Məhkəmə qərarları › İş №2(003)-3383/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3383/2025

05.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3383/2025 05.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 1836 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən ******* saylı təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt tərbi edilməklə iddiaçıya cərimə yazılmışdır. Qeyd olunmalıdır ki, iddiaçı hər ay istifadə etdiyi qaz borcunu vaxtında ödəmişdir. Habelə istifadə edilən qaz sayğacı iddiaçının mərhum atası X3 adınadır və o, xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Bununla bağlı İddiaçı müvafiq olaraq Cavabdeh Xəzər rayon şöbəsinə müraciət etdikdə, ona həmin idarənin əməkdaşları tərəfindən onun tərəfindən qaz sayğacına müdaxilə edərək kənar xətt çəkməsi səbəbilə ona 1836 manat cərimə yazıldığı bildirilmişdir. Halbuki, iddiaçı heç vaxt qaz sayğacına müdaxilə etməmiş, kənar xətt çəkməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Qeyd olunmalıdır ki, cavabdeh təşkilat qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır.

3. Mülki iş üzrə Cavabdeh xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək, İddiaçı borcun silinməsinə görə iddia tələbi irəli sürmək üçün heç bir subyektiv hüququnun olmadığını, **********30000 saylı istehlakçı kodunun iddiaçının deyil, digər şəxsin adına olduğunu, iddiaçının İdris Mayılovun vərəsəliyinə dair heç bir şəhadətnamsinin və iddiaçının abonent saldosunda göstərilən ünvan 1 ünvanında qeydiyyatda olduğunu və ya faktiki yaşadığını sübut edəcək heç bir arayışın olmadığını, həmçinin iddiaçının cavabdehlə qarşılıqlı öhdəlikləri müəyyən edən müqaviləsi olmadığını bildirmiş və bu səbəblərə görə iddia ərizəsini icraatdan çıxarılmasını və iddiaçıya geri qaytarılmasını məhkəmədən xahiş etmişdir.

Proses iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izhat verərəkl, tələbinin təmin edilməsini xahiş etmişdir. O, həmçinin izahatında qaz sayğacının atasının adına olduğunu, atasının 2002-ci il tarixdə vəfat etdiyini, digər vərəsə qardaşının da vəfat etdiyini, vərəsəlik haqqında şəhadətnamənin olmadığını, uşaqlığından bəri həmin qaz sayğacı quraşdırılan ünvandakı evdə yaşadığını, həmin ünvanda quraşdırlan qaz sayğacını öz adına keçirmək üçün Cavabdeh İB-yə müraciət etdiyini, bu zaman ona həmin qaz sayğacı üzrə ödənilməmiş borcunun olması barədə məlumat verildiyini, borc tərtib olunna akta əlavə olunmuş foto-şəkillərdən aktın gecə saat 00:06-də tərtib olunduğunu müəyyən olunduğunu, qeyd olunanlarla əlaqədar abonent saldosuna əlavə edilmiş əsassız borcun silinməsini xahiş etdiyini bildirmişdir.

5. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq, cavabdehin (nümayəndəsinin) iştirakı olmadan iş üzrə məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

6. 104496 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2002-ci il tarixdə ölmüşdür.

7. İİİ-ЖГ seriyalı 463416 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1975-ci il tarixdə anadan olmuş, atası X6, anası X2r.

8. 04.08.2025-ci il tarixində çap olunmuş Abonent saldosundan görünür ki, abonent İddiaçı, abonent kodu **********30000, ünvan ünvan 2 koduna 12/2021-ci il tarixində 1836 manat borc əlavə edilmişdir (qazın sərfiyyatı ilə əlaqədar olmayan).

9. xx.xx.2021-cü il tarixli (0325396 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 1836 manat borc hesablanmışdır. Akt X7 tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir).

10. xx.xx.2021-cü il tarixli (0325396 saylı) Akt tərtib olunan zaman çəkilmiş fotoşəkillərdən görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qeyd olunan ünvana baxış xx.xx.2021-ci il tarixdə saat 00:06 də həyata keçirilmişdir

11. 15.09.2025-ci il tarixli, 655 nömrəli arayışdan görünür ki, İddiaçı 43A ünvanında qeydiyyatdadır.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

13. Mülki Məcəllənin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

14. Mülki Məcəllənin 1096.1-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. - 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. - 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Məhkəmənin möqeyi:

18. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

19. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı istifadə etdiyi qaz sayğacına qeyri-qanuni hər hansı kənar xətt qoşulmaqla təbii qazdan istifadə etmədiyini, bu səbəbdən Cavabdeh tərəfindən **********30000 nömrəli abonent saldosuna əsassız olaraq 1836 manat məbləğində borcun əlavə edildiyini və bu səbəbdən hesablanmış əsassız borcun abonent saldosundan silinməsini xahiş edir. Cavabdeh isə məhkəmə etiraz ərizəsi təqdim edərək, iddiaçının qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığını, həmçinin abonent saldosunun iddiaçının adına olmadığını qeyd edərək, iddia tələbinin icraatdan çıxarılmasını xahiş etmişdir.

20. Məhkəmə cavabdeh quurmun etiraz ərizəsinə münasibətdə qeyd edir ki, **********30000 nömrəli abonent saldosu üzrə istehlakçı X6 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Hazırkı mülki iş üzrə iddiaçı olan İddiaçı isə mərhumun oğludur. Yuxarıda qeyd olunan hallar və iddiaçının abonent saldosu üzrə qeyd olunmuş ünvanda yaşaması faktı iş materiallarına əlavə olunmuş sübutlar və iddiaçının izahatı ilə öz təsdiqini tapmışdır. Bu səbəblə də məhkəmə qeyd edir ki, Cavabdeh etiraz ərizəsində qeyd etmiş olduğu dəlillər əsassızdır və iddiaçının iddia tələbinə mahiyyəti üzrə baxılmamlıdır.

21. Prosessual qanunvericiliyin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıdır. (MPM 14.2, 77.1) Məhkəmə qeyd edir ki, hazırki mübahisə predmetini borcun silinməsi təşkil etdiyindən, ilk növbədə həmin borcun (zərərin) hesablanmasına əsas olan hallara, bu halları təsdiq edən aktların qanuniliyinə və eləcə də bu halların baş verməsində iddiaçının təqsirliliyi məsələsinə hüquqi qiymət verilməlidir. Bu mənada borcun cavabdeh tərəfindən tərtib edilmiş müvafiq akt əsasında hesablandığını nəzərə alaraq məhkəmə hesab edir ki, qəbul etdiyi aktın qanuniliyini, o cümlədən həmin aktda qeyd edilmiş qüsurları və həmin qüsurların yaranmasında iddiaçının təqsirini, habelə hesablanmış borcun məbləğinin əsaslılığını və qanuniliyini sübutetmə yükü aktı qəbul etmiş orqanın, yəni Cavabdeh üzərinə düşür.

22. Belə ki, mübahisələndirilən borcun hesablanmasına əsas olan, cavabdeh tərəfindən tərtib edilmiş aktda sayğaca mütəxəssislər tərəfindən baxış keçirilərkən X1 kənar qeyr-qanuni təbii qazdan istifadə edilməsinin aşkar olunduğu qeyd olunmuşdur. Lakin iş materialları əsasında müəyyən olunur ki, **********30000 nömrəli abonent kodu üzrə istehlakçı X6 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Buna baxmayaraq cavabdeh qurumun əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* nömrəli aktda istehlakçının özünün iştirak etməsi və onun aktı imzalamaqdan “imtina” etməsi qeyd olunmuşdur. Məhkəmə bu akta tənqidi yanaşaraq qeyd edir ki, akt tərtib edildiyi vaxtdan 19 il əvvəl, yəni xx.xx.2002-ci il tarixində X6 vəfat etmişdi və təbii ki, ölmüş şəxsin Cavabdeh İB-nin əməkdaşları ilə birlikdə hansısa ünvana baxış keçirməsi mümkün deyildir. Ona görə həmin akt şübhədənkənar və təkzibedilməz sübut meyarına uyğun deyildir. Belə olan halda həmin akt və onun əsasında tərtib edilmiş tələbnamə mümkün və mötəbər sübut sayıla bilməz.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, mdəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azəriqaz” İB tərəfindən **********30000 nömrəli abonent saldosuna (ünvan: ünvan 3mış 1836 AZN (bir min səkkiz yüz otuz altı manat) məbləğində borc silinməlidir.

25. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilməmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırkı iddia tələbi istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlıdır və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Hazırkı iddia qiyməti 1836 manat olduğuna görə dövlət rüsumunun məbləği 38.36 manat təşkil edir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Ona görə məhkəmə hesab edir ki, iddia tələbinin tam təmin edilməsi nəzərə alınaraq ödənilməli olan 38.36 (otuz səkkiz manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi İddia təmin edilsin. Cavabdeh Azəriqaz” İB tərəfindən **********30000 nömrəli abonent saldosuna (ünvan: ünvan 3mış 1836 AZN (bir min səkkiz yüz otuz altı manat) məbləğində borc silinsin. İddia ərizəsinin verilməsinə görə ödənilməmiş 38.36 AZN (otuz səkkiz manat otuz altı qəpik) dövlət rüsumunun məbləği Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar