Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3468/2022 15.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evə cavabed tərəfindən ona əsassız hesablanmış 853,2 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Cavabdeh İB ilə aralarında bağlanan 2019cu il tarixli müqaviləyə əsasən ona məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən ünvansız evdə “Smart G-4 İtron gallus ray” tipli qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacının quraşdırılan il qaz sərfiyyatı 40-50 manat civarında olsa belə, 2020-ci ilin noyabr ayında **********31168 saylı hesab nömrəsinə əsasən ona birdən 853,2 manat hesablanmışdır. O, dəfələrlə Azəriqaz İB-yə getsə də, Azəriqaz İB-nin qaynar xəttinə zəng etsə də, həmin borcun hardan və nəyə əsasən yaranma səbəbini öyrənə bilməmişdir. Qeyd edir ki, borcun mövcud olması ilə bağlı akt tərtib edilməmiş və ona rəsmi qaydada təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, yaşadığı evə qaz xətti çəkilmədiyindən 2018-ci ilin axırında cavabdeh Birliyə müraciət etmiş və qaz xəttinin çəkilməsi üçün 350 manat ödəniş etmişdir. Lakin həmin il qaz xətti çəkilməmişdir. Daha sonra 320 manat təkrar ödəniş etmiş və 2019-cu ilin fevral ayınadək qaz xətti çəkilmiş, lakin sayğac quraşdırılmamışdır. O, zaman cavabdehin əməkdaşı şlanq vasitəsilə xəttləri birləşdirərək sayğac quraşdırılanadək qazdan istifadə etməsini bildirmiş və bunun üçün ondan 30 manat pul almışdır. Daha sonra həmin ayda, yəni fevral ayının 19-da ünvanına sayğac quraşdırılmış və onunla müqavilə bağlanmışdır. Bundan sonra o, qazdan yalnız sayğac vasitəsilə istifadə etmişdir. O, qazdan cavabdehin əməkdaşının bildirməsinə görə yalnız, təxminən 15 gün müddətində sayğacdan kənar xətt vasitəsilə istifadə etmişdir. Tərtib edilmiş aktla bağlı heç vaxt məlumatı olmamış və həmin akt onun iştirakı olmadan tərtib edilmişdir. O, cavabdehin əməkdaşının icazəsi ilə həmin xəttdən istifadə etmiş və istifadə etdiyi qazın dəyərini ödəməyə etiraz etmir. Cavabdehin nümayəndəsi Tehran Hacıyev məhkəmə baxışına hazırlıq iclasında iştirak etmiş və iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsilə qazdan istifadə etməsi halı aşkar edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Həmin akt əsasında dəymiş ziyan hesablanmış və cavabdehin abonent hesabına köçürülmüşdür. Məhkəmə baxışı iclasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İstehsalat Biriliyinin Bakı X1 Departamenti ilə istehlakçı İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli 100267 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktın surətindən görünür ki, iddiaçının ünvanına **********9 nömrəli “Smart G-4 İtron” markalı sayğac quraşdırılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə iddiaçının ünvanına quraşdırılmış sayğaca baxış keçirilər zaman qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə olunduğu aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 180 gün müddətində 8532 m3 həcmində dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan abonent saldosundan və “gasrep” hesabdan çıxarışdan görünür ki, iddiaçının **********02762 nömrəli abonent hesabına 2019-cu ilin fevral ayında akt əsasında 853,20 (8532 m3 x 0.10 manat) manat məbləğində borc hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktın olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən aktın tərtib olunmasına əsas olmuş halların, o cümlədən aktda qeyd olunan müddətdə törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh Birlik arasında xx.xx.2019-cu il tarixdə qazın alqı-satqı barədə müvafiq müqavilə bağlanılmış və həmin zaman iddiaçının ünvanına sayğac quraşdırılmışdır. Həmçinin həmin tarixdə iddiaçının ünvanı ilə bağlı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin akt iddiaçının iştirakı və məlumatı olmadan tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında iddiaçı tərəfindən 180 gün müddətində qeyri-qanuni xətt vasitəsilə qazdan istifadə etməsinə görə 8532 m3 həcmində dəymiş ziyan hesablanaraq iddiaçının abonent hesabına 853,2 manat borc hesablanmışdır. Həmçinin işin müəyyən edilmiş hallarından (iddiaçının izahatından və iş materiallarından) görünür ki, iddiaçının ünvanına yalnız 2019-cu ilin fevral ayında qaz xətti çəkilmiş, qaz xətti çəkildikdən dərhal sonra sayğac quraşdırılmamış, sayğac 2019-cu ilin fevral ayının 19-da quraşdırılmışdır. İddiaçı, qaz xətti çəkildikdən sonra sayğac quraşdırılanadək 15 gün müddətində qeyri-qanuni xətt vasitəsilə qazdan istifadə etmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsilə qazdan 15 gün müddətində istifadə olunmuşdur. Odur ki, məhkəmə, xx.xx.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı qismən əsaslı hesab edərək qeyd edir ki, 180 gün müddətində sayğacdan kənar xətt vasitəsilə iddiaçı tərəfindən qazdan istifadə etməsinin müəyyən edilməsi əsassız olmuş və bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Eyni zamadan iddiaçı, həmin xəttin cavabdehin əməkdaşı tərəfindən çəkilməsini bildirsə də, bununla bağlı onun tərəfindən sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında iddiaçının abonent hesabına 853,20 manat məbləğində borcun hesablanması əsassız olmuş və həmin məbləğ iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsilə istifadə etdiyi müddət ərzində dəymiş ziyana mütənasib deyil. Belə ki, iddiaçının etiraf etdiyi 15 gün müddətini nəzərə alındıqda müəyyən olunur ki, iddiaçı həmin müddətdə 711 m3 həcmdə ( 1.2x6x15= 108 m3 (PQ4 üçün) + 1.5x10x15= 225 m3 (QSSQ üçün) + 1.4x18x15= 378 m3 (dəmir soba üçün) ) və 71,1 manat (711 m3 x 0.10 manat) dəyərində qazdan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, işin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsilə 71,1 manat dəyərində qazdan istifadə edilmişdir. Odur ki, iddiaçının abonent hesabına hesablanmış 853,2 manat borcdan 782,1 manat hissəsi silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.1-ci bəndində əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********02762) hesablanmış 853,20 manat borcun 782,1 manat hissəsi silinməli, iddia tələbi qalan hissədə təmin edilməməli və cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********02762) 853,20 manat məbləğində borcun 782,1 manat hissəsi silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3468/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3468/2022
15.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver