Məhkəmə qərarları › İş №2(003)-3444/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3444/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3444/2021 28.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16.09.2020-ci il tarixli müqaviləsinə əsasən HP Pavilion 15 markalı kompüter üçün 1868.4 manat ödənilməmiş hissə, 309 manat dəbbə, 07.08.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********49662 Samsung Galaxy A51 markalı telefon, 689.4 manat ödənilməmiş hissə, 186 manat dəbbə, 31.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********08256 Nokia 3310 markalı telefon üçün 86.4 manat ödənilməmiş hissə, 26 manat dəbbə, 31.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********40983 Huawei Y5 və İMEİ kod **********78864 Elari NanoPhone C markalı telefonlar üçün, 53.8 manat ödənilməmiş hissə, 16 manat dəbbə, ümumilikdə 3235 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16.09.2020-ci il, 07.08.2020-ci il, 31.05.2020-ci il və 31.03.2020-ci il tarixli müqaviləsinə əsasən, HP Pavilion 15 markalı kompüter, İMEİ kod **********49662 Samsung Galaxy A51, İMEİ kod **********08256 Nokia 3310, İMEİ kod **********40983 Huawei Y5 və İMEİ kod **********78864 Elari NanoPhone C markalı telefonlar almış və nəticədə 3235 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1957.4 manat HP Pavilion 15 markalı kompüter üçün ümumilikdə, 2177.4 manat olmaqla ondan, 1868.4 manat ödənilməmiş hissə, 309 manat dəbbə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.08.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 891.4 manat İMEİ kod **********49662 Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə, 875.4 manat olmaqla ondan. 689.4 manat ödənilməmiş hissə, 186 manat dəbbə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 175.8 manat İMEİ kod **********08256 Nokia 3310 markalı telefon üçün ümumilikdə, 112.4 manat olmaqla ondan, 86.4 manat ödənilməmiş hissə, 26 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 357.6 manat İMEİ kod **********40983 Huawei Y5 və İMEİ kod **********78864 Elari NanoPhone C markalı telefonlar üçün ümumilikdə, 69.8 manat olmaqla ondan, 53.8 manat ödənilməmiş hissə, 16 manat dəbbə. Cavabdehin cəmi ödədiyi məbləğ 684.2 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 16.09.2020-ci il tarixdə 21175935 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən HP Pavilion 15 markalı kompüter Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 103.8 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 07.08.2020-ci il tarixdə 21058481 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən İMEİ kod **********49662 Samsung Galaxy A51 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 62.7 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 31.05.2020-ci il tarixdə 20321876 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən İMEİ kod **********08256 Nokia 3310 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 6 ay müddətində ödəniş cədvəli üzrə hər ay 29.3 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 31.03.2020-ci il tarixdə 20208560 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən İMEİ kod **********40983 Huawei Y5 və İMEİ kod **********78864 Elari NanoPhone C markalı telefonlar Cavabdeh nisyə satılmış və cavabdeh 6 ay müddətində ödəniş cədvəli üzrə hər ay 55.1 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 16.09.2020-ci il tarixli 21175935 saylı müqavilə üzrə 1868.4 manat ödənilməmiş hissə, 309 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 07.08.2020-ci il tarixli 21058481 saylı müqavilə üzrə 689.4 manat ödənilməmiş hissə, 186 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 31.05.2020-ci il tarixli 20321876 saylı müqavilə üzrə 86.4 manat ödənilməmiş hissə, 26 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 31.03.2020-ci il tarixli 20208560 saylı müqavilə üzrə 53.8 manat ödənilməmiş hissə, 16 manat dəbbə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən telefon almış və alğı-satqı müqaviləsi üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, müqavilələr üzrə ödənilməyən 1868.4 manat, 689.4, 86.4 və 53.8 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 16.09.2020-ci il tarixli müqavilə üzrə 1868.4 manat məbləğində əsas borca 309 manat dəbbə (cərimə), 07.08.2020-ci il tarixli müqavilə üzrə 689.4 manat məbləğində əsas borca münasibətdə 186 manat dəbbə (cərimə), 31.05.2020-ci il tarixli müqavilə üzrə 86.4 manat məbləğində əsas borca münasibətdə 26 manat dəbbə (cərimə), 31.03.2020-ci il tarixli müqavilə üzrə 53.8 manat məbləğində əsas borca münasibətdə 16 manat dəbbə (cərimə) borcunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 16.09.2020-ci il tarixli müqavilə üzrə 50 manat, 07.08.2020-ci il tarixli müqavilə üzrə 40 manat, 31.05.2020-ci il tarixli müqavilə üzrə 10 manat, 31.03.2020-ci il tarixli müqavilə üzrə 5 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.09.2020-ci il tarixli 21175935 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 1868.4 manat əsas, 50 manat dəbbə pulu, 07.08.2020-ci il tarixli 21058481 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 689.4 manat əsas, 30 manat dəbbə pulu, 31.05.2020-ci il tarixli 20321876 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 86.4 manat əsas, 10 manat dəbbə pulu 31.03.2020-ci il tarixli 20208560 saylı saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 53.8 manat əsas, 5 manat dəbbə pulu və dövlət rüsumuna görə ödənilmiş 20 manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı İddiaçı MMC-yə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-38, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16.09.2020-ci il tarixli 21175935 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 1868.4 manat əsas, 50 manat dəbbə pulu, 07.08.2020-ci il tarixli 21058481 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 689.4 manat əsas, 30 manat dəbbə pulu, 31.05.2020-ci il tarixli 20321876 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 86.4 manat əsas, 10 manat dəbbə pulu 31.03.2020-ci il tarixli 20208560 saylı saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 53.8 manat əsas, 5 manat dəbbə pulu və dövlət rüsumuna görə ödənilmiş 20 manat, cəmi 2813 (iki min səkkiz yüz on üç) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı İddiaçı MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar