Məhkəmə qərarları › İş №2(003)-3445/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3445/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3445/2021 26.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01.09.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********23638 olan Samsung Galaxy A41 markalı telefon üçün 282 manat ödənilməmiş hissə, 63 manat cərimə pulu, 04.08.2020-ci il tarixli müqaviləyə əsasən LG LED TV üçün 1402,30 manat ödənilməmiş hissə, 246 manat cərimə borcu, 03.08.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********83587 olan Samsung Galaxy A21s markalı telefon üçün 486,80 manat ödənilməmiş hissə, 129 manat cərimə pulu cəmi 2609,10 manat və 30 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 01.09.2020-ci il tarixli, 04.08.2020-ci il tarixli və 03.08.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh İMEİ kodu **********23638 olan Samsung Galaxy A41 markalı telefon, LG LED TV və İMEİ kodu **********83587 olan Samsung Galaxy A21s markalı telefon almış və nəticədə 2609,10 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 570 (beş yüz yetmiş) manat (12 ay x 35.5 manat + 144 manat ilkin ödəniş) İMEİ kod **********23638 Samsung Galaxy A41 markalı telefon üçün ümumilikdə, 345 (üç yüz qırx beş) manat olmaqla ondan, 282 (iki yüz səksən iki) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat dəbbə, 04.08.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1523 (bir min beş yüz iyirmi üç) manat (18 ay x 82.5 manat + 38 manat ilkin ödəniş) LG LED TV üçün ümumilikdə, 1648.3 (bir min altı yüz qırx səkkiz, otuz qəp) manat olmaqla ondan, 1402.3 (min dörd yüz iki, otuz qəp) manat ödənilməmiş hissə, 246 (iki yüz qırx altı) manat dəbbə, 03.08.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 525.6 (beş yüz iyirmi beş, altmış qəp) manat (12 ay x 43.8 manat + 0 manat ilkin ödəniş) İMEİ kod **********83587 Samsung Galaxy A21s markalı telefon üçün ümumilikdə, 615.8 (altı yüz on beş, səksən qəp) manat olmaqla ondan, 486.8 (dörd yüz səksən altı, səksən qəp) manat ödənilməmiş hissə, 129 (yüz iyirmi doqquz) manat dəbbə, cavabdehin cəmi ödədiyi məbləğ 447.5 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsində göstərilmiş ünvan üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 01.09.2020-ci il tarixdə 21132041 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 570 manat olan İMEİ kodu **********23638 olan Samsung Galaxy A41 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 35,50 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 04.08.2020-ci il tarixdə 21053096 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 1523 manat olan LG LED TV Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 82,50 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 03.08.2020-ci il tarixdə 21053132 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 525,60 manat olan İMEİ kodu **********83587 olan Samsung Galaxy A21s markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 43,80 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 01.09.2020-ci il tarixli müqavilə üzrə 282 manat ödənilməmiş hissə və 63 manat dəbbə borcu, 04.08.2020-ci il tarixli müqavilə üzrə 1402,30 manat ödənilməmiş hissə, 246 manat dəbbə borcu, 03.08.2020-ci il tarixli müqavilə üzrə 486,80 manat ödənilməmiş hissə, 129 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan cavabdehə ünvanlanmış 01.04.2021-ci il tarixli pretenziyadan görünür ki, borcun ödənilmədiyi təqdirdə borcun ödənilməsi barədə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X3 arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdehə məişət əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, 2171,10 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 2171,10 manat məbləğində əsas borca münasibətdə X1 438 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 iddiaçının xeyrinə 40 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 01.09.2020-ci il tarixdə 21132041 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 282 manat ödənilməmiş hissə, 6 manat cərimə, 04.08.2020-ci il tarixdə 21053096 saylı alqı-satqı müqaviləsinə əsasən 1402,30 manat ödənilməmiş hissə, 21 manat cərimə, 03.08.2020-ci il tarixdə 21053132 saylı alqı-satqı müqaviləsinə əsasən 486,80 manat ödənilməmiş hissə, 13 manat cərimə, ümumilikdə 2609,10 manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 01.09.2020-ci il tarixdə 21132041 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 282 manat ödənilməmiş hissə, 6 manat cərimə, 04.08.2020-ci il tarixdə 21053096 saylı alqı-satqı müqaviləsinə əsasən 1402,30 manat ödənilməmiş hissə, 21 manat cərimə, 03.08.2020-ci il tarixdə 21053132 saylı alqı-satqı müqaviləsinə əsasən 486,80 manat ödənilməmiş hissə, 13 manat cərimə, ümumilikdə 2211,10 manat (iki min iki yüz on bir manat 10 qəpik) və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar