Məhkəmə qərarları › İş №2(003)-3427/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3427/2022

29.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3427/2022 29.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı – borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanı üzrə rəsmiləşdirilmiş **********01980 saylı abonent hesabına hesablanmış 974 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 29 iyul 2004-cü il tarixdən onun mülkiyyətindədir. Həmin ünvanda yerləşən fərdi yaşayış evində bu günə kimi yaşayış olmamışdır. Belə ki, o, ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır, ölkəyə gəldikləri zaman evə baxmağa gəlib getmişlər. Lakin evdə yaşayış olmamışdır. Onu da qeyd etmək istəyir ki, Cavabdeh İB tərəfindən qaz sayğacının quraşdırılmasından belə xəbəri olmamışdır. Qaz sayğacı quraşdırılan zaman iştirakı olmadığından sayğacı evin köhnə sahibi Kələntərov İslamın adına qeyd edilmişdir. Həmin şəxs vəfat etmişdir. Yaxın zamanda ölkəyə ziyarət etdiyində ona məlum olmuşdur ki, mükiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qaz sayğacı cərimələnmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* nömrəli akt ilə sayğac mexaniki sayğacla əvəzlənmişdir. Sayğacın əvəzləşdirilməsinin səbəbi sayğacın giriş plastmas borusunun dağılması olmuşdur. Daha sonra xx.xx.2020-ci il tarixdə Cavabdeh İB tərəfindən tərtib edilmiş A004096 nömrəli akt ilə iddiaçının istifadəsində olan qaz sayğacının hesablama mexanizmi keçən qaz həcmini qeyd etmir. Həmçinin xx.xx.2020-ci il tarixdə Cavabdeh İB tərəfindən tərtib edilmiş ******* nömrəli akt ilə guya “qaz sayğacının klapanı işlək deyildir. Sayğac mənfiyə işləyib, sayğacın giriş plastmas borusu sınıqdır. Xətalar normadan artıqdır. Dəymiş ziyan hesablanıb ödənilməlidir.” Hesab edir ki, 974 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu və sübut olunmadığı üçün həmin borc məbləği silinməlidir. Yuxarıda qeyd olunduğu kimi, hazırda işin müəyyən olunmuş hallarından göründüyü kimi 974 manat borcun qaz sayğacının işlək vəziyyətdə olmaması səbəbindən yarandığı bildirilir, halbuki qeyd olunan normanın tələblərinə görə qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh daşıyır. Buna görə də itirilmiş qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsinin tələb olunmasının əsassız hesab edilməsi barədə iddia tələbində iddiaçı haqlıdır. Belə ki, istehlakçı olan iddiaçının təqsirindən qaz sayğacının hesablama mexanizminin qaz sayğacının klapanı işlək olmamasına dair cavabdeh hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, qeyd olunan ünvanda uzun müddətdir ki, yaşamır. Qaz sayğacı quraşdırılan zaman iştirakı olmadığından sayğac evin köhnə sahibi Kələntərov İslamın adına qeyd edilmişdir. Həmin şəxs ölmüşdür. Lakin aktlarda onun guya həmin aktı imza etməkdən “imtina” etdiyi göstərilib. Təbii ki, ölmüş şəxs imtina edə bilməz, bu onu göstərir ki, akt etibarsızdır. Cavabdeh iddiaçının yox, ölmüş şəxsin adına əsassız aktlar tərtib etmişdir. Cavabdeh nümayəndəsi X1 oğlu iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsində qeyd olunan ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verdiyi müəyyən edilmişdir. Bu səbəbdən qaz sayğacı abonentə qaytarılmışdır” Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, istehlakçı İslam Kələntərovun adına Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında “İtron” tipli “G 4” markalı qaz sayğacı sayğacın giriş plasmas borusu dağıdılıb sındırıldığına görə çıxarılmışdır. İş materiallarına əlavə edilmiş İslam Kələntərovun adına tərtib edilmiş abonentin saldosundan və “Gasrep” məlumatlarından görünür ki, ünvan 1-ə ümumilikdə 974,0 manat məbləğində (216,0 manat akt üzrə və 758 manat sərfiyyat) borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh İB-nin 29/1710-01002-1 saylı rəyinə əsasən **********1 sayğacın klapanı işlək deyil. Sayğac mənfiyə işləyib. Sayğacın giriş plasmas borusu sınıqdır. Xətalar normadan artıqdır. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. Dəymiş ziyan 216,0 manat hesablanmışdır. Bundan başqa İslam Kələntərovun adına tərtib edilmiş “Gasrep” məlumatlarından görünür ki, ünvan 1 ünvanına ümumilikdə 974,0 manat məbləğində (216,0 manat akt üzrə və 758 manat sərfiyyat) borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanı tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin, dövlət yoxlamasından keçirildikdən sonra, sayğacın istismara yararsız olması müəyyən olunmuş və itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla (akt əsasında) 216,0 manat məbləğində zərər hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, iddiaçının təqsiri müəyyən olmadığı, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 216,0 manat məbləğində hesablanmasını məhkəmə ağılabatan mühakimə hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, habelə, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan 216,0 manat məbləğində akta görə hesablanmış təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia həmin hissədə təmin edilərək, iddiaçıya akta əsasən hesablanmış 216,0 manat borc silinməlidir. Bundan əlavə, müəyyən olunmuşdur ki, bununla bağlı tərtib edilmiş akt iddiaçının deyil, evin köhnə sahibi olmuş, vəfat etmiş İslam Kələntərovun adına tərtib edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********01980 olan) hesablanmış 216,0 manat (216,0+758=974,0 manat) məbləğində borc silinməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanuna əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanı üzrə rəsmiləşdirilmiş **********01980 saylı abonent hesabına hesablanmış 216,0 (iki yüz on altı) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar