Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-345/2023 30.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ilkin iddiası və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvana Cavabdeh tərəfindən ona (abonent kodu: **********00251) əsassız hesablanmış 12075,84 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı ünvan 1 ünvanında yerləşən evə məxsus qaz sayğacına aktlar tərtib edilməklə əsassız olaraq borc hesablanmışdır. Sözügedən aktlardan heç bir xəbəri olmamışdır və akt onun iştirakı olmadan tərtib edilmişdir və ona heç bir xəbərdarlıq edilməmişdir. Məsələni araşdırdıqda sonradan ona məlum oldu ki, Cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında saycağdan kənar xətt aşkar edilmiş və qaz itkisi kimi qiymətləndirilmişdir. Halbuki o qazdan qeyri qanuni istifadə etməmişdir. Sözügedən aktlar əsasında 12075,84 manat məbləğində qaz borcu hesablanmışdır. Qeyd edir ki, akt tərtib olunmuş mənzildə heç vaxt təbii qazdan qanunsuz istifadə olunmamışdır. Lakin bütün bunlara baxmayaraq əsassız olaraq borc hesablanmış və ümumilikdə 12075,84 manat borc yazılmışdır. Bildirir ki, cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Odur ki, həmin borcun silinməsi barəsində qətnamə qəbul edilməsini xahiş edir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “İddiaçı qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12075,84 manat məbləğində zərərin, və 126,23 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 12202,17 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azəriqaz İB qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu ərazisində "Azəriqaz" İB-nin əməkdaşları tərəfindan Birliyin balans istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Bakı şəh., Xəzər rayonu, Qala qəs., Dəmiryolu küç., ev 25 qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə dəfələrlə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli gələn hal Birliyin əməkdaşları tərəfındən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 197,80 manat, - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat, xx.xx.2021-ci il tarixli 03033889 saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 504,0 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648,0 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648,0 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648,0 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 483,84 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 725,76 manat, cəmi 12075,84 (on iki min yetmiş beş manat 84 qəpik) manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə edilir). Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 12075,84 (on iki min yetmiş beş manat 84 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bır ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı ilkin iddianı müdafiə edərək ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı Cavabdeh İB-nin nümayəndəsi X3 qarşılıqlı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, iddia ərizəsində göstərilən aktlar həqiqətə uyğundur, belə ki, aktlara əlavə edilmiş fotoşəkillərdən aydın görünür ki, aktlar məhz İddiaçı aid ünvanda baş vermiş pozuntulara əsasən yazılmışdır. Odur ki, məhkəmədən qarşılıqlı iddia tələbinin təmin, ilk iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddialar aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00251 sayla qeydiyyata alınmış abonent koduna (abonent İddiaçı) cəmi 12075,84 manat zərər hesablanmışdır. İş materiallarından görünür ki, olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətlərindən görünür ki, İddiaçı Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 199,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat məbləğində, cəmi 3420 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan paylayıcı Cavabdeh Bakı X4 Departamenti ilə istehlakçı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixində AKX-04966xx/xx-2022 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan ********** nömrəli, xx.xx.2022-ci il tarixli X2 mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən 126,23 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı aktlar tərtib edilmiş, iddiaçıya 12075,84 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı təbii qaz xəttinə qanunsuz qoşulması və təbii qazdan qanuni istifadə etməsi, bunun nəticəsində Cavabdehnə 3420 manat məbləğində borcunun yaranması yuxarıda göstərilən aktlar əsasında öz təsdiqini tapmışdır. İddiaçı iddia tələbində və Cavabdeh qarşılıqlı iddia tələbində göstərilən digər aktlar əsasında İddiaçı hesablanmış 8655,84 manat məbləğində borc və həmin borcun hansı qaydada hesablanması iş materialları ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinəəsasən qazpaylayıcı şəbəkəyəqanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədənayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı aktları İddiaçı qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən sübut kimi qəbul etməklə hesab edir ki, ilkin iddia həmin hissədə təmin edilməməli, qarşılıqlı iddia isə həmin hissədə təmin edilməlidir. Belə ki, yuxarıda göstərilən aktlar İddiaçı təbii qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan qanunsuz istifadə etməsini təsdiq etdiyinə görə İddiaçı 12075,84 manat məbləğində borcun silinməsi tələbi 3420 manat hissədə təmin edilməməlidir. Cavabdeh 12075,84 manat borcun İddiaçı alınaraq Cavabdehnə ödənilməsi tələbi yuxarıda göstərilən hissədə təmin edilməlir. İddiaçı hesablanmış 8655,84 manat məbləğində borc və həmin borcun hansı qaydada hesablanması iş materialları ilə təsdiq edilmədiyindən məhkəmə hesab edir ki, İddiaçı 12075,84 manat məbləğində borcun silinməsi tələbi 8655,84 manat hissədə qismən təmin edilməli, Cavabdeh 12075,84 manat borcun İddiaçı alınaraq Cavabdehnə ödənilməsi tələbi həmin hissədə təmin edilməməlidir. Çünki Cavabdeh tərəfindən İddiaçı aktlarla hesablanmış borc məbləğindən əlavə 8655,84 manat borcun hansı dövrə və hansı səbəbə hesablanmış borc olduğuna dair məhkəməyə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********00251) hesablanmış 8655,84 manat məbləğində borc silinməli, İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 3420 manat pul tutularaq iddiaçı Cavabdehnə ödənilməli, ilkin və qarşılıqlı iddianın təmin edilmiş hissəsinə mütanəsib olaraq (126,23x3420/12075,84) Cavabdeh tərəfindən ödənilmiş 35,74 manat dövlət rüsumu İddiaçı tutulub Cavabdehnə ödənilməli, ilkin və qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin və qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********00251) hesablanmış 8655,84 (səkkiz min altı yüz əlli beş manat, səksən dörd qəpik) manat məbləğində borc silinsin. İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 3420 (üç min dörd yüz iyirmi) manat pul tutularaq iddiaçı Cavabdehnə ödənilsin. Cavabdeh tərəfindən ödənilmiş 35,74 (otuz beş manat, yetmiş dörd qəpik) manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdehnə ödənilsin. İlkin və qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-345/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-345/2023
30.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver