Məhkəmə qərarları › İş №2(003)-3367/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3367/2022

20.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3367/2022 20.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi, Bakı şəhəri Maraqlı şəxs Qəyyumluqvə Himayəçilik Komissiyasının nümayəndəsi X* iştirakı ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 06.06.*000-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu, X6 06 iyun *000-ci il tarixində Azərbaycan Quba rayonu Savxoz-11 qəsəbəsində doğulmuşdur. Oğlu doğulduğu andan bugünə kimi kəmağıllılıqdan əziyyət çəkir və uzun müddətdir ki, stasionar və ambulator müalicə alır. O, doğuş zaman xəsarət almışdır. Hazırda ikinci qrup əlildir və özünü idarə etmək iqtidarında deyil, bu səbəbdən də daimi olaraq onun köməyinə ehtiyacı vardır. Oğlunun vəziyyəti daha da pisləşmişdir. Övladının bu vəziyyəti məni çox narahat edir. Oğlum köməksiz vəziyyətdə olduğuna görə onun daimi nəzarətə ehtiyacı vardır.. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Həmçinin izahatında əlavə olaraq bildirdi ki, oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üzərində qəyyum təyin edilməsi üçün lazımdır. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan İ-AZ seriyalı 196561 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 06.06.*000-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X1, anası isə Ərizəçidır. İş materiallarında olan seriya AZE 15533559 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi N.Gəncəvi küçəsi döngə 17 ev * ünvanında qeydiyyatdadır. İş materiallarında olan Tibbi-Sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 04.06.*0*1-ci il tarixli çıxarışın surətindən görünür ki, X6, ikinci dərəcəli əllildir, əmək qabiliyyətsizdir. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik (anadangəlmə), İQ-37, ağırlaşma F71.1 xəsətliyinin diaqnozu vardır. İş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin *8.10.*0**-ci il tarixli *870 saylı rəyindən görünür ki, X4 orta dərəcəli əqli gerilik, dvranış pozuntuları ilə müəyyən edilir. O, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də o tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilə bilər. Həmçinin onun səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *8.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 317.*-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəlləsinin 3*1.*-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmaması ərizəçinin izahatı, iş üzrə təyin edilmiş məhkəməpsixatriya ekspertizasının rəyi və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X6 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.*-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin *17.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317-3*1 və *16-**0-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 06.06.*000-ci il tarixdə Quba rayonunun Sovxoz-11 kəndinə doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar