Məhkəmə qərarları › İş №2(003)-3288/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3288/2021

31.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3288/2021 31.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisinə və Cavabdeh2 qarşı vərəsəlik işi ilə bağlı notarius tərəfindən qəbul edilmiş ərizənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisinə və Cavabdeh2 qarşı vərəsəlik işi ilə bağlı notarius tərəfindən qəbul edilmiş ərizənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 28 May küçəsi, 13-cü döngə, ev 3 ünvanında 2017-ci ilin oktyabr ayından hal-hazıradək faktiki yaşamayan formal qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi 36 №-li evdə 2017-ci ilin oktyabr ayından hal-hazıradək faktiki olaraq yaşayan Cavabdeh2 məxsus, Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən qanunsuz tərtib və qanunsuz qəbul edilmiş, 19.04.2021-ci il tarixli **********181 saylı ərizənin etibarsız elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvan: ünvan 2 1991-ci il tarixindən 1999-cu ilin mart ayınadək qeydiyyatsız, 1999-cu ilin mart ayından qeydiyyatda olmaqla yanaşı, Mərdəkan qəsəbəsi, sahə ev 45 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində inşa etdiyi tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evində ailəsi X7 və oğlu X9 ilə birlikdə yaşayır. Kommunal xidmətləri (su, qaz, elektrik enerjisi) ayrıdır. Sayğaclar öz adınadır, ödənişləri ayrıca ödəyir. 21.12.2020-ci il tarixdə vəfat etmiş atası X5 ** KE *** d/n nişanlı VAZ 2107 markalı minik avtomaşını və 19 iyul 2018-ci il tarixli RX seriyalı ******* №-li reyestrdən çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında 0,12319 ha torpaq sahəsi miras qalmışdır. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında 0,12319 ha torpaq sahəsinin üzərində inşa etdiyi ailəsi ilə hal-hazırda faktik yaşadığı tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi mirasa daxil (aid) deyil. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında 0,12319 ha torpaq sahəsinin üzərində yerləşən “A” tikilisində qardaşı X12 ailəsi ilə hal-hazırda faktik yaşayır. Ali Məhkəməsinin 11 mart 2019-cu il tarixli 2(102)-1475/2019 saylı qüvvədə olan Qərarı ilə qüvvəyə minmiş, hazırda da qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(103)- 11331/2018 saylı qətnaməsində "A" tikilisinin həqiqi planı olaraq Xəzər İcra başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 21.08.2018-ci il tarixli 278 №-li məktubla verilmiş mövcud 2 (iki) ayrı-ayrı giriş qapıları olan, 2 ayrı-ayrı mənzillərdən ibarət ‘Vİ” tikilisinin sxemi qəbul edilmiş, ünvan 3 ünvanında 18.07.2018-ci il tarixdə tərtib edilmiş “Texniki pasportdakı” “A” tikilisinə aid olan 1 (dəhliz) və 2 (ayaqyolu) saylı tikililər istisna olmaqla, digər tikililərin özbaşına tikililər olduğu müəyyən edilmişdir. Mərhum mülkiyyətçi-atası X8 övladıdır, oğludur, birinci növbə vərəsəsidir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 7 saylı Notariat ofisinə yazılı ərizə ilə müraciət etmişdir. Lakin, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 28 May küçəsi, 13-cü döngə, ev 3 ünvanında 2017-ci ilin oktyabr ayından hal-hazıradək faktik yaşamayan formal qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi 36 saylı evdə 2017-ci ilin oktyabr ayından hal-hazıradək faktik yaşayan Cavabdeh2 19.04.2021-ci il tarixdə **********181 №-li ərizə ilə Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət edərək, 21.12.2020-ci il tarixdə vəfat etmiş əri X13 ilə birgə nikah dövrlərində guya “əldə etdikləri” Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 28 May küçəsi, 13-cü döngə, ev 3 ünvanında yerləşən, fərdi yaşayış evinə və mülkiyyətdə olan 0,12319 ha torpaq sahəsinə və ** KE *** d/n nişanlı VAZ 2107 markalı minik avtomaşınına dair mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsini 7 saylı notariat ofisindən xahiş etmişdir. İşin hallarından görünür ki, ünvan 4 ünvanında 2017-ci ilin oktyabr ayından halhazıradək faktik yaşamayan formal qeydiyyatda olan Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi 36 №-li evdə 20/7-ci ilin oktyabr ayından hal-hazıradək faktik yaşayan Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 28 May küçəsi, 13-cü döngə, ev 3 ünvanında yerləşən, mirasa daxil olmayan (aid olmayan) onun 2008+2010-cu illərdə inşa etdiyi ailəsi ilə hal-hazırda faktik yaşadığı fərdi yaşayış evinə dair mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsini 7 saylı notariat ofisindən xahiş etmiş, 7 saylı notariat ofisi qanunvericiliyin tələblərini pozaraq, Cavabdeh2 19.04.2021-ci tarixli **********181 №-li ərizəsini qanunsuz qəbul edilmiş və reyestrdə Bİ-2181 qeydə almaqla informasiya sisteminə qeyri-qanuni daxil etmişdir. Hazırkı iddia ərizəsinə əlavə olunmuş, DƏDRX-nin 11 Sentyabr 2018-ci il tarixli **********07 №-li məktubunun surətindən görünür ki, mərhum atası X8 mülkiyyət hüquqları Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamına əsasən 1231,9 kv.m torpaq sahəsində yerləşən, fərdi yaşayış evi kimi 16 noyabr 1998-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamının surətindən görünür ki, Əzizbəyov rayon X6 İcrayyə Komitəsinin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarı ilə X10 Mərdəkan qəsəbəsi, 45 saylı sahədə 145-000-129 tipli layihə əsasında fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. AR Ali Məhkəməsinin 11 mart 2019-cu il tarixli 2(102)-1475/2019 saylı Qərarı ilə qüvvəyə minmiş, hazırda da qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(103)-11331/2018 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 168519 nömrəli 29 yanvar 1999-cu il tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Sahə küçəsindəki 2 yaşayış otağından ibarət 45 nömrəli yaşayış evi X8 mülkiyyətindədir. X13 fərdi yaşayış evinin yeni texniki pasportunun tərtib edilməsi, yeni ünvan və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi üçün 29.06.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, daşınmaz əmlakın 18.07.2018-ci il tarixdə yeni texniki pasportu tərtib edilmiş, 19.07.2018-ci il tarixdə fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və yeni ünvan verilərək həmin əmlak dövlət reyestrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 28 May küçəsi, 13-cii döngə, 3 saylı ev kimi qeydə alınmışdır. Mərhum atam X13 2018-ci ildə yeni əmlak almayıb, ünvan 5 ünvanında yerləşən 1231,9 kv.m torpaq sahəsi 2018-ci ildə DƏDRX-də ünvan 6 ünvan adı üzrə qeydə alınmışdır. İşin hallarından gorunur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 28 May küçəsi, 13-cü döngə, ev 3 ünvanında yerləşən 1231,9 kv.m torpaq sahəsi mərhum atası X10 Əzizbəyov rayon X6 İcrayyə Komitəsinin 07 iyul 1989-cıı il tarixli 11 saylı qərarı və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamına əsasən, yəni Dövlət tərəfindən pulsuz ayrılmışdır, həmin 1231,9 kv.m torpaq sahəsi əldə edilməyib, birgə əldə edilməyib, birgə qazanılmayıb, ümumiyyətlə qazanılmayıb, qazanc hesabına əldə edilməyib. İşin yuxarıda göstərilən hallarına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 28 May küçəsi, 13-cü döngə, ev 3 ünvanında yerləşən 1231,9 kv.m torpaq sahəsi ilə bağlı Cavabdeh2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinin müddəaları və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin müddəaları tətbiq edilə bilməz. Lakin, işin hallarından bəlli olur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 28 May küçəsi, 13-cü döngə, ev 3 ünvanında 2017-ci ilin oktyabr ayından hal-hazıradək faktiki olaraq yaşamayan formal qeydiyyatda olan, Cavabdeh2 21.12.2020-ci il tarixdə vəfat etmiş əri X13 ilə birgə nikah dövrlərində guya “əldə etdikləri” Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 28 May küçəsi, 13-cü döngə, ev 3 ünvanında yerləşən, 0, 12319 ha torpaq sahəsinə dair mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsini 7 saylı notariat ofisindən xahiş etmiş, 7 saylı notariat ofisi qanunvericiliyin tələblərini pozaraq, Cavabdeh2 19.04.2021-ci il tarixli **********181 saylı ərizəsini qanunsuz qəbul etmiş və reyestrdə Bİ-2181 № ilə qeydə almaqla informasiya sisteminə qeyri-qanuni daxil etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmunua uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh2 nümyəndəsi və vəkili Eldar Əliyarov iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır, buna görə də təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 19.04.2021-ci il tarixli **********181 saylı ərizənin surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət edərək, 21.12.2020-ci il tarixdə vəfat etmiş əri X13 ilə birgə nikah dövrlərində əldə etdikləri Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 28 May küçəsi, 13-cü döngə, ev 3 ünvanında yerləşən, fərdi yaşayış evinə və mülkiyyətdə olan 0,12319 ha torpaq sahəsinə və ** KE *** d/n nişanlı VAZ 2107 markalı minik avtomaşınına dair mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Mərdəkan qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin məktubundan görünür ki, İddiaçı ünvan 1 ünvan: ünvan 2 1991-ci il tarixindən 1999-cu ilin mart ayınadək qeydiyyatsız, 1999-cu ilin mart ayından qeydiyyatda olmaqla yanaşı, Mərdəkan qəsəbəsi, sahə ev 45 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində inşa etdiyi tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evində ailəsi X7 və oğlu X9 ilə birlikdə yaşayır. Kommunal xidmətləri (su, qaz, elektrik enerjisi) ayrıdır. Sayğaclar öz adınadır, ödənişləri ayrıca ödəyir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 21.12.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarından görünür ki, Xəzər Rayon Məhkəməsinin 17.07.2018-ci il tarixli 2(003)-2186/2018 saylı qətnaməsi ilə iddiaçı X8 cavabdehlər X11 və X3 qarşı evdən çıxarılma tələbi qismən təmin edilməklə cavabdeh X2 X8 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahə küçəsindəki 45 nömrəli yaşayış evindən çıxarılması qət edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 25.10.2018-ci il tarixli 2(103)- 11331/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17.07.2018-ci il tarixli 2(003)-2186/2018 saylı qətnaməsi təmin edildiyi hissədə dəyişdirilməklə, cavabdeh X2 iddiaçı X8 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngədə yerləşən 3 saylı evin 18.07.2018-ci il tarixdə tərtib edilmiş “Texniki pasportundakı” 1(dəhliz) və 2(ayaqyolu) saylı tikililərdən çıxarılması qət edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 11.03.2019-cu il tarixli 2(102)-1475/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 25.10.2018-ci il tarixli 2(103)-11331/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29 maddəsinin Vİİ bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Həmin Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbə vərəsə sayılırlar. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 7.1-ci maddəsinə görə Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 29-cu bəndinə əsasən Notariusun apardığı bütün notariat hərəkətləri kağız və elektron formada aparılan notariat reyestrində qeyd edilməli və hər bir hərəkətə müstəqil nömrə verilməlidir. Elektron formada olan notariat reyestrində qeyd edilən notariat hərəkətləri barədə məlumatlar birbaşa “Elektron notariat” informasiya sisteminə daxil edilir və daimi orada saxlanılır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata əsasən notarus "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin 4-cü bəndinə əsasən dövlət notariusu ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Notarius "Notariat haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan notariat hərəkətlərini apara bilər, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, dövlət və bələdiyyə qurumlarından, habelə fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədlər və məlumatlar tələb edə bilər, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular verə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Cavabdeh2 İddiaçı kimi miras qoyana münasibətdə məcburi pay almaq hüququna malik şəxslər sırasına daxildir. İddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, Cavabdeh2 notariat ofisinə ərindən miras qalmış evə, torpaq sahəsinə və avtomobilə dair şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət etməsi, notariusun isə bunu təsdiq edərək qəbul etməsi onların qanunvericilikdə nəzərdə tutulmuş hüququ, ərizəni qəbul edərək, “Elektron notariat” informasiya sisteminə daxil edilməsi isə notariusun vəzifəsidir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, iddia əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə göstrəilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar