Məhkəmə qərarları › İş №2(003)-3458/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3458/2025

06.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3458/2025 06.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı “miras əmlakının qəbulu faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X1 xx.xx.2014-cü il tarixdə vəfatından sonra ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 311 saylı bağ evindən ibarət miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktın müəyyən edilməsi və tam pay üzrə vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək mərhum X1 xx.xx.2014-cü il tarixdə vəfatından sonra ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 311 saylı bağ evindən ibarət miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında göstərdi ki, sözügedən bağ evi 2014-cü ildən iddiaçının anası X1 mülkiyyətindədir. 2014-cü ildə X2 vəfat etmişdi. 1*88-ci ildə isə onun əri yəni iddiaçının atası X4 vəfat etmişdi. İddiaçı 1*73cü ildə bu evdə doğulmuş və bu günədək bu evdə yaşayır. Cavabdehlər iddiaçının bacılarıdır. Cavabdeh2 1*82-ci ildə ərə getmiş və evi tərk etmişdi. Cavabdeh1 isə 1**3-cü ildə ərə getmiş və evi tərk edib. Hal-hazırda evdə iddiaçı yaşayaraq mirası faktiki olaraq qəbul etmişdi. Cavabdehlər isə mirası faktiki olaraq qəbul etməmişdi. X1 4 qızı 2 oğlu olmuşdu. Onlardan Rəsmiyə 2017-ci ildə, Nazim 2002-ci ildə, Rasim isə 1**4-cü ildə vəfat etmişdi. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında göstərdi ki, iddia tələbini qəbul edir. İddiaçı 1*73-cü ildə bu evdə doğulmuş və bu günədək bu evdə yaşayır. Özü və Mehriban 1**3-cü ildə o evdə yaşamırlar və gəlin kimi köçüblər. Onlar 4 bacı 2 qardaş olmuşlar. Onlardan Rəsmiyə 2017-ci ildə, Nazim 2002-ci ildə, Rasim isə 1**4-cü ildə vəfat etmişdi. Sevda 1*60-cı ildə doğulub, 1*80-ci ildə gəlin köçüb. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəfləri dinləyərək, eləcə də işdə olan sənədləri araşdırmaqla hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilən Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 311 saylı bağ evi xx.xx.2014-cü il tarixdən X1 mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 668487 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində vəfat etmişdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmədə müəyyən olundu ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 311 saylı bağ evi X1 mülkiyyətindədir. X2 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhumun qızı İddiaçı onun birinci növbədən varisidir və anasının ölümündən sonra da həmin ünvanda yaşayır, yəni, faktiki olaraq mirası qəbul etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 311 saylı bağ evindən ibarət miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 311 saylı bağ evindən ibarət miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar