Məhkəmə qərarları › İş №2(003)-3540/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3540/2024

06.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3540/2024 06.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 25 saylı Dövlət Notariat kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, onun əsasında aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və vərəsəlik paylarının müəyyən edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 25 saylı Dövlət Notariat kontoruna qarşı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri 25 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli çıxarışın ləğv edilərək ünvan 1 üzərində xx.xx.2011-ci il təvəllüdlü X27 və xx.xx.2012-ci il təvəllüdlü X5 vərəsəlik hüquqları tanınaraq miras əmlaka dair paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdırlar ki, xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 07 avqust 2006-cı ildə vəfat etmiş X10 vərəsəsi olan nəvəsi Cavabdeh1 ünvan 1 ünvanında yerləşən miras əmlakdan tam pay almışdır. xx.xx.2024-cü il tarixdə isə həmin əmlak cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd etmək lazımdır ki, mübahisəli miras əmlak xx.xx.1991-ci ildə vəfat etmiş X9 məxsus olmuşdur. Cavabdeh1 onun qaynıdır. Cavabdehin qardaşı X33 ilə o, xx.xx.2008-ci il tarixdə nikaha daxil olaraq mübahisəli miras əmlaka gəlin gəlmişdir. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X27 və xx.xx.2012-ci il təvəllüdlü X24 anadan olmuşdur. Onun övladları da miras qoyan X4 vərəsəsidir və onların da həmin miras əmlakda payları vardır. Belə ki, miras qoyan X23 xx.xx.1991-ci ildə vəfat edəndən sonra miras əmlakı faktiki olaraq onun oğlu X41 qəbul etmişdir. X25 vəfatından sonra isə onun oğulları Cavabdeh1 və X33 həmin miras əmlakı faktiki olaraq qəbul edib ona sahiblik etmiş və vərəsəliyi qəbul etmişdir. O, xx.xx.2008-ci il tarixdə miras əmlaka gəlin gələndə və həmin miras əmlakda 2011-ci ildə və 2012-ci ildə X4 və X10 vərəsəsi X11 onun vərəsəsi hesab olunacaq övladlar dünayaya gətirəndə miras əmlak uşaqlarının atası X33 tərəfindən faktiki olaraq sahiblik edilərək miras əmlak kimi qəbul edilmiş, lakin vərəsəlik hüququ rəsmiləşdirilməmişdi. Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X11 boşandıqdan sonra Ramil və onun qardaşı Kamran uşaqları xx.xx.2011-ci il təvəllüdlü X27 və xx.xx.2012-ci il təvəllüdlü Əlizadə Rəhimə Ramil qızını miras əmlak üzrə vərəsəlik və pay hüquqlarından məhrum etmək üçün mirası Cavabdeh1 adına rəsmiləşdirmişlər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X20 iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat kontoru məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş lakin ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələnin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X5 atası X33, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2V-82 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X10 vərəsəsi: ünvan 2 ünvanında qeydiyyatda olan nəvəsi Cavabdeh1 (AZE********, 24:04.2016- Asan5, FİN:1CG2VV91, d/t:xx.xx.1981) və o miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmləşdirmədən vəfat edən X13 xx.xx.1991-ci il tarixdə vəfat etmiş əri X9 məxsus olmuş Daşınmaz Əmlakın “Dövlət Kadastrı və Reyestri Publik Hüquqi” Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********88-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 2 ünvanında "yerləşən ümumi sahəsi 64.5 kv/m-olan fərdi yaşayış evidən-və ümumi-sahəsi 0,01689 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 (yeni qayda ilə: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 64.5 kv/m-olan fərdi yaşayış evidən-və ümumi-sahəsi 0,01689 ha olan torpaq sahəsi xx.xx.2024-cü il tarixdə tam payla Cavabdeh1 adına rəsmləşmişdir. İş materiallarında olan ev dəftərinin surətindən görünür ki, Mərdəkan qəsəbəsi, döngə 1, ev 9 X9 məxsusdur. iş materiallarında olan doğum haqqında şəhadətnamələnin surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh1 atası X41, anası X6r. İş materiallarında olan miras payın bağışlanması müqaviləsinin sürətindən görünür ki, X28, X21, X14 və X33 onlara çatacaq məcburi payı Cavabdeh1 bağışlamışlar. İş materiallarında olan ərizələrin sürətindən görünür ki, X28, X21, X14 və X33, X26, X15, X34, X16, X7 (X1 əvəzindən), X8, X22 xx.xx.1991-ci il tarixdə vəfat etmiş babaları X4 ölümündən sonra qalmış miras əmlakdan onlara düşən vərəsəlik payını qəbul etməmiş, qəbul etmək niyyətlərinin olmadığını və gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaqlarını bildirşlər. Mirası faktiki olaraq idarə etməmişlər və mirasın qəbulu üçün heç bir orqana müraciət etməmişlər. Gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməyəcəklərini bildirmişlər. İş materiallarında olan arayışın surətindən görünür ki, X29 xx.xx.2006-cı il tarixdə vəfat edib, vəfat edənə gədər Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi döngə 1, ev 8 ünvanında yaşamışdır. İş materiallarında olan AZ-İİ № 007873 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan AZ-İİ № 035193 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan AZ-İİ № 069282 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X41 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan AZ-İİ № 816589 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan AZ-İİ № 035193 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı 220698 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edildi ki, Mərdəkan qəsəbəsi, döngə 1, ev 9 X9 məxsus olmuşdur. X23 ilə X29 ilə rəsmi nikaha daxil olmuşlar. X23 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir, X29 isə xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Mərhumun ölümündən sonra ondan ünvan 2 (yeni qayda ilə: ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və ümumisahəsi 0,01689 ha olan torpaq sahəsi miras qalmışdır. xx.xx.2024-cü il tarixli, 2V-82 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən miras əmlakdan Cavabdeh1 tam payı müəyyən edilmişdir. X28, X21, X14 və X33 onlara çatacaq məcburi payı Cavabdeh1 bağışlamışlar və X4 ölümündən sonra qalmış miras əmlakdan vərəsəlik payı tələb etmə hüququna malik olan varislər ərizə əsasında paylarından imtina etmişlər. Bundan sonra cavabdeh miras əmlakı -ünvan 2 (yeni qayda ilə: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 64.5 kv/m-olan fərdi yaşayış evidən-və ümumi-sahəsi 0,01689 ha olan torpaq sahəsi xx.xx.2024-cü il tarixdə tam payla Cavabdeh1 adına rəsmləşmişdir. Hazırda İddiaçı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X27 və xx.xx.2012-ci il təvəllüdlü Əlizadə Rəhimə Ramil qızını miras əmlak üzrə vərəsəlik və pay hüquqlarından məhrum edildiyini iddia edir və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş çıxarışın ləğv edilərək mübahisəli əmlak üzərində xx.xx.2011-ci il təvəllüdlü X27 və xx.xx.2012-ci il təvəllüdlü X5 vərəsəlik hüquqları tanınaraq miras əmlaka dair paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, X23 xx.xx.1991-ci il tarixdə vəfat etdikdən sonra vərəsələri arvadı X29 və övladları olmuşdur. X29 isə xx.xx.2006-cı il tarixdə vəfat etmişdir, onun vərəsələri isə övladları olmuşdur və faktiki olaraq mirası X18 qəbul etmişdir. Göründüyü kimi, mərhum X2 ölümündən sonra ünvan 2 (yeni qayda ilə: ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 0,01689 ha olan torpaq sahəsi miras qalmışdır və mirasdan pay almaq hüququ onların vərəsələrinə keçmişdir. Miras əmlak ünvan 2 (yeni qayda ilə: ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 0,01689 ha olan torpaq sahəsindən ibarətdir və miras əmlakdan Cavabdeh1 tam hissədə payı müəyyən edilmişdir. Bundan sonra cavabdeh miras əmlaka dair pay hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmişdir. İddiaçının tələbi ondan ibarətdir ki, sözügedən miras əmlak barədə vərəsəlik hüququ rəsmiləşdirilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, miras əmlakı üzrə paylar düzgün müəyyən edilməmişdir və onun övladları paydan məhrum olmuşlar. Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Həm iddia ərizəsinin məzmunundan, həm izahatlardan müəyyən edilən odur ki, iddiaçı uşaqlarının məcburi pay hüququnun olduğunu əsas gətirərək hazırki iddia tələbini irəli sürmüşdür. Məhkəmə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi dəlillərə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, mübahisəli əmlak tam payla Cavabdeh1 mülkiyyətinə verilmiş və iddiaçının övladlarının həmin əmlak üzərində məcburi pay hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1193-cü maddəsində göstərilən vəsiyyət edənin sağ olan vərəsələrinin məcburi pay hüququ mirasın açıldığı andan etibarən yarandığından, həmin pay hüququ, bir vərəsəlik payı kimi, onların əmlakına miras qoyanın öldüyü gün və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gündən etibarən vərəsəlik qaydasında keçir. Göründüyü kimi, vərəsənin (vərəsələrin), o cümlədən məcburi pay üzrə vərəsənin (vərəsələrin) vərəsəlik hüquqları miras əmlakın bölüşdürüldüyü andan deyil, mirasın açıldıgı andan yaranır. Qeyd olunmalıdır ki, miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir. Məhz bu halda, mirasın açıldığı andan mirasda məcburi pay almaq hüququ olan şəxsin (şəxslərin) vəsiyyətnamə üzrə vərəsədən (vərəsələrdən) məcburi payın ödənilməsini tələb etmək hüququ yaranır və vəsiyyətnamə üzrə miras payı almış bütün vərəsələr həmin məcburi payı ödəməyə borcludurlar. Belə ki, Mülki Məcəllənin 1194-cü maddəsinə müvafiq olaraq məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Göstərilənlərdən belə nəticəyə gəlinir ki, Mülki Məcəllənin 1193-cü maddəsində müəyyən edilmiş mirasda məcburi pay almaq hüququ olan şəxslərdən miras açıldığı an sağ olmuş, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölmüş şəxsin bu hüququ qanun və ya vəsiyyət üzrə vərəsələrinə keçir. Miras açıldığı andan sonra məcburi pay hüququ olan şəxs öldükdə, onun vərəsəsi (vərəsələri) vəsiyyətnamə üzrə miras qoyanın məcburi vərəsəsi statusunda deyil, yalnız məcburi pay hüququna malik olmuş şəxsin vərəsəsi kimi tələb etmək hüququnu əldə edir. Belə ki, miras qoyan (vəsiyyət edən) öldüyü vaxt məcburi pay almaq hüququ olan şəxs sağ olduğuna görə, həmin hüquq onun əmlakının aktivində əmlak hüququ kimi yaranmış olur. Bununla yanaşı, Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi pay vərəsəlik qaydasında keçdiyindən, həmin Məcəllənin 1159.1-ci maddəsində müəyyən edilmiş birinci növbə vərəsələrdən digər ailə üzvləri, həmçinin vəsiyyət edənlə qohumluq əlaqəsi olmayan şəxslər də məcburi payı tələb etmək hüququna malik ola bilərlər. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Mülki Məcəllənin 1194-cü maddəsinin “Bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur. Belə ki, iddiaçının və ovladlarının həmin əmlaka məcburi pay hüququ yalnız Əliyev Ramil ölmüş olması zamanı olardı. İddiaçının keçmiş əri Əliyev Ramil miras açıldığı an sağ olduğu üçün və hüququ vərəsəlik qaydasında hüququnu özü hayata keçirərək, ona çatacaq məcburi payı qardaşı Cavabdeh1 bağışlamışdır. Beləliklə iddiaçının və ovladlarının həmin əmlaka ümumiyyətlə məcburi pay hüququ yaranmamış, yaranmadığından da olmayan hüququn bərpa edilməsindən də söhbət gedə bilməz. Göründüyü kimi, vəsiyyət edənin nəvəsi birbaşa olaraq məcburi pay hüququna malik deyildir, nəvə yalnız məcburi payı tələb etmək hüququ olan valideyni miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, bu hüquq vərəsəliklə ona keçərsə, miras qoyan nənə/babanın əmlakından məcburi pay istəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz numayış etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı və övladlarının vərəsəlik hüququ olmadığından, həmin şəxsin hazırkı məcburi payın ayrılmasını tələb etmək üçün subyektiv hüququ (vərəsəlik hüququ) mövcud deyildir. İddiaçının məcburi payın müəyyən edilməsi tələbinin əsassızlığı özü-özlüyündə iddianın digər hissələrdə yəni, artıq mirası qəbul etmiş cavabdehin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız sayılması və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli Çıxarışın ləğv edilməsi ilə bağlı tələblər də əsassız sayılmasına səbəb olur. Çünki artıq miras Cavabdeh1 tərəfindən qəbul edilmiş və onun mülkiyyəti hesab edilir. Belə olan halda, iddiaçının mübahisəli evə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyi isə miras əmlaka hər hansı bir hüququ olmayan şəxs tərəfindən başqasının xüsusi mülkiyyətində olan əmlaka dair hər hansı bir tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. Beləliklə də, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 25 saylı Dövlət Notariat kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, onun əsasında aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və vərəsəlik paylarının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 25 saylı Dövlət Notariat kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, onun əsasında aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və vərəsəlik paylarının müəyyən edilməsi” nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar