Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-331/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı maraqlı şəxs Bakı şəhəri 7 saylı Notariat Ofisi olmaqla “miras əmlakın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi və müddətin uzadılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, bacısı X2 miras qalmış ünvan 1 ( yeni qaydalarla: AZ1041, ünvan 4 dair miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirməsi üzrlü sayılaraq altı həftəyədək uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun tərəfindən bacısı oğlu X5 miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Xələfov Aydın küçəsi ev 10A (Yeni qaydalarla AZ1041 ünvan 5 dair miras əmlakın faktiki qəbul etməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1994-cü il tarixdə bacısı X6 vafat etmiş, ondan ünvan 1 miras qalmışdır. ünvan 1 ( yeni qaydalarla: AZ1041, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 34-cü Buzovna küçəsi, giriş 74 miras əmlaka dair hüququn şəxsə məxsus olması haqqında dövlət reyestrindən xx.xx.2024-cü il tarixli ARAYİŞ verilmişdir. Həmin əmlaka dair xx.xx.2022-ci il tarixdən vəfat etmiş bacısı oğlu X1 gedən əmlaka dair xx.xx.2022-ci il tarixli ərizəsi əsasında X2 qalan miras əmlaka dair vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmişdir. Mirasın qəbulu üçün müraciət etsə də mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin buraxıldığı bildirilmişdir. Bacısı oğlu ilə yanaşı, bacısı qızı X14 da xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Onların övladları olmadığından növbəlilik üzrə hazırda bacısının vərəsəsi odur. Notariat kontoru mirası qəbul edilməsi müəyyənləşdirilmiş müddəti buraxdığını əsas gətirərək müddətin uzadılması ilə əlaqədar məhkəməyə müraciət etməyini məsləhət görmüşdür. Miras əmlaka dair hüququn şəxsə məxsus olması haqqında dövlət reyestrindən xx.xx.2024-cü il tarixdə arayış verildiyindən müddətin həmin vaxtdan hesab olunmalı olduğnu bilmişdir. Gecikdirmənin səbəbi üzrlü sayılmalıdır, bacısı oğlu X1 gedən əmlaka dair xx.xx.2022-ci il tarixli ərizəsi əsasında X2 qalan miras əmlaka dair vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etdiyindən və bundan sonra lazımı sənədlərin toplanması üçün zəruri vaxt tələb olunduğundan, bu işlər üçün yaşlı olduğundan, müddət üzrlü olaraq buraxılmışdır. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (Mülki Məcəllənin 1248.1. maddəsi). Qanunvericilik mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması ilə bağlı iki qayda müəyyən etmişdir. Bunlardan birincisi mirası qəbul etmiş vərəsələrin razılaşması ilə, ikinci isə bu razılaşma olmadıqda isə məhkəmə qaydasında həll edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X17 ifadəsində göstərdi ki, iddiaçı onun bibisidir. Akif onun digər bibisinin oğlu olmuşdur. Akifin arvadı xərçəng xəstəliyindən vəfat etmişdir. Akifin övladları olmamışdır. Akifin yalnız 1 bacısı olmuşdur. ünvan 1 ünvanındakı əmlak bibisi Zümrüd tərəfindən daimi nəzarətdə saxlanılmış və faktiki olaraq miras kimi qəbul edilmişdir. Məhkəmə iclasında şahid X18 ifadəsində göstərdi ki, iddiaçı onun qonşusu olmuşdur. Yaxın olmasalar da, qonşu kimi tanımışdır. İddiaçı hazırda xəstədir və yaşlı adamdır. İddiaçının bütün işlərini digər şahid Fikrət Məmmədov görmüşdür. Cavabdeh Bakı şəhəri 31 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçınin vəkilinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia ərizəsi əsaslıdır. Buna görə də iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 779 saylı nikahın bağlanması haqqında arayışdan görünür ki, X25 ilə X10 nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1966-cı il tarixdə 106 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Aslanov, arvada Aslanova soyadı verilmişdir. Xətai rayon qeydiyyat şöbəsində xx.xx.1997-ci il tarixli 345 saylı aktla nikahın pozulması qeydə alınmışdır. -“Elektron notariat” AİS vasitəsilə “X8” AQİS-dən çıxarışdan görünür ki, X22 ilə X11 nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. Onların arasında nikahın pozulması akt qeydi xx.xx.1989-cu il tarixdə qeyd edilmişdir. X14 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. -Bakı şəhəri Xəzər Rayon qeydiyyat şöbəsi (Əzizbəyov rayon VVADQ) tərəfindən verilmiş İİ-ЖГ seriyalı 485253 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. -Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbə ərazi inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-T seriyalı 031144 saylı təkrar doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1941-ci il tarixdə doğulmuşdur. Onun atası X9, anası X12r. -Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-DA/2-H-634-6-710/2024 saylı məktubundan görünür ki ,1936-cı ilə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu üzrə doğum haqqında bərpa kitabında 1925-ci ildə (ay, gün qeyd edilmir) doğulan Məmmədova (sənəddə olduğu kimi) Pikə xanım Məhəmməd (sənəddə olduğu kimi) qızının təvəllüdü qeyd olunur: Atası: Məhəmmədov (sənəddə olduğu kimi) Məhəmməd (sənəddə olduğu kimi) Əzizməhəmməd oğlu, milliyəti: türk. Anası: Məhəmmədova (sənəddə olduğu kimi) Leyla (sənəddə olduğu kimi) Saleh qızı, milliyəti: türk. -Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 521201 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində ölmüşdür. -Xəzər rayon Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 843954 saylı təkrar ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində ölmüşdür. -Bakı şəhəri 7 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 310 saylı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş bacısı oğlu - X5 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xələfov Aydın küçəsi, 10a, Yeni qaydalarla: AZ1041, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 34-cü Buzovna küçəsi, giriş 74 ünvanında yerləşən torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizəyə baxılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, X7 xx.xx.2022-ci il tarixli ərizəsi əsasında X2 qalan miras əmlaka dair (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xələfov Aydın küçəsi, 10a, Yeni qaydalarla: AZ1041, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 34-cü Buzovna küçəsi, giriş 74 ünvanında yerləşən torpaq sahəsinə) ünvan 2, lakin A.Fərzəliyev öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmişdir. Tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır. Mirasın qəbul edilməsi faktını, eyni zamanda əvvəlki növbə vərəsələrin mövcud olmadığını (ölüm haqqında şəhadətnamə və s.) təsdiq edən sənədlər təqdim edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, müraciətinin təmin edilməsindən imtina edilir. Göstərilənlərlə əlaqədar qanunvericiliyin tələblərinə müvafiq olaraq, aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilər. -ƏMDK DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Nizami Abbasov küçəsi ev 29 (Yeni qaydalarla ünvan 3 ünvanında yerləşən sahəsi 70,6 kv.m olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında mərhum Muxtarova Xədicə pirim qızına məxsusdur (xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli). -AZE seriyalı 07508808 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1948-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 99-cu bəndinin 5-ci hissəsinə əsasən vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd, mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd, mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd, mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti, miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut ola bilər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyekti üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir. İşin araşdırılmış hallarından görünür ki, ünvan 1 (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən əmlak İddiaçı bacısı X3 miras qalmışdır. Həmin əmlak X4 Fərzəliyev tərəfindən qəbul edilməsi üçün vərəsəlik işi açılmış, lakin sonuncunun vərəsəlik hüquqları rəsmiləşdirilmədən vəfat etmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Sadalanan qanunvericiliyin tələblərindən görünür ki, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. İddiaçıya miras əmlakın faktiki qəbul olunması faktının müəyyən edilməsinə zərurət yaranmışdır. Belə ki, mirasın qəbulu faktını təsdiq edən sənəd təqdim edilmədiyindən notariat ofisi tərəfindən iddiaçıya miras əmlakla bağlı vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İşin araşdırılmış hallarından görünür ki, miras qalan ünvan 1 ünvanında yerləşən əmlak iddiaçı tərəfindən faktiki qəbul edilmişdir. İddiaçı miras qoyanın 4-cü növbə vərəsəsisdir. İşin halları ilə məlum olur ki, X7 1-ci növbə vərəsəsi ola biləcək valideynləri və arvadı vəfat etmiş, övladları isə ümumiyyətlə olmamışdır. Onun 2-ci növbə yeganə vərəsəsi olan bacısı X13 xx.xx.2012-ci il tarixində ölmüşdür. X7 3-cü növbə vərəsəsi kimi nənə və babaları da uzun müddət öncə vəfat etmişlər. X7 iddiaçıdan başqa 4-cü növbə vərəsələrinin bir qismi vəfat etmiş, digərləri isə mirasın qəbulu ilə bağlı öz iradələrini bildirməmişlər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xahiş olunan faktın müəyyən edilməsini və göstərilən faktı təsdiq edən lazımi sənədləri iddiaçı başqa qaydada əldə edə bilmədiyindən, habelə qeyd edilən mirasın qəbul edilməsi iş materialları ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən iddia ərizəsi təmin edilərək İddiaçı tərəfindən X5 miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Xələfov Aydın küçəsi ev 10A (yeni qaydalarla AZ1041 ünvan 5 fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməli və müvafiq vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. X5 miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Xələfov Aydın küçəsi ev 10A (yeni qaydalarla AZ1041 ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin və İddiaçı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Xələfov Aydın küçəsi ev 10A (yeni qaydalarla AZ1041 ünvan 5 ünvanında yerləşən daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-331/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-331/2025
19.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver