Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-339/2021 25.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə, Ərizəçi Ərizəçi4 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 Bakı şəhəri 52 saylı Notariat ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Pistə Ağakişi qızının X11 ilə eyni şəxs olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair son dəqiqləşmə ilə müraciət edərək, Əzizbəyov rayon XDS İK tərəfindən X7 verilmiş xx.xx.1950-ci il tarixli çıxarışın Pistə Ağakişi qızına məxsus olması; Əhmədağa Rövşən oğlunun Pistə Ağakişi qızının oğlu olması; Əhmədağa Rövşən oğlunun Ərizəçi1, Ərizəçi2 və X3 atası olması; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki 0.75 ha torpaq sahəsinə dair cavabdehlər tərəfindən mirasın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi; miras payını cavabdehlər arasında ¼ hissədə paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizəsini onunla əsaslandırmışlar ki, Pistə Ağakişi qızı (sənədlərdə qeyd olunmuş adı-X11) ərizəçilər: Ərizəçi1; Ərizəçi2; və mərhum X3 nənəsidir. Ərizəçi4 mərhum Pistə Ağakişi qızının oğlu mərhum Əhmədağa Roşan oğlunun gəlinidir (Pistə Ağakişi qızının nəvəsi mərhum Adil Məmmədovun həyat yoldaşıdır). Ərizəçi3 isə mərhum Pistə Ağakişi qızının nəticəsidir (nəvəsi mərhum Adil Məmmədovun oğludur). Pistə Ağakişi qızı xx.xx.1982-ci il tarixində vəfat etmişdir. Bu barədə Bakı şəhəri, Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən AZ-İ № 843812 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. xx.xx.1982-ci il tarixində vəfat etmiş Pistə Ağakişi qızının (sənədlərdə səhvən göstərilmiş adı- X11) miras əmlakı Bakı şəhəri, Əzizbəyov rayon XDS İK-in xx.xx.1950-ci tarixli iclasından çıxarışa əsasən, Bakı şəhəri, Mərdəkan qəsəbəsində ayrılmış 0.75 ha torpaq sahəsindən ibarətdir. Lakin Bakı şəhəri, Əzizbəyov rayon XDS İK-in xx.xx.1950-ci tarixli çıxarışına əsasən, Pistə Ağakişi qızının adı X11 olaraq qeyd olunmuşdur. Mübahisəli ev ona o zaman işlədiyi baxçadan verilmişdir. İş yerində isə hamı onu Pistə kimi yox Sona xanım kimi tanıyırdı. Bu səbəbdən də əsl adının Pistə olduğu qeyd edilməmişdir. Bu mübahisəli ev 1950-ci il tarixində verilmişdir. 1982-ci ildə Pistə Ağakişi qızı vəfat etdikdən sonra bu günə kimi faktiki vərəsəliyi qəbul etsələr də, formal olaraq qəbul etməmişlər. Hazırda hər biri mübahisəli torpaq sahəsinin üzərində inşa edilmiş evdə yaşayır. Həmin torpaq sahəsində hər birinin ayrıayrılıqda evi və ayrılıqda evin giriş-çıxışı vardır. Mübahisəli miras əmlakı artıq uzun illərdir ki, faktiki olaraq onların istifadəsindədir. xx.xx.2020-ci il tarixində Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri 52 saylı Notariat Konturuna müraciət etmişlər. Burada məlum olmuşdur ki, Əzizbəyov rayon XDS İK tərəfindən verilmiş xx.xx.1950-ci il tarixli iclasından çıxarışında Bakı şəhəri, Mərdəkan qəsəbəsində ayrılmış 0.75 ha torpaq sahəsinin mülkiyyətçisi Pistə Ağakişi qızı əvəzinə X11 kimi qeydə alınmışdır. Bu səbəbdən xx xxxxxx 2020-ci tarixində Notariat ofisi tərəfindən təqdim olunmuş Notariat hərəkətlərinin aparılmasından imtina barədə qərarına əsasən tərəfindən təqdim edilmiş sənədlər öyrənilərkən Pistə Ağakişi qızının adının Bakı şəhəri, Əzizbəyov rayon XDS İK-in xx.xx.1950-ci il tarixli iclasından çıxarışında göstərilən X11 ilə eyni şəxs olması faktının müəyyən olunmasını və mirasın faktiki qəbulunu müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı adın eyni şəxsə məxsus olması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. Buna görə də hesab edirlər ki, Əzizbəyov rayon XDS İK tərəfindən verilmiş xx.xx.1950-ci il tarixli iclasından çıxarışında Bakı şəhəri, Mərdəkan qəsəbəsində ayrılmış 0.75 ha torpaq sahəsinin mülkiyyətçisi kimi qeyd edilmiş X6 Pistə Ağakişi qızı ilə eyni şəxs olması faktı müəyyən olunmalıdır. Belə olduğu halda onların bir tək ədalət mühakiməsini həyata keçirən məhkəmələrinə ümidləri qalır. Uzun müddətdir ki, miras əmlakı olan mübahisəli torpaq sahəsinə faktiki sahiblik etsələr də, 1950-ci ildə Əzizbəyov rayon XDS İK tərəfindən verilmiş çıxarışda Pistə Ağakişi qızının adı fərqli qeyd olunduğu üçün həmin torpaq sahəsinə dair heç bir sənəd, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edə bilmirlər. Qeyd olunanlara əsasən, Pistə Ağakişi qızının X11 ilə eyni şəxs olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi4 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Püstə xanım onun həyat yoldaşı Adilin nənəsi olub. Əhmədağa onun qaynatası, Böyükqız isə qaynanası olub. Püstəxanımın 1 oğlu və 3 nəvəsi olub. Qeyd olunanlara əsasən, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etmiş və əlavə etmişdir ki, Məmmədova Böyükqız Əhməd qızı ilə Pistə Ağakişi qızının oğlu Əhmədağa Rövşən oğlunun birgə nikahından Ərizəçi1, Ərizəçi2 və X5 doğulmuşdur. Məmmədov Adil rəhmətə getmiş, digər cavabdehlər Ərizəçi3 Adilin oğlu, Ərizəçi4 isə həyat yoldaşıdır. Mərhum Əhmədağa Rövşən oğlunun onların atası olması müəyyən olunmamışdır. Bu faktı şahidlər təsdiq edə bilər. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində çıxış edən X4 ifadəsində bildirmişdir ki, ərizəçilərin qapı qonşusudur. Məmmədova Böyükqız Əhməd qızı ilə Pistə Ağakişi qızının oğlu Əhmədağa Rövşən oğlunun birgə nikahından Ərizəçi1, Ərizəçi2 və X5 doğulmuşdur. Məmmədov Adil rəhmətə getmiş, digər cavabdehlər Ərizəçi3 oğlu, Ərizəçi4 isə həyat yoldaşıdır. Aydın və Arif Zaurun əmiləridir. Püstə xanımı Sona xala, bəzən də Sonya çağırmışlar. Pistəxanımın adına torpaq sahəsi verilmişdir. Hazırda həmin torpaq sahəsi onun vərəsələri tərəfindən qəbul edilib istifadə edilir. Məhkəmə iclasında şahid qismində çıxış edən X1 ifadəsində bildirmişdir ki, ərizəçilərin nənəsi Pistə xanım ilə bağ qonşusu olub, onu hamı Sona xanım kimi tanıyıb. Sona xanımın oğlu Əhmədağanın Adil, Aydın və Arif adında üç oğlu olmuşdur. Əhmədağa, həyat yoldaşı Böyükqız və oğlu Adil rəhmətə gediblər. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə tərəfləri, eyni zamanda şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Ərizəçi1, Ərizəçi2 və X3 anası Məmmədova Böyükqız Əhməd qızıdır. Ərizəçi2 və X3 doğum haqqında şəhadətnaməsində ata qrafası boş saxlanılmış, Ərizəçi1 ata qrafasında Əhmədağa Roşan oğlu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 atası X5, anası X2r. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Əhmədağa Roşan oğlu xx.xx.2011-ci ildə, X5 xx.xx.2012-ci ildə, Pistə Ağakişi qızı xx.xx.1982-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 52 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Pistə Ağakişi qızının adının Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nin xx.xx.1950-ci il tarixli iclasından çıxarışda göstərilən X11 ilə eyni şəxs olması faktının müəyyən olunmasını, Əhmədağa Roşan oğlunun Pistə Ağakişi qızının övladı olmasını, müraciət edənlərdən başqa digər vərəsələrin olmasını və mirasın faktiki qəbulunu müəyyən etmək mümkün olmamışdır. Ərizəçilərə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarından görünür ki, xx.xx.1982-ci il tarixində vəfat etmiş Pistə Ağakişi qızının miras əmlakı Bakı şəhəri, Əzizbəyov rayon XDS İK-in xx.xx.1950-ci tarixli iclasından çıxarışa əsasən, Bakı şəhəri, Mərdəkan qəsəbəsində ayrılmış 0.75 ha torpaq sahəsindən ibarətdir. Lakin Bakı şəhəri, Əzizbəyov rayon XDS İK-in xx.xx.1950-ci tarixli çıxarışına əsasən, Pistə Ağakişi qızının adı X11 olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1. maddəsinin tələbinə əsasən uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələbinə görə, uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019cu il tarixli, 03 saylı Qərarının 11-ci və 11.3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, xx.xx.1982-ci ildə vəfat etmiş Pistə Ağakişi qızının xx.xx.2011-ci ildə vəfat etmiş Əhmədağa Roşan oğlunun anası, həmçinin xx.xx.2011-ci ildə vəfat etmiş Əhmədağa Roşan oğlu xx.xx.1957-ci il təvəllüdlü X5, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi2 və xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi1 doğma atasıdır və bu fakt məhkəmə iclasında həm şahid ifadələri, həm də işə əlavə edilmiş sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1. maddəsindən görünür ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1. maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.10. maddəsinə əsasən, məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan əlavə, Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Əzizbəyov rayon XDS İK tərəfindən X7 verilmiş xx.xx.1950-ci il tarixli çıxarışın xx.xx.1982-ci ildə vəfat etmiş Pistə Ağakişi qızına məxsus olması faktı tam təsdiq olunduğundan və faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Həmçinin, məhkəmə iclasında müəyyən olundu ki, Pistə Ağakişi qızının (sənədlərdə səhvən göstərilmiş adı- X11) miras əmlakı Bakı şəhəri, Əzizbəyov rayon XDS İK-in xx.xx.1950ci tarixli iclasından çıxarışa əsasən, Bakı şəhəri, Mərdəkan qəsəbəsində ayrılmış 0.75 ha torpaq sahəsindən ibarətdir. Pistə Ağakişi qızı xx.xx.1982-ci il tarixində vəfat etmişdir. Vəfat edərkən mərhum mübahisəli əmlakı heç kəsə vəsiyyət etməmişdir. Ərizəçilər olan vərəsələr Pistə Ağakişi qızı vəfat etdikdən sonra, ona məxsus Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0.75 ha torpaq sahəsindən istifadə etməklə miras əmlakı faktiki olaraq qəbul etmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Qəbul etmə dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür ki, bu da formal və qeyri-formal üsulla həyata keçirilir. Mirasın formal olaraq qəbul edilməsi o deməkdir ki, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn hərəkət notarial qaydada həyata keçirilir. Mirasın qeyri-formal əldə edilməsi dedikdə isə mirasın faktiki olaraq qəbul edilməsi başa düşülür. İş materiallarından məlum olur ki, Pistə Ağakişi qızı 1982-ci ildə vəfat etdikdən sonra onun mirasını heç bir vərəsə formal, yəni notarial qaydada, qəbul etməmişdir. Pistə Ağakişi qızının mirasının qeyri-formal qaydada, yəni faktiki olaraq vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə isə, məhkəmə hesab edir ki, həmin miras əmlak ərizəçilər tərəfindən faktiki idarə edilməklə qəbul edilmişdir. Miras əmlakı faktiki qəbul etmə dedikdə, həmin əmlak üzərində faktiki sahiblik etmə və faktiki idarə etmə, öz xərcləri hesabına miras əmlakın mühafizəsi və onun idarə edilməsi başa düşülür. Pistə Ağakişi qızı 1982-ci ildə vəfat edərkən qanun üzrə vərəsələr olan Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 miras əmlaka sahiblik hüququnu həyata keçirməsi işin məhkəmə iclasında araşdırılan halları ilə təsdiq olunmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə həmin hissədə əsaslı olduğundan təmin edilməli, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 tərəfindən Pistə Ağakişi qızına məxsus Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0.75 ha torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsi faktını müəyyən etməklə onların hər birinin miras payının 1/4 hissə təşkil etməsi müəyyən edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Əzizbəyov rayon XDS İK tərəfindən X7 verilmiş xx.xx.1950-ci il tarixli çıxarışın xx.xx.1982-ci ildə vəfat etmiş Pistə Ağakişi qızına məxsus olması; xx.xx.1982-ci ildə vəfat etmiş Pistə Ağakişi qızının xx.xx.2011-ci ildə vəfat etmiş Əhmədağa Roşan oğlunun anası olması; xx.xx.2011-ci ildə vəfat etmiş Əhmədağa Roşan oğlunun xx.xx.1957-ci il təvəllüdlü X5, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi2 və xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi1 atası olması; Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 tərəfindən Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0.75 ha torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsi faktı müəyyən edilməklə həmin miras əmlakda onların ¼ hissədə payı müəyyən edilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t di : Ərizə təmin edilsin. Əzizbəyov rayon XDS İK tərəfindən X7 verilmiş xx.xx.1950-ci il tarixli çıxarışın xx.xx.1982-ci ildə vəfat etmiş Pistə Ağakişi qızına məxsus olması faktı müəyyən edilsin. xx.xx.1982-ci ildə vəfat etmiş Pistə Ağakişi qızının xx.xx.2011-ci ildə vəfat etmiş Əhmədağa Roşan oğlunun anası olması faktı müəyyən edilsin. xx.xx.2011-ci ildə vəfat etmiş Əhmədağa Roşan oğlunun xx.xx.1957-ci il təvəllüdlü X5, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi2 və xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi1 atası olması faktı müəyyən edilsin. Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 tərəfindən Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0.75 ha torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsi faktı müəyyən edilməklə həmin miras əmlakda onların ¼ hissədə payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-339/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-339/2021
25.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver