Məhkəmə qərarları › İş №2(003)-3393/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3393/2021

12.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3393/2021 12.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış borcun silinməsi, artıq olaraq ödənilmiş 830,40 manat pulun ona qaytarılması, Cavabdeh saxtakarlıq edərək yeni saxta "abunə saldosu"nda 2020-ci ildə sübutsuz yeni 5042,60 manat borcun ləğv edilməsi, ona saxtakarlıqla elan edilmiş qaz sərfinə borc üzrə 10 il ərzində ona dəymiş 10000 manat həcimdə ödənilməsi, Cavabdeh ilə münaqişələrdə o sağlamlığını itirdiyinə görə ailəsi qazancdan məhrum olması və itirilmiş qazancını 5000 manat həcmində ona Cavabdeh-dən ödənilməsi, Cavabdeh tərəfindən tərtib edilmiş 27 ədəd saxta aktların ləğv edilməsi və 27 ədəd saxta aktlarla hesablanmış 8021 manat saxta borcun hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X2 bildirdi ki, Cavabdeh tərəfindən cavabdeh İddiaçı qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və həmin iddia təlbi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qeyd edilənlərə əsasən hazırkı mülki işin baxılmamaış saxlanılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, işə əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli 2(003)-3264/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən cavabdeh İddiaçı qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə hesablanmış 4230,10 manat pulu və 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İşə əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli 2(003)-3264/2021 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 727,20 manat pul və 10 manat dövlət rüsumu olmaqla, cəmi 737,20 manat puun tutularaq iddiaçı Cavabdehnə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə dair məhkəmənin icraatında mülki iş vardır. Belə olan halda mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə olmadığından hazırkı mülki iş üzrə icraata baxılmamış saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi, artıq olaraq ödənilmiş 830,40 manat pulun ona qaytarılması, Cavabdeh saxtakarlıq edərək yeni saxta «abunə saldosu»nda 2020-ci ildə sübutsuz yeni 5042,60 manat borcun ləğv edilməsi, ona saxtakarlıqla elan edilmiş qaz sərfinə borc üzrə 10 il ərzində ona dəymiş 10000 manat həcimdə ödənilməsi, Cavabdeh ilə münaqişələrdə o sağlamlığını itirdiyinə görə ailəsi qazancdan məhrum olması və itirilmiş qazancını 5000 manat həcmində ona Cavabdehdən ödənilməsi, Cavabdeh tərəfindən tərtib edilmiş 27 ədəd saxta aktların ləğv edilməsi və 27 ədəd saxta aktlarla hesablanmış 8021 manat saxta borcun hesabdan silinməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar