Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-351/2021 31.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh, X2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəzər Rayon İcra Hakimiyyətinə qarşı qanunsuz quraşdırılmış darvazanın sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəzər Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Cəlilov küçəsində 0.075 ha torpaq sahəsinin gediş-gəliş yolunda cavabdeh tərəfindən quraşdırılmış dəmir darvazanın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X1 şifahi vəsatətinə əsasən, məhkəmə tərəfindən X5 cavabdeh qismində işə cəlb olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Cəlilov küçəsində 0.075 ha torpaq sahəsi 17 may 2006-cı il tarixdən onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi dörd tərəfdən hasara alınmış və ev tikilmişdir. Torpaq sahəsindən yola çıxışına cavabdeh tərəfindən maneə yaradılmış və yola darvaza qoyularaq gediş-gəliş yolu zəbt olunmuş və o, mülkiyyətində olan sahədən yola çıxmaqdan məhrum olmuşdur. Dəfələrlə cavabdehə müraciət edərək yola qoyulmuş darvazanın götürülməsini tələb etsə də, cavabdeh öz qanunsuz hərəkətlərini davam etdirməkdədir. Bununla bağlı olaraq Xəzər Rayon İcra Hakimiyyətinin Başçısının Mərdəkan qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət etsə də, küçəyə yolunun açılmasından imtina edilmişdir. Qeyd olunanlara əsasən, mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Cəlilov küçəsində 0.075 ha torpaq sahəsinin gediş-gəliş yolunda cavabdeh tərəfindən quraşdırılmış dəmir darvazanın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, o, 20 ildir mübahisəli darvazanın yerləşdiyi ərazidə yaşayır. İddiaçı ilə onlar ayrı-ayrı küçələrdə yaşayırlar. Həmin darvaza 20 ildir ki, oradadır və iddiaçıya heç bir maneəsi yoxdur, Şüşən xanımın qapısı fərqli yerə açılır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən MH ******* saylı 17.05.2006-cı il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.075 ha torpaq sahəsi İddiaçı mülkiyyətidədir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1993-cü il tarixli 290/9 saylı sərəncamının surətindən görünür ki, X3 Mərdəkan qəsəbəsində M\740 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.m. torpaq sahəsi ayrılmışdır. İşin ədalətli araşdırılması məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1993-cü il tarixli sərəncamı ilə X3 Mərdəkan qəsəbəsində M/740 nömrəli sahədə ayrılmış 750 kv.m. torpaq sahəsinin və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Cəlilov küçəsində yerləşən 0.075 ha torpaq sahəsinin faktiki vəziyyətinin üst-üstə düşübdüşməməsi; mübahisəli darvazanın tərəflərin sahibliyində olan torpaq sahələrinin hər hansı birinin daxilində yerləşib-yerləşməməsi; mübahisəli darvazanın iddiaçının öz torpaq sahəsinə girişinə və çıxışına, həmçinin iddiaçının və digər şəxslərin ümumi istifadədə olan yoldan istifadəsinə maneə törətməsi; həmin dəmir darvazanın quraşdırılmasının tikinti norma və qaydalarına uyğun olub-olmaması məsələsi qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26 aprel 2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1993-cü il tarixli sərəncamı ilə X3 Mərdəkan qəsəbəsində M/740 nömrəli sahədə ayrılmış 750 kv.m. torpaq sahəsinin və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Cəlilov küçəsində yerləşən 0.075 ha torpaq sahəsinin koordinantları (plan-ölçü sənədi) təqdim edilmədiyindən və elektron bazada aşkar olunmadığından qərardadda qoyulan sualların cavablandırılması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/52 nömrəli, 26 aprel 2021-ci il tarixli məktubundan görünür ki, tədqiqat obyektinə dair mütəxəssis rəyi Mərkəzə təqdim olunmadığından, ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Göründüyü kimi, hazırkı iddia üzrə mübahisənin ətraflı araşdırılması xüsusi bilik tələb etdiyindən ekspertiza təyin edilmiş, ekspert və mütəxəssis rəyindən görünür ki, tərəflərə məxsus torpaq sahələrinin plan-ölçü sənədləri elektron bazada aşkar olunmadığından mübahisəli darvazanın onlardan hər hansı birinin ərazisini zəbt etməsi, habelə iddiaçının və ya başqa şəxslərin torpaq sahəsindən istifadəsinə maneə törətməsini müəyyən etmək ümumiyyətlə mümkün olmamışdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Cəlilov küçəsində cavabdeh tərəfindən quraşdırılmış dəmir darvazanın cavabdehin hesabına sökülməsi tələbinə dair iş üzrə iddiaçı öz tələbini əsaslandıran, yəni mübahisəli darvazanın torpaq sahəsindən yola çıxışına maneə yaratması, gediş-gəliş yolunun zəbt olunması və mülkiyyətində olan sahədən yola çıxmaqdan məhrum olmasına dair hər hansı əsaslı və mötəbər sübut təqdim etmədiyindən, iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8-ci maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 159-cu maddəsindən görünür ki, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 157.4. maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinin tələbinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh, X2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəzər Rayon İcra Hakimiyyətinə qarşı qanunsuz quraşdırılmış darvazanın sökülməsi tələbinə dair iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəzər Rayon İcra Hakimiyyətinə qarşı qanunsuz quraşdırılmış darvazanın sökülməsi tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-351/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-351/2021
31.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver