Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3407/2024 22.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Nuru qızının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh1 nümayəndəsi X16 iştirakı ilə, İddiaçı Nuru qızının cavabdehlər Cavabdeh1, ünvan 3 (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X37, X38) qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməklə vərəsəlik hüququnun tanınması və payının müəyyən edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Nuru qızının cavabdehlər Cavabdeh1, ünvan 3 (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X37, X38) qarşı iddia ərizəsi ilə müraciət edərək ünvan 2 (Yeni qaydalarla ünvan 1 ünvanı üzrə atası X2 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin mirasa vərəsəlik hüququnun tanınması və miras əmlakda payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdırlar ki, xx.xx.1976-ci il tarixdə vəfat etmiş X17 onun atasıdır. Atasından miras qalmış ünvan 2 (Yeni qaydalarla ünvan 1 hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış əldə etmişdir. Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış əldə edilməsi üçün bütün rüsumlar onun tərəfindən ödənilmişdir. 1 saylı dövlət notariat ofisinin 04 sentyabr 2023-cü il tarixli məktubundan da göründüyü kimi o, vərəsədir. Cavabdeh Bakı şəhəri 01 saylı Notariat ofisi miras əmlakın qəbulu və mirasda payının müəyyən edilməsi üçün müraciət etsə də, cavabdeh əsassız olaraq xx.xx.2024-cü il tarixdə bundan imtina edərək qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxılmasını bildirmişdir. Həmçinin faktiki qəbulu, ona sahiblik etməsi barədə sənədlər təqdim edilmədiyini bildirmişdir. Bundan başqa miras əmlakdan vərəsəyə çatası payları müəyyən etmək üçün məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. Hesab edir ki, imtina əsasızdır. O, ünvan 2 ünvanında doğulmuşdur, atası öldükdən sonra və hazırkı dövrə qadər həmin evdə yaşamışdır. Məhkəmə iclasında İddiaçı Nuru qızının nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, mübahisəli ev qeydiyyata alınmayıb və özbaşına tikili hesab edilir. iddiaçı həmin evdə böyüyüb və həmin ünvanda yaşayıb, ən azından fasiləsiz 1976-1981-ci illərdə, yəni 5 il yaşaması sübut edilib. İddiaçı sadəcə özünə düşəsi payı istəyir, cavabdehin payının olmasını qəbul edir. Hazırki münasibətlər köhnə mülki məcəllə ilə tənzimlənir və iddiaçı paydan imtina etməyib, imtina etmədiyi halda isə mirası faktiki qəbul etmiş sayılır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X39 iddianın əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh həmin evdə böyüyüb, ailəsi birgə yaşayıb. Baxmayaraq ki, həmin ev rəsmi olaraq miras kütləsinə daxil edilməyib, yenə də cavabdeh həmin nebdə yaşamaqla əmlakı faktiki olaraq qəbul edib. Daha sonra ev yararsız hala düşdüyündən, başqa ev tikiblər. Hazırda orada yaşamaq mümkün deyil. İddiaçı bu ötən 40 il müddətdə həmin əmlaka gəlməyib, orada abadlaşdırma işləri aparmayıb və hazırda onun arayış alması miras əmlakda payı olması anlamına gəlmir. Müstəqil tələb irəli sürməyən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrnin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-cı maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələnin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X40 və **.09.20**-ci il təvəllüdlü X25 atası X68, anası İddiaçı Nuru qızıdır. İş materiallarında olan ölüm haqqında arayışın surətindən görünür ki, X60 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan AZ-İİ № 363597 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X44 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X69 ilə X70 xx.xx.1981-ci il tarixdə Bakı Səadət sarayında rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2227 nömrə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Rzayev”, arvada “Rzayeva” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı ərazi İdarəsinin hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışın surətindən görünür ki, ünvan 2 (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə tam payla X15 adına rəsmləşmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 1 saylı notariat ofisinin məktubundan görünür ki, xx.xx.1976-cı ildə vəfat etmiş X3 qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı onun vərəsəsi olan qızı - X52 xx.xx.2024-cü il tarixində ərizəsi Bakı şəhəri 1 saylı notariat ofisinə daxil olmuşdur. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, vərəsə X78 qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmışdır. Həmçinin, X52 notariat ofisinə mirasın faktiki qəbulu, ona sahiblik etməsi barədə sənədləri təqdim etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin məktubundan görünür ki, Bakı şəhəri 1 saylı dövlət notariat ofisində xx.xx.1977-ci il tarixdə mərhum X6 miras əmlakına dair 2kHH-926 və 2kHH -927 reyestr nömrələri ilə vərəsəlik hüququ hadi dair şəhadətnamələrin verildiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh1 və X9 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X54 ilə X11 xx.xx.1985-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon VVAQ şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 805 nömrə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Rəsulov”, arvada “Rəsulova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X** atası X54, anası isə X4r. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X61 ilə X26 xx.xx.2010-cu il tarixdə Bakı nikah evində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1325 nömrə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Əliyev”, arvada “Əliyeva” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X13 atası X54, anası isə X4r. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X55 ilə X27 xx.xx.2016-cı il tarixdə 5 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2787 nömrə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Qəmbərov”, arvada “Qəmbərova” soyadı verilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X20 ilə X45 **.07.1948-ci il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 228 nömrə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Rasulov”, arvada “Rasulova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında arayışın sürətindən görünür ki, xx.xx.1953-cü il təvəllüdlü X28 atası X20, anası isə X29r. İş materiallarında olan AZ-İİ № 628090 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X30 ilə X56 xx.xx.2008-ci il tarixdə Əzizbəyov rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 370 nömrə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Səttarov”, arvada “Səttarova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında arayışın sürətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X14 atası X30, anası isə X21r. İş materiallarında olan AZ-İİ № 889077 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X46 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsibib 2(003)- 3203/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.1955-ci il tarixdə Bakı şəhərinda doğulmuş X31 xx.xx.2008-ci il tarixdə Bakı şəhərinda ölməsi faktı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 1 saylı dövlət notariat kontorunda X103mamed oğlunun varisi arvadi Rasulova Rubaba qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş X22 ünvan 3 ünvanladığı ərizədən görünür ki, ərinin vəfatından sonrs qalan birgə nikah dövründə əldə edilmiş əmlakın alınması ilə bağlı müraciət etmişdir. İş materiallarında olan mülkiyyət hüququ haqqında şəhadətnamənin sürətindən görünür ki, X45 əri Rasulov Nurinin ölümündən sonra onun mlakının ½ hissəsində mülkiyyət hüququ əldə edib və bu barədə 2kHн-926 saylı reyestr qeydi aparılıb. İş materiallarında olan mülkiyyət hüququ haqqında şəhadətnamənin sürətindən görünür ki, X45 əri Rasulov Nurinin ölümündən sonra onun əmlakının ½ hissəsində mülkiyyət hüququ əldə edib və bu barədə 2kHн-927 saylı reyestr qeydi aparılıb. İş materiallarında olan etibarnamənin sürətindən görünür ki, X47 ona qalan mülkün idarə edilməsi haqqını X48 vermişdir. İş materiallarında olan AZ-İİ № 363597 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X47 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan ərizənin sürətindən görünür ki, Şüvəlan bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən X62 ondan ötəri ki, onun atası mərhum X7 ölümündən sonra ona məxsus ünvan 4 ünvanında yerləşən əmlak və torpaq sahəsinin bütün vergi borcunu qızı X79 tərəfindən 2023-cü ilin sonuna qədər bələdiyyəyə ödəmişdir, borcu yoxdur. İş materiallarında olan doğum haqqında akt qeydini sürətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü X32 atası X24, anası X33r. İş materiallarında olan doğum haqqında akt qeydini sürətindən görünür ki, xx.xx.1986-ci il təvəllüdlü X34 atası X69, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında akt qeydini sürətindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X35 atası X69, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında akt qeydini sürətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X49 atası X23, anası X33r. İş materiallarında olan doğum haqqında akt qeydini sürətindən görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X36 atası X23, anası X33r. İş materiallarında olan 2khH-927 reyestr nömrələri ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrə dair notariat işinin sürətindən görünür ki, X5 miras qalmış 52- 78 nömrə işarəli M-20 avtomaşın varisi X33r. İş materiallarında olan BL 982284 saylı avtomobilə dair texniki pasportun sürətindən görünür ki, 1954-cü il buraxılış, АУ 91-05 dövlət qeydiyyat nişanlı avtomobil X10 məxsus olmuşdur. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edildi ki, X20 ilə X50 **.07.1948-ci il tarixdə nikah bağlamış, birgə nikahlarından iddiaçı, cavabdehin atası və digər övladları doğulmuşdur. X8 ölümündən sonra ondan qalmış birgə nikah dövründə əldə edilmiş əmlakdan ibarət mirası arvadı Rasulova Rubabə qəbul etmişdir. Rasulova Rubabə xx.xx.1976-cı il tarixdə oğlu Rasulov Zöhraba onun əvəzinə vərəsəlik işlərində iştirak etməsi üçün etibarnamə vermişdir. Rasulova Rubabə xx.xx.1995-ci il tarixdə vəfat etmiş və ondan qalan mirası faktiki olaraq oğlu Rasulov Zöhrab qəbul etmişdir. Rasulov Zöhrabın ölümündən sonra mirası faktiki olaraq onun oğlu Cavabdeh1 qəbul etmişdir. Hazırda iddiaçı ünvan 2 (Yeni qaydalarla ünvan 1 ünvanı üzrə atası X2 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin mirasa vərəsəlik hüququnun tanınması və miras əmlakda payımın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işin qeyd edilən halının hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat bir tərəfdən miras qoymağı, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 1976-cı ildən yarandığından hazırkı mübahisəyə 2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan) (bundan sonra - əvvəlki MM) 527-ci maddəsinə əsasən Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 533-cü maddəsinə əsasən, birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Göründüyü kimi, iddiaçının atası X7 mülkiyyətində ünvan 2 (Yeni qaydalarla ünvan 1 olması, X7 xx.xx.1976-cı il tarixdə vəfat etməsi və həmin vaxtdan həmin şəxsin mirasının açıldığı işin mübahisə edilməyən faktiki hallarıdır. İddiaçı tərəfin hüquqi əsası ondan ibarətdir ki, hazırda formalaşmış məhkəmə praktikasına əsasən vərəsə mirasdan imtina etməmişdirsə, o, mirası qəbul etmiş sayılır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən **46 və **73-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən normalarına istinad olunması, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarının hazırkı mühabisəyə şamil olunması əsaslı deyil. Mülki iş materialları ilə miras qoyan X7 xx.xx.1976-cı ildə, arvadı X22 xx.xx.1995-ci ildə ölməsi sübuta yetirilir. Yəni onun ölümü ilə miras açılmış və həmin anlardan sonra miras əmlak üzrə müəyyən şəxslər-vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan tərəfindən vəsiyyətnamə tərtib edilməsi müəyyən edilməmişdir. Belə olan halda isə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilir. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, X18 xx.xx.1976-cı ildə öldüyü zaman sağ olan arvadı və övladları onun qanun üzrə vərəsəsi sayılır. İşdə iştirak edən şəxlərin məhkəmədə verdiyi izahatlarından onun vərəsələrinin mərhum X7 xx.xx.1976-cı ildə öldüyü vaxt sağ olan arvadı övladları olmasını müəyyən edilir. X19 Zöhrab Nuri oğlu öldükdən sonra həyat yoldaşı və övladlarının ondan miras qalmış payı tələb etmək hüquqları yaranmışdır və miras qoyanın arvadı X1 Nuri Abdulməmməd oğlundan miras qalmış 52-78 nömrə işarəli M-20 avtomaşına dair miras əmlaka dair şəhadətnamə almışdır, həmçinin ünvan 2-ü miras əmlak kimi faktiki sahiblik etmişdir. Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları özündə miras əmlakın tamlığı, bütövlüyü prinsipini ehtiva edir. Miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, fiziki şəxsin ölməsi vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Bu münasibətlər isə öz növbəsində subyektiv vərəsəlik hüququnu müəyyənləşdirir. Yəni vərəsəlik münasibətlərində iştirak edən şəxs subyektiv vərəsəlik hüququ əldə edir. Bu hüququ əldə edən şəxs isə vərəsəliyə çağırılmış olur. Vərəsəliyə çağırılmaq isə özündə həmin şəxsin vərəsələr dairəsinə daxil olmasını ifadə edir, yəni şəxs mümkün vərəsə sayılır. Mümkün vərəsə dedikdə mirası əldə etmək hüququ və ya imkanı olan şəxs başa düşülür. Mərhum X7 xx.xx.1976-cı ildə ölümü ilə onun arvadı və övladları vərəsəliyə çağırılmış və ya mümkün vərəsə hesab edilmişdirlər. Rəsulova Rubaba miras əmlakın ½ hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Qanunvericiliyin tələbinə görə isə mirasın açılması, şəxsin subyektiv vərəsəlik hüququ əldə etməsi, onun vərəsəliyə çağırılması miras əmlakı əldə etməyə kifayət etmir. Qeyd edilənlər şəxsə yalnız miras əmlakı əldə etmək şansı verir. Həmin şəxs o halda miras əmlakı əldə edilə bilər ki, miras əmlakın əldə edilməsinə öz razılığını ifadə etsin. Yəni mirasın qəbulu şəxsin iradəsindən asılı olduğuna görə o hüquqi hərəkət sayılır. Bu fakt nəticəsində, yəni öz razılığını ifadə etməklə şəxs subyektiv vərəsəlik hüququ həyata keçirmiş olur ki, bu hüquqi addımdan sonra o həqiqi vərəsə (mirası qəbul etmiş mümkün vərəsə) statusunu əldə edir. Əvvəlki Mülki Məcəlləsinin 530-ci maddəsinə (2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan) əsasən, aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. İşin mübahisəsiz halıdır ki, miras qoyanın varisi arvadı və ödladları olmuşdur. Halhazırda övladı İddiaçı vərəsəliyi qəbul etməklə ondan miras qalan əmlaka vərəsəlik hüququnun tanınmasını istəyir. Digər vərəsə Cavabdeh1 mirası faktiki qəbul etməklə mirasda pay hüququ əldə etmişdir. Miras qoyanın övladı İddiaçı isə atası öldüyü vaxtdan hal-hazıradək notariat orqanına mirası qəbul etmək barədə ərizə verməmiş və mirası faktiki qəbul etməmişdir. Eyni zamanda məhkəmə tərəflərin və onların nümayəndəsi və vəkilinin izahatında onun doğulduğu gündən bugünədək mübahisə evdə yaşaması barədə dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının iddia ərizəsində və izahatında qeyd edilənləri onun yalnız formal mülahizələrə əsaslanmışlar və bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. Sonuncuların göstərdiklərinin məhkəmə araşdırması zamanı işin faktiki hallarına uyğun olmaması müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı xx.xx.1981-ci il tarixdə ailə qurarak birdəfəlik mübahisəli evdən köçüb getməsi, mübahisəli evdə isə ana və qardaşının birlikdə yaşamaqda davam etdiyini, cavabdehin miras əmlakı faktiki olaraq qəbul etməsi” müəyyən edilmişdir. Buna görə də, məhkəmə iddiaçının iddia ərizəsində və onun nümayəndəsi və vəkilinin izahatında qeyd ediklərini inandırıcı hesab etməmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı məcburi payının qəbul edilməsinə yönələn heç bir hərəkət etməmişdir. Konstitusiya Məhkəməsinin 26 dekabr 2023 tarixli Plenum Qərarı ilə mirasın qəbulu ilə bağlı mövcud olan müddətlər qüvvədən düşmüş hesab edilsə də, bu qərar yalnız qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Konstitusiya Məhkəməsinin 21 iyun 2024-cu il tarixli Plenum Qərarından aydın olur ki, məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir və onun qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Qərarda həmcinin qeyd olunur ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Həmçinin işin faktiki hallarından görünür ki, Cavabdeh1 Rəsulov Zöhrabın oğlu və varisidir. Rəsulov Zöhrab miras açıldıqdan sonra (xx.xx.1976-cı il) məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölmüş və mirasdan pay almaq hüququ onun vərəsələri arvadı övladlarına keçmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh ərizə ilə notariat orqanına müraciət etməsə də mübahisəli əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. Belə ki, cavabdeh mübahisəli miras əmlak faktiki olaraq qəbul etməklə davamlı olaraq həmin əmlakda yaşamaqla təsərrüfat aparmışdır. Əvvəlki Mülki Məcəlləsinin 552-ci maddəsinə (2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan) əsasən Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Yenə əvvəlki Mülki Məcəlləsinin 532-ci maddəsinə (2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan) əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd;-mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Məhkəmə hesab edi ki iddiaçı mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməsə də mübahisəli əmlakı faktiki qəbul etmiş olsaydı həmin əmlakdan pay almaq hüququ olardı. Belə ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin **43-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Hazırki işdən görünür ki, iddiaçının atası Rəsulov Nurinin ölümündən məlumatlı olmuş, lakin mirasın və ya məcburi payın qəbul edilməsi istiqamətində qeyd edilən müddətlərdə heç bir hərəkət etməmişdir və ya mirası faktiki olaraq qəbul etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Nuru qızının cavabdehlər Cavabdeh1, ünvan 3 (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X37, X38) qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməklə vərəsəlik hüququnun tanınması və payının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220- ci maddələrini rəhbər tutaraq, məhkəmə Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Nuru qızının cavabdehlər Cavabdeh1, ünvan 3 (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X37, X38) qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməklə vərəsəlik hüququnun tanınması və payının müəyyən edilməsi” barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3407/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3407/2024
22.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver