Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3436/2022 05.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı1 və İddiaçı2 iştirakı ilə, Ərizəçi İddiaçı1 və İddiaçı2 “mirasın qəbulu müddətin ötürülməsinin üzürlü saylması və bərpası”na dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum babaları xx.xx.1993-cü il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılmasının üzrlü hesab olunmaqla, müddətin bərpa edilməsi və mirasın qəbulu faktı barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X1nun mülkiyyətində olmuşdur. X1 həmin torpaq sahəsində fərdi yaşayış evi tikmiş və orada yaşamışdır. Onun atası X7 da həmin ünvanda yaşamış və boya-başa çatmışdır. 28 fevral 1993-cü ildə X1 vəfat etmişdir. Babası vəfat etdikdən sonra çox qısa zamanda 10 noyabr 1993-cü ildə atam X7 da vəfat etmişdir. Atası xəstəliyi səbəbindən babasının vəfatından sonra mirasın qəbulu üçün müraciət edə bilməmişdir. O və bacısı İddiaçı2 isə həmin dövrdə azyaşlı olduqları üçün və həmçinin sonradan hüquqi savadsızlıqlarından dolayı mirasın qəbulu üçün notariusa müraciət edə bilməmişlər. Onlar qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsi üçün notariat ofisinə müraciət etdikdə isə Bakı şəhəri 25 saylı Notariat Ofisi onlara müddətin bərpası və mirasın qəbulu faktını təsdiq etmək ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Onlar da, həmin ünvanda anadan olmuş və orada uzun müddət yaşamışdırlar. Bu günə kimi də həmin torpaq sahəsindən və fərdi yaşayış evindən istifadə edirlər. Lakin həmin ünvana qeydiyyatları olmadığı üçün notariat ofisi məhkəməyə müraciət etməli olduqlarını tövsiyyə etmişdir. Daha sonra ərizəçilər tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, mərhum babası xx.xx.19939-cü il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılmasının üzrlü hesab olunmaqla, müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1993-cü il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1993-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Maştağa rayon X5 xx.xx.1957-ci il tarixli 15 nömrəli protokoldan çıxarışdan görünür ki, X4 Buzovna qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 m2 sahə təhkim edilmişdir. İş materiallarında olan Bakı şəhəri 25 saylı Notariat ofisinin İddiaçı2 ünvanlanmış xx.xx.2022-ci il tarixli x/0 387/22 və İddiaçı1 ünvanladığı xx.xx.2022-ci il tarixli x/o386/22 nömrəli məktubda mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin buraxıldığını və müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Mərhum xx.xx.19939-cü il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakın İddiaçı1 və İddiaçı2 tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla, uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Mərhum xx.xx.19939-cü il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakın İddiaçı1 və İddiaçı2 tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla, uzadılsın. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3436/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3436/2022
05.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver