Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3301/2025 22.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Akt əsasında hesablanmış əsassız borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı “Akt əsasında hesablanmış əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsini, Cavabdeh İB tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nərimanov küçəsi ev 5 ünvanında ona məxsus olan **********10000 saylı abonent hesabına yazılmış 3037.10 manat məbləğində borcun həmin hesabdan silinməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nərimanov küçəsi ev 5 ünvanında iddiaçıya məxsus olan **********10000 saylı abonent hesabına qanunsuz və əsassız olaraq 3037 manat məbləğində borc yazılmışdır. Aktlardan görünür ki, sayğacın çıxış plastmas borusu deşik olması və guya iddiaçının sayğacdan kənar təbii qazdan istifadə etməsi qeyd olunmuşdur. Halbuki, iddiaçı tərəfindən heç vaxt sayğacdan kənar təbii qazdan istifadə edilməmişdir. Akta əlavə olunan fotoşəkillərin də iddiaçının ünvanına aidiyyatı yoxdur. İddiaçı ünvanı ünvan 1də Ayna Sultanova dalan 4 ünvanı qeyd olunmuşdur. Ona görə də həmin akt əsasında yazılmış borc məbləği tamamilə əsassızdır. İş üzrə məhkəmə ekspertizası təyin edilərək hər hansı kənar xətt izlərinin olub-olmadığı müəyyən edilə bilər.
Proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izhat verərək, tələbinin təmin edilməsini xahiş etmişdir. O, həmçinin izahatında qaz sayğacının küçədə yerləşdiyini, onun iştirakı olmadan cavabdeh qurumun əməkdaşları tərəfindən onun barəsində akt tərtib edildiyini, yoxlama və akt barəsindən ona xəbər verilmədiyini, yalandan aktı imzalamaqdan imtina etdiyinin qeyd edildiyini, aktın surətinin də ona təqdim edilmədiyini, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə edilmədiyini, ona əsassız borc yazıldığını, cavabdeh tərəfindən ona təqdim olunmuş şəkillərdə olan ünvanın Ayna Sultanova küçəsində yerləşdiyini, halbuki həmin fotoşəkillərdəki evin ona məxsus olmadığını və onun evinin ümumiyyətlə həmin ünvanda yerləşmədiyini, Nərimanov küçəsində yaşadığını və sayğacın da həmin ünvanda yerləşdiyini qeyd etmişdir.
4. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim edilməmişdir. Bununla belə cavabdehin nümayəndəsi elektron kabinet vasitəsilə ərizə təqdim edərək, yeni dəlillərin təqdim edilməsi məqsədilə hazırlıq iclasını təxirə salınmasını xahiş etsə də, sonradan da məhkəmə iclaslarında iştirak etməmiş və hər hansı dübut təqdim etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
5. 17.10.2018-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nərimanov küçəsi ev 5 ünvanında yerləşən yaşayan istehlakçı İddiaçı istifadəsində olan qaz sayğacı yenisi ilə əvəz olunmuşdur.
6. 31.10.2018-ci il tarixli (0189477 saylı) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın (bundan sonra – Akt) və həmin tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin (bundan sonra – tələbnamə) surətindən görünür ki, Cavabdeh İB-nin 29/1710-02083/1-63 saylı rəyinə əsasən 07AZ**********7 nömrəli sayğacın plastmas borusunun dəyişdirilməsi qeyd olunmuş və bunun əsasında istehlakçıdan itirilmiş qazın bərpası üzrə 9720 m3 qaz sərfiyyatı hesablanmışdır. Aktda İddiaçı tərəfindən imzalanmasından imtina edilməsi qeyd olunmuşdur.
7. 31.08.2021-ci il tarixli (0312571 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası 6480 m3 qaz sərfiyyatı hesablanmışdır. Aktda İddiaçı aktı imzalamaqdan imtina etməsi qeyd olunmuşdur.
8. 30.09.2021-ci il tarixli (0312685 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası 2952 m3 qaz sərfiyyatı hesablanmışdır. Aktda İddiaçı aktı imzalamaqdan imtina etməsi qeyd olunmuşdur.
9. 29.07.2025-ci il tarixində çap olunmuş Abonent saldosundan görünür ki, abonent İddiaçı, abonent kodu **********10000, ünvan ünvan 4əmin abonent koduna 07/2025-ci il tarixinə 3037.10 manat manat məbləğində borc qeyd edilmişdir (akt əsasında).
10. Foto-şəkillərdən görünür ki, akt tərtib olunan zaman şəkilmiş görüntülər Bakı şəhəri, Ayna Sultanova, dalan 4 ünvanında qeydə alınmışdır.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 12.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 13.Mülki Məcəllənin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 14.Mülki Məcəllənin 1096.1-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. - 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. - 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Məhkəmənin möqeyi:
18. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
19. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, Cavabdeh İB tərəfindən iş materiallarında olan aktlar və tələbnamələr əsasında sayğacın plastmas borusunun deşildiyi, qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması əsası ilə zərər məbləği hesablanmış və bu borc məbləği iddiaçının abonent saldosuna daxil edilmişdir. Hazırda qeyd olunan borc məbləği 3037.1 manat təşkil edir. İddiaçı qaz sayğacının küçədə yerləşdiyini, sayğaca və qaz borusuna heç bir müdaxilə edilmədiyini, onun xəbəri və iştirakı olmadan cavabdeh qurumun əməkdaşları tərəfindən onun barəsində akt tərtib edildiyini, yoxlama və akt barəsindən ona məlumat verilmədiyini, onun guya aktı imzalamaqdan imtina etdiyinin qeyd edildiyini, aktın surətinin ona təqdim edilmədiyini, ona əsassız borc yazıldığını, cavabdeh tərəfindən ona təqdim olunan foto-şəkillərin tamam başqa ünvana aid olduğunu, onun yaşadığı və qaz sayğacının yerləşdiyi ünvana aidiyyatının olmadığını bildirərək, əsassız və qanunsuz hesablanmış borcun silinməsini xahiş edir. 20.Prosessual qanunvericiliyin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıdır. (MPM 14.2, 77.1) Məhkəmə qeyd edir ki, hazırki mübahisə predmetini borcun silinməsi təşkil etdiyindən, ilk növbədə həmin borcun (zərərin) hesablanmasına əsas olan hallara, bu halları təsdiq edən aktların qanuniliyinə və eləcə də bu halların baş verməsində iddiaçının təqsirliliyi məsələsinə hüquqi qiymət verilməlidir. Bu mənada borcun cavabdeh tərəfindən tərtib edilmiş müvafiq akt əsasında hesablandığını nəzərə alaraq məhkəmə hesab edir ki, qəbul etdiyi aktın qanuniliyini, o cümlədən həmin aktda qeyd edilmiş qüsurları və həmin qüsurların yaranmasında iddiaçının təqsirini, habelə hesablanmış borcun məbləğinin əsaslılığını və qanuniliyini sübutetmə yükü aktı qəbul etmiş orqanın, yəni Cavabdeh üzərinə düşür. 21.Belə ki, mübahisələndirilən borcun hesablanmasına əsas olan, cavabdeh tərəfindən tərtib edilmiş aktda abonentə (iddiaçıya) məxsus sayğaca mütəxəssislər tərəfindən baxış keçirilərkən sayğacın plastmas borusunun deşildiyi və qazdan sayğacdan kənar qeyriqanuni istifadə olunmasının aşkar olunduğu halına münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: 22.Əvvəla, cavabdeh tərəfindən tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamışdır. Belə ki, iddiaçı cavabdeh qurum tərəfindən yoxlama keçirilən və aktlar tərtib edilən zaman iştirakının təmin edilmədiyini bildirir. Halbuki qanunvericiliyin tələbinə görə, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qaz qurğulаrına və qazpaylayıcı şəbəkəyə 6 аydа bir dəfədən az olmayaraq texniki baxış keçirməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmçinin qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Halbuki iş materiallarından görünür ki, həqiqətən də aktda iddiaçının imzası yoxdur və onun adının qarşısı “imtina” qeyd edilib. Habelə cavabdeh iddiaçının müvafiq qaydada məlumatlandırıldığını, yoxlama keçirilən zamanı və akt tərtib edilərkən onun iştirakının təmin edildiyini, xüsusi kitabda iddiaçının imzası ilə həmin sənədlərin alınmasını təsdiq edildiyini dair dəlil və sübut təqdim etməmişdir. 23.Digər tərəfdən, Cavabdeh İB-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, sübutların təqdim olunması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə iclaslarında iştirak etməmiş və hər hansı sübut təqdim etməmişdir. Habelə iş materiallarında olan foto-şəkillərdən görünür ki, müvafiq görüntülər Bakı şəhəri, Ayna Sultanova dalan 4 ünvanında qeydə alınmışdır. Lakin İddiaçı təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması ilə bağlı Cavabdeh İB tərəfindən tərtib olunmuş aktlar üzrə borc məbləği Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nərimanov küçəsi ev 5 ünvanında quraşdırılan sayğacın abonent saldosuna əlavə edilmişdir. Belə olduğu təqdirdə isə Cavabdeh İB tərəfindən tərtib olunmuş aktların və həmin aktların tərtib olunduğu yoxlamaların keçirilməsinin qanunvericiliyin tələblərinə uyğun olması ilə bağlı ziddiyyətlər yaranır. 24.Qanunvericiliyin tələbinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Eləcə də, qaydalara əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarının müvafiq örtüklə örtülməsini təmin etmək, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasını təmin etmək, qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmirprofilaktika işlərini vaxtında yerinə yetirmək, onları texniki cəhətdən saz vəziyyətdə saxlamaq, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacını təmir etmək, texniki baxışdan keçirmək, dəyişdirmək öhdəliyini (məsuliyyəti) qaz paylayıcısı daşıyır. 25.Qeyd olunan normaların tələbinin hazırki işə tətbiqi baxımından məhkəmə qeyd edir ki, iddiaçıya (fiziki şəxs olan istehlakçıya) məxsus olan və hasarın çölündə yerləşən sayğacın müvafiq qoruyucu örtüklə örtülməsi, onun işlək vəziyyətdə saxlanılması, texniki cəhətdən saz vəziyyətdə saxlanılması iddiaçının risk dairəsinə daxil olan öhdəliklər deyil. Belə olan halda istehlakçının daşımadığı öhdəliklərin yerinə yetirilməsini ondan tələb etmək əsassızdır. Eləcə də, sayğacdakı qüsurların delikt çərçivəsində iddiaçının təqsirli, hüquqazidd əməli (hərəkətləri və ya hərkətsizliyi) nəticəsində yarandığı da iş materiallarında olan heç bir sübutla təsdiq olunmur və cavabdeh də bu halı təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda, iddiaçının vurmadığı və təqsirli olmadığı zərərə görə məsuliyyətə cəlb olunması qanunsuzdur. Ona görə Cavabdeh İB tərəfindən iddiaçı barəsidnə tərtib edilmiş akt və tələbnamə əsassız və qanunsuz olaraq tərtib edilmiş və borc hesablanmışdır. 26.Beləliklə, məhkəmə araşdırması zamanı sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyi və sayğacda yaranmış qüsurların məhz iddiaçının təqsiri və hüquqazidd hərəkətləri nəticəsində yarandığı, habelə iddiaçı tərəfindən qayğaca qanunsuz olaraq hər hansı kənar müdaxilə edilməsi sübuta yetirilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar əsasında hesablanmış borcun silinməsi tələbi əsaslıdır və ona görə iddia təmin edilməlidir. 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, mdəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı barəsində əsassız hesablanmış 3037.1 manat (üç min otuz yeddi manat on qəpik) borc məbləği abonentin hesabından silinməlidir. 29.Bununla yanaşı, MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Ona görə məhkəmə xərclərinə daxil olan ödənilməmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırkı iddia tələbi istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlıdır və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Hazırkı iddia tələbi təmin edildiyindən 50.38 (əlli manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********10000) dəymiş ziyanın bərpasına dair hesablanmış 3037.1 AZN (üç min otuz yeddi manat on qəpik) məbləğində borc silinsin. İddia ərizəsinin verilməsinə görə ödənilməmiş 50.38 AZN (əlli manat otuz səkkiz qəpik) dövlət rüsumunun məbləği Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov