bğdagül olub. Nurinin 1 oğlu, 6 qızı olub. Nurinin oğlu Əzizağanın həyat yoldaşı ərizəçi Fəlakət xanım olmuşdur. Nuri 1978-ci ildə rəhmətə gedib, Buzovnada dəfn olunub.Əzizağanın bir oğlunun adı Əbdüləlidir, Nurinin atasının adını qoyublar. Digər şahid, X11 məhkəmə iclasında bildirmişdir ki, ərizəçinin həm uzaq qohumu, həm də qonşusudur. O, digər şahidin izahatındakı xüsusatları təsdiq etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1937-ci il tarixdə anadan olmuş, bu barədə xx.xx.1937-ci il tarixli 228 saylı akt tərtib edilmişdir. X3, anası X1r. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X2 arasında nikah bağlanaraq, bu barədə xx xxxxxx 1924cü il tarixli 560 saylı qeyd aparılmış, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Buzovna qəsəbəsi kənd soveti tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1978-ci il tarixdə ölmüş, bu barədə xx.xx.1978-ci il tarixli 139 saylı akt qeydi aparılmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2001-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, Buzovna qəsəbəsi, ünvan 2 ünvanına dair Nuru Abdulami oğluna şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid oktyabr 1963-cü il tarixli pasport verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 7 saylı X9 xx xxxxxx 2020-ci il tarixli 669 saylı məktubundan görünür ki, miras qalmış Buzovna qəsəbəsi, ünvan 2 ünvanına dair texniki pasportda Nuru Abdulami oğlu, ölüm haqqında şəhadətnamədə isə X18 qeyd edildiyi üçün Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanına dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid fevral oktyabr 1963cü il tarixli pasportda “Nuru Abdulami oğlu” olaraq qeyd edilmiş şəxslə ərizəçinin qaynatası X13 eyni şəxs olmaları faktı tam təsdiq olunduğundan və faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanına dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair oktyabr 1963-cü il tarixli pasportun xx xxxxxx 1978-ci ildə vəfat etmiş X14 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar