Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3369/2025 05.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi Ağaşirinova qızının Maraqlı şəxs Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi Ağaşirinova qızının maraqlı şəxs qismində Xəzər rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. Ərizəçi maraqlı şəxs qismində Xəzər rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu *0.09.1989-cu il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, *0.09.1989-cu il təvəllüdlü X10 Ərizəçi oğludur. X10 psixi xəstəlikdən əziyyət çəkdiyinə görə öz hərəkətlərini dərk edə bilmir. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Ona anası – Ərizəçi qulluğ edir. X10 *7.03.*007-ci il tarixdən *6 Saylı Xəzər rayon X8 kabinetdə qeydiyyatdadır. 05.03.*017-ci il tarixdən 18.03.*017-ci il tarixədək 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında yatıb. X3 bu xəstəliyə görə pensiya və hər ay dövlət tərəfindən pulsuz psixaktrik dərmanlar almaqdadır. İİ qrup əlildir. Bu səbəbdən də o, xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, üzərində himayəçi təyin olunsun..
Proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi Ağaşirinova qızı məhkəmə iclasında vermiş olduğu izahatında ərizəsini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, həmçinin izahatında oğlu X14 1989-cu il təvəllüdlüdür, onun himayəsindədir. X10 psixi xəstə olduğu üçün öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. *7.03.*007ci il tarixdən *6 saylı Xəzər rayon X8 kabinetdə qeydiyatdadır. 05.03.*017-ci il tarixdən 18.03.*017-ci il tarixədək 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında yatıb. Həmçinin İİ qrup əlildir, xəstəliyinə görə təqaüd və hər ay dövlət tərəfindən psixatrik dərmanlar alır.
4. Məhkəmə iclasında iştirak edən iş üzrə maraqlı şəxs Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 izahatında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən şəxsin hazırda ərizəçinin yanında yaşaması halı və ekspert rəyinin nəticəsi nəzərə alınmaqla ərizəçinin tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
5. İİ-БД seriyalı 318938 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X11 ilə Ərizəçi arasında xx.xx.1988-ci il tarixində *0 nömrəli akt qeydi ilə nikah bağlanmış və nikahdan sonra ərə Əzizov, arvada Əzizova soyadı verilmişdir.
6. AZ-İV seriyalı, 53737* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 *0.09.1989-ci il tarixdə anadan olmuş, atası X11, anası Ərizəçidır.
7. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 nömrəli arayışından görünür ki, X10 əməyə qadir deyildir.
8. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın *3.04.*0*5-ci il çap tarixli çıxarışından görünür ki, X1 ifadə olunmuş debillik dərəcəsində oliqofreniyası, nitq pozğunluğu, psixopatabənzər sindromu səbəbilə müddətsiz ikini dərəcəli əlilliyi müəyyən edilmişdir.
9. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 09.10.*0*5-ci il tarixli, 3441 saylı rəyindən görünür ki, X* debillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə müəyyən edilir. X3 öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. X14 oglunun tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsinə əsas vardır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
10. *8.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.
11. 34.*-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
12. 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır.
13. 317.*-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.
14. 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir.
15. 3*0.*-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır.
16. 3*1.*-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə iş materiallarını, ərizənin dəlillərini araşdırıb, izahatları dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir.
18. Belə ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının təhlilindən məlum olur ki, şəxsin məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan sayılması üçün bir qayda olaraq aşağıdakı faktlar müəyyən olunmalıdır (sübuta yetirilməlidir): - Ərizəçinin bu iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olması; - Şəxsin ağıl zəifliyinin (əqli geriliyin) və ya psixi pozuntusunun olması; - Şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsi; - Şəxsin ağıl zəifliyi və ya psixi pozuntusu ilə onun öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsi arasında səbəbli əlaqə.
19. Məhkəmə qanunvericiliyin tələblərinin hazırki işə tətbiqi baxımından qeyd edir ki, ərizəçi Əzizova X4 İlqar Nəcəf oğlunun anası olduğundan onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır.
20. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat çıxarışında, X14 ogluna debillik dərəcəsində oliqofreniyası, nitq pozğunluğu, psixopatabənzər sindromu diaqnozu qoyulmuş və qeyd olunan bu diaqnoz əsasında ona müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında arayışında , X6 əməyə qadir olmaması qeyd olunmuşdur.
21. Habelə bu xarakterli işlərdə sübut kimi çıxış edən məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə də təsdiq olunur ki, X* debillik dərəcəsində oliqofreniya və davranış pozuntuları var, o, psixi vəziyyətinə görə öz hərərkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil və onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır.
22. Beləlikə, iş materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, *0.09.1989-ci il təvəllüdlü X1 debillik dərəcəsində oliqofreniyası və davranış pozuntuları var, o, öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyil və bu hal onun psixi vəziyyəti ilə səbəbli əlaqədədir. Ona görə *0.09.1989-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.*. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - *17.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, *0.09.1989-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *16-**0, 360-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə
Qət etdi
Ərizə təmin edilsin. *0.09.1989-cu il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov