Məhkəmə qərarları › İş №2(003)-336/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-336/2021

05.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-336/2021 05.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh Mirzə qızı və X4, Cavabdeh Mirzə qızının nümayəndəsi və vəkili Vəkil Hətəməli oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh Mirzə qızı və X8 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğvi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh Mirzə qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən miras əmlakın (torpaq sahəsinin və evin) tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi, Bakı şəhəri 7 saylı dövlət notariat kontoru tərəfindən Cavabdeh adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında Cavabdeh adına verilmiş çıxarış ləğv edilməsi barədə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı Mülki Prosessual Məcəllənin 51.3-cü maddəsinə əsasən, X16 cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə etmiş və onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev və torpaq sahəsi babası X10 məxsus olmuşdur. X42 Bədəlov 28.10.2001-ci ildə vəfat etmişdir. Babası sağlığında 23.02.1964-cü il tarixdə ünvan 1 ünvanında yerləşən evin 1/3 hissəsini qızı, onun X5na notarial qaydada vəsiyyət etmişdir. Bundan əlavə, 1964 və 1965-ci il tarixlərdə ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin yarısı X14 adına keçirilmişdir. X5 09.09.2006-cı il tarixdə vəfat etmişdir. Lakin həmin torpaq sahəsinin sənədlərini itirmiş və tapa bilmirlər. Onun uşaqlıq, cavanlıq illəri ünvan 1 ünvanında keçmiş, orada məktəbə getmişdir. Babası və anası rəhmətə gedəndən sonra 2008-ci ildə dayısı Ədalət Bədəlov və xalası Cavabdeh ilə həmin torpaq sahəsinin və evin satılması ilə bağlı ona müraciət etmişlər ki, sataq pulunu bölək. O, razılaşmamışdır ki, baba yurdunu satmasınlar, bir müddət gözləsinlər o, cavabdehlərə düşəcək pulu versin. Sonra dayısı Rusiya Federasiyasına getmişdir. Hər dəfə bu məsələ açılanda xalası deyirdi, oradan heç bir pay istəmir, dayısı gəlsin özləri həll edər. Bu ayın əvvəlləri telefonuna dayısı zəng etib, söhbət əsnasında dayısının Bakı şəhərində olduğunu, babasının adına olan evi və torpağı ondan gizli xalası Cavabdeh adına rəsmiləşdirdiyini bilmişdir. Hazırda dayısı həmin torpağı və evi ondan gizli satıb yenə ölkədən getmək istəyir. Qeyd olunanlara əsasən, ünvan 1 ünvanında yerləşən miras əmlakın (torpaq sahəsinin və evin) tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi, Bakı şəhəri 7 saylı dövlət notariat kontoru tərəfindən Cavabdeh adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi barədə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Mirzə qızı iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisəli əmlakda iddiaçının deyil, onun anası yaşayıb. O, 2017-ci ildə çıxarışı alıb, 2018-ci ildə qardaşı Ədalətə evi bağışlamışdır. Qeydiyyatda onun qardaşı və iki uşağıdır. İlqarın anası ilə o doğma bacı deyildir. İlima başqa atadan anadan doğulmuşdur. Onun və Ədalətin atası Qala Mirzə mübahisəli evi heç kimə vəsiyyət etməmişdir. Atası rəhmətə gedəndən sonra o, qanuni şəkildə atasının adına olan evə vərəsəlik şəhadətnaməsi və çıxarış almışdır. Sonradan öz payını qardaşı Ədalətə bağışlamışdır. İddiaçının həmin evə heç bir aidiyyəti yoxdur, təqdim etdiyi sənədin isə heç bir hüquqi qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Mirzə qızının nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisəli evə Qala Mirzədən başqa adamın mülkiyyət hüququ yoxdur. Mərhum Ceyran xanıma vəsiyyətnamə verib. İlimaya vəsiyyətnamə verilməyib. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X16 iddia tələbini qəbul etməmiş, digər cavabdehin izahatındakı xüsusatları qeyd etmiş, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə surəti olan ölüm haqqında şəhadətnamədən görünür ki, X19 28.10.2001-ci ildə vəfat etmişdir. İş materiallarında olan, Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən 7 saylı notariat kontoruna verilmiş arayışın surətindən görünür ki, X19 ölən günə kimi ünvan 2 ünvanında yaşamışdır. Ailə üzvləri X17, X23 və X3 olmuşdur. İşdə surəti olan ölüm haqqında şəhadətnamədən görünür ki, X3 21.02.1988-ci ildə vəfat etmişdir. İşdə surəti olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Qalamirzə qızının atası X19, anası X1r. İşdə surəti olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 atası X19, anası X2r. İş materiallarına əlavə edilmiş 23.02.1964-cü il tarixli “tikilinin bağışlanması” barədə müqavilənin surətindən görünür ki, X19 ünvan 2 ünvanında yerləşən tikilini 1/3 hissədə X18 bağışlamışdır. İş materiallarına əlavə edilmiş 09.09.2001-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X11 özünə məxsus bütün əmlakını qızı Cavabdeh vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Notariat Arxivinin 07.02.2007-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri 7 saylı dövlət notariat kontorunda 23 fevral 1964-cü il tarixdə 1-257 reyestr nömrəsilə rəsmiləşdirilmiş bağışlama müqaviləsinin dəyişdirilməsinin və ya ləğv edilməsinin yoxlanılması barədə Dövlət notariat arxivinə məlumat daxil olmamışdır. İş materiallarından görünür ki, X11 ünvan 2 ünvanına dair evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1963-cü il tarixli pasport verilmişdir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən 09.03.2018-ci il tarixli RX ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69.6 kv.m. fərdi yaşayış evi və 0.14345 ha olan torpaq sahəsi X9 xüsusi mülkiyyətində olmuşdur. Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş, Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin 18.02.2021-ci il tarixli 167 saylı məktubundan və ona əlavə edilmiş vərəsəlik işindən görünür ki, 15.03.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 28.10.2001-ci il tarixdə ölmüş X9 vərəsəsi qızı Cavabdeh Qalamirzə qızı və oğlu X16 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69.6 kv.m. fərdi yaşayış evi və 0.14345 ha olan torpaq sahəsindən ibarət miras əmlakdan ½ hissədə pay almalıdır. İş materiallarında olan 15.03.2018-ci il tarixli vərəsəlikdə miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X16 mərhum atasından miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69.6 kv.m. fərdi yaşayış evi və 0.14345 ha olan torpaq sahəsindən ona düşən ½ hissə vərəsəlik payını Cavabdeh Qalamirzə qızına bağışlamışdır. İş materiallarından görünür ki, 27.06.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Cavabdeh Qalamirzə qızı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69.6 kv.m. fərdi yaşayış evi və 0.14345 ha olan torpaq sahəsini qardaşı X8 bağışlamış, həmin ünvan sonuncunun adına 13.10.2020-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin 28 sentyabr 2020-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı mərhum anası 09.09.2006-cı il tarixdə ölmüş X7 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd sayılan çıxarış olmadığı üçün, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 02 mart 2021-ci il tarixli məktubundan görünür ki, X14 adına ünvan 2 ünvanında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Qəbul etmə dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür ki, bu da formal və qeyri-formal üsulla həyata keçirilir. Mirasın formal olaraq qəbul edilməsi o deməkdir ki, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn hərəkət notarial qaydada həyata keçirilir. Mirasın qeyri-formal əldə edilməsi dedikdə isə mirasın faktiki olaraq qəbul edilməsi başa düşülür. İş materiallarından məlum olur ki, X19 vəfat etdikdən sonra onun mirasını qızı və oğlu olan cavabdehlər formal, yəni notarial qaydada, qəbul etmişdir. Bu barədə sonradan daşınmaz əmlakın Dövlət reyestrində müvafiq qeydiyyatlar aparılmış və əmlak hal-hazırda cavabdeh X4 mülkiyyətindədir. Mərhumun mirasının qeyri-formal qaydada, yəni faktiki olaraq vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə isə, məhkəmə hesab edir ki, həmin miras əmlakın İddiaçı tərəfindən faktiki idarə edilməklə qəbul edilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Miras əmlakı faktiki qəbul etmə dedikdə, həmin əmlak üzərində faktiki sahiblik etmə və faktiki idarə etmə, öz xərcləri hesabına miras əmlakın mühafizəsi və onun idarə edilməsi başa düşülür. X19 2001-ci ildə vəfat edərkən İddiaçı miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla mirasa yiyələnərək həmin əmlakda sahiblik hüququnu həyata keçirməsi işin məhkəmə iclasında araşdırılan halları ilə təsdiq olunmur. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı mübahisəli evin miras kimi tərəfindən faktiki qəbul edildiyini iddia etsə də, həmin əmlakda yaşamır, özünə məxsus ayrıca evdə yaşayır, miras əmlaka dair cavabdehlərə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmiş, əmlak hal-hazırda cavabdeh X4 mülkiyyətindədir. İddiaçı babasının ölümündən sonra miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsinə dair hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, qeyd olunan hallar məhkəmə iclasında müəyyən olunmamışdır. İddiaçı cavabdehlərə verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirərək, həmin əmlakın babası, mərhum X19 tərəfindən anası X15 bağışlandığını əsas gətirərək, həmin qanun üzrə şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin sözügedən şəhadətnamənin və çıxarışın etibarsızlığına əsas verən hallar öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı öz tələbinin əsası kimi anasına verilmiş vəsiyyətnaməyə istinad etsə də, məhkəməyə yalnız lazımi qaydada təsdiq edilməmiş tikintinin bağışlaması müqaviləsi təqdim etmiş, həmin müqavilənin həqiqətən mövcud olması və ya qüvvədə olmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, qeyd olunan hallar məhkəmə iclasında müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh Mirzə qızı və X8 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğvinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t di: İddiaçı cavabdehlər Cavabdeh Mirzə qızı və X8 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğvinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar