Məhkəmə qərarları › İş №2(003)-3499/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3499/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3499/2021 16.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı lizinq obyektlərinin geri alınması və borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - İddiaçı MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyekti olan 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” markalı, 90-P/476 dövlət qeydiyyat nişanlı, XVVBTF69V9H4A032360 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMCnə geri qaytarılması, Cavabdeh 03 iyul 2017-ci il tarixli AL-1372 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 iyun 2021-ci il tarixə 1215,82 manat gecikdirilmiş əsas, 31,14 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 120,12 manat dəbbə pulu, cəmi 1367,08 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 03 iyul 2017-ci il tarixli AL-1372 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9HA032360 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X2 illik 15% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 384.15 manat, ümumilikdə isə 18438.60 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18438,60 manatın 13800 manatı əsas məbləğ təşkil edir. 21 oktyabr 2017-ci il tarixdə X2, X5 və İddiaçı MMC arasında AL-1372 (1) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və AL-1372 saylı “Daxili Lizinq” müqaviləsi üzrə A.Cəlilov bütün öhdəlikləri öz üzərinə götürmüş və lizinq obyekti olan “Ravon Nexia R3” markalı, **-PJ- *** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. 09 noyabr 2017-ci il tarixdə X5, X8 və İddiaçı MMC arasında AL-1372 (2) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və AL-1372 saylı “Daxili Lizinq” müqaviləsi üzrə A.Lətfov bütün öhdəlikləri öz üzərinə götürmüş və lizinq obyekti olan “Ravon Nexia R3” markalı, **-PJ- *** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə va sahibliyinə verilmişdir. 18 dekabr 2017-ci il tarixdə X4, Novruzov Məmməd-Əli Məmməd oğlu və İddiaçı MMC arasında AL-1372 (3) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və AL-1372 saylı “Daxili Lizinq” müqaviləsi üzrə M.Novnuzov bütün öhdəlikləri öz üzərinə götürmüş və lizinq obyekti olan “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. 27 aprel 2018-ci il tarixdə Novruzov Məmməd-Əli Məmməd oğlu, X3 və İddiaçı MMC arasında CAR-1372 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və AL-1372 saylı “Daxili Lizinq” müqaviləsi üzrə E.Baxşıyev bütün öhdəlikləri öz üzərinə götürmüş və lizinq obyekti olan “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. 30 aprel 2018-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında CAR-1372 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və AL-1372 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüş və lizinq obyekti olan “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh CAR-1372 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 22 iyun 2021-ci il tarixə ümumilikdə 1367.08 manat borcu yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə X2 arasında bağlanmış 03 iyul 2017-ci il tarixli AL-1372 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9HA032360 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarından görünür ki, X2, X5 və İddiaçı MMC arasında bağlanmış 21 oktyabr 2017-ci il tarixli AL-1372 (1) saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və AL-1372 saylı “Daxili Lizinq” müqaviləsi üzrə A.Cəlilov bütün öhdəlikləri öz üzərinə götürmüş və lizinq obyekti olan “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. İş materiallarından görünür ki, X5, X8 və İddiaçı MMC arasında bağlanmış 09 noyabr 2017-ci il tarixli AL-1372 (2) saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və AL-1372 saylı “Daxili Lizinq” müqaviləsi üzrə A.Lətfov bütün öhdəlikləri öz üzərinə götürmüş və lizinq obyekti olan “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə va sahibliyinə verilmişdir. İş materiallarından görünür ki, X4, Novruzov Məmməd-Əli Məmməd oğlu və İddiaçı MMC arasında 18 dekabr 2017-ci il tarixli AL-1372 (3) saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və AL-1372 saylı “Daxili Lizinq” müqaviləsi üzrə M.Novnuzov bütün öhdəlikləri öz üzərinə götürmüş və lizinq obyekti olan “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. İş materiallarından görünür ki, Novruzov Məmməd-Əli Məmməd oğlu, X3 və İddiaçı MMC arasında 27 aprel 2018-ci il tarixli CAR-1372 saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və AL-1372 saylı “Daxili Lizinq” müqaviləsi üzrə E.Baxşıyev bütün öhdəlikləri öz üzərinə götürmüş və lizinq obyekti olan “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. İş materiallarından görünür ki, X3, Cavabdeh və İddiaçı MMC arasında 30 aprel 2018-ci il tarixli CAR-1372 saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və AL-1372 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüş və lizinq obyekti olan “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 31.08.2021-ci il tarixli 427 nömrəli arayışdan görünür ki, borclu Cavabdeh 03.07.2017-ci il tarixli AL-1372 saylı “Daxili Lizinq” müqaviləsi üzrə 22.06.2021-ci il tarixə 1215,82 manat əsas borcu, 31,14 manat mükafat borcu, 120,12 manat dəbbə borcu olmaqla cəmi 1367,08 manat borcu vardır. İş materiallarında olan 30.04.2018-ci il tarixli təhvil-təslim aktı əsasında lizinq obyekti olan “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1 maddəsinə əsasən lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2 maddəsinə görə lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 747-5.2 maddəsinə əsasən lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Həmin Məcəllənin 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-2.1-ci bəndinə görə lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Maddənin 2-ci bəndinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Maddənin 3-ci bəndinə görə lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 03 iyul 2017-ci il tarixli AL-1372 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9HA032360 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X2 illik 15% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 384.15 manat, ümumilikdə isə 18438.60 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə həmçinin müəyyən etdi ki, lizinq verən İddiaçı MMC və lizinq alan arasında bağlanmış olan 21 oktyabr 2017-ci il tarixli AL-1372 (1) saylı, 09 noyabr 2017-ci il tarixli AL- 1372 (2) saylı, 18 dekabr 2017-ci il tarixli AL-1372 (3) saylı, 27 aprel 2018-ci il tarixli CAR-1372 saylı, 30 aprel 2018-ci il tarixli CAR-1372 saylı “öhdəliklərin ötürürülməsi” müqavilələri üzrə lizinq obyekti olan “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Məhkəmə eyni zamanda müəyyən etdi ki, daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh CAR-1372 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 22 iyun 2021-ci il tarixə ümumilikdə 1367.08 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, lizinq alan tərəfindən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməməsi ilə əlaqədar olaraq, lizinq verənin özünə məxsus əmlakın başqasının sahibliyindən tələb etmək, eləcə də borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Bununla bərabər məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən cavabdehlərə qarşı tənasübsüz surətdə yüksək məbləğdə cərimə ödənilməsinə dair tələb irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək məbləğdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunverici cərimənin azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiada nəzərdə tutulan cərimə azaldılmalıdır. “İnsan Hüquqlarının və X1 Haqqında” Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnun təsbit olunduğu 6-cı maddəsi ilə nəzərdə tutulmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işin ədalətli araşdırması hüququna malikdir. Beynəlxalq hüququn bu normasında nəzərdə tutulan şəxsin ədalətli məhkəmə araşdırması hüququnun mənasına görə məhkəmə qərarı ədalət anlayışına cavab verən olmalıdır. Məhkəmə iddiaçı təşkilatın cərimə kimi tələb etdiyi məbləğin 15 manatının cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməsini ağlabatan və ədalətli hesab edir. Belə ki, iddiaçı təşkilatın tələb etdiyi adi mülki dövriyyə şəraitində əldə etdiyi gəlirlərin faizlər şəklində ona məhkəmədə yönəldilməsinin təmin olunması qənaətinə gəlmişdir. Ona görə də cərimə kimi hesablanmış 120,12 manatın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 467-ci maddəsinə əsasən yuxarıda qeyd olunan miqdarda azaldılması tərəflər arasında olan mütənasibsizliyi aradan qaldırılmaqla işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh müqavilə üzrə öhdəlikləri lazımınca icra etmədiyindən iddia qismən təmin edilməli, “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alan Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılmalı və 03.07.2017-ci il tarixli AL-1372 saylı daxili lizinq müqaviləsi üzrə yaranmış 1215,82 manat məbləğində əsas borc, 31,14 manat məbləğində mükafat borcu və 15 manat məbləğində cərimə olmaqla, cəmi 1261,96 manat məbləğində borc Cavabdeh İddiaçı MMCnin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 09.07.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı, XWBTF69V9HA032360 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh alınaraq İddiaçınə qaytarılsın. Cavabdeh 03.07.2017-ci il tarixli AL-1372 saylı daxili lizinq müqaviləsi üzrə yaranmış 1215,82 manat məbləğində əsas borc, 31,14 manat məbləğində mükafat borcu və 15 manat məbləğində cərimə olmaqla, cəmi 1261,96 manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar