Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3522/2024 01.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 108.2 kv.m olan 1 nömrəli fərdi yaşayış evinə və evin yerləşdiyi 0.2034 ha torpaq sahəsinə dair Cavabdeh1 və Cavabdeh2 adına Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2V-260 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli vərəsəlikdə miras payın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə və vərəsəlikdə miras payın bağışlanma müqaviləsi əsasında qeyd olunan fərdi yaşayış evinə və torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi, onların həmin evdə və torpaq sahəsində miras paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə digər tərəflərin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, mülki işlər bir icraatda birləşdirilməklə bir icraatda baxılmalıdır. Belə ki, işin baxılması zamanı müəyyən edildi ki, hazırki iş üzrə Cavabdeh1 iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı5, X4, İddiaçı2, X2, X3 və X1 qarşı “mənzilə hüquqların itirilmiş hesab edilməsi” iddia tələbi ilə bağlı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.Hüseynzadə küçəsi döngə 2, ev 1-də istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin mülki iş 2(003)-3143/2024 nömrəsi ilə məhkəmənin icraatındadır. Elektron məhkəmə informasiya sistemindən görünür ki, həmin iddia ərizəsi xx.xx.2024-cü il tarixində, hazırki iddia ərizəsi isə xx.xx.2023-cü il tarixində məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair 2(003)-3522/2024 saylı mülki işlə, məhkəmənin icraatında olan Cavabdeh1 iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı5, X4, İddiaçı2, X2, X3 və X1 qarşı “mənzilə hüquqların itirilmiş hesab edilməsi” iddia tələbinə dair 2(003)-3143/2024 saylı mülki işin biri-biri ilə əlaqəli olmasını, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı olmasını nəzərə alaraq həmin mülki işlərin bir icraatda birləşdirilməsini daha məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, hər iki mülki iş üzrə tərəflər arasında mübahisə predmeti Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.Hüseynzadə küçəsi döngə 2, ev 1 ilə bağlı olduğundan həmin işlərin bir icraatda birləşdirilməsi və bir icraatda baxılması məqsədəmüvafiqdir. Eyni zamanda 2(003)-3143/2024 saylı mülki iş ilkin olaraq icraata qəbul edildiyindən 2(003)-3522/2024 saylı mülki iş həmin işə birləşdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair 2(003)-3522/2024 saylı mülki iş, Cavabdeh1 iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı5, X4, İddiaçı2, X2, X3 və X1 qarşı “mənzilə hüquqların itirilmiş hesab edilməsi” iddia tələbinə dair 2(003)-3143/2024 saylı mülki işlə bir icraatda birləşdirilməklə 2(003)-3143/2024 saylı mülki iş kimi baxılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-3522/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3522/2024
01.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver