Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3541/2025 05.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz hesablanmış 8106 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzil (qeyd olunan ünvan Azəriqaz ASC-də ünvan 2mi qeyd olunmuşdur). Həmin mənzil xx.xx.2006-cı ildə iddiaçının mərhum qaynanası X3 və sonuncunun oğlu X8 Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Mənzil Komunal təsərrüfatı birliyi tərəfoindən verilmişdir. Həmin vaxtdan X4, oğlu X11 və iddiaçı mənzil icarədarnın gəlini kimi qeyd olunan mənzildə yaşayır. X4 xx.xx.2019-cu il traixdə, onun oğlu yəni iddiaçının əri X11 xx.xx.2023-cü ildə vəfat etmişlər. Həmin vatxan bəri iddiaçı mənzildə tək olmaqla yaşayır. Mənzildə iddiaçının ailəsi yaşamazdan əvvəl də qaz xətti olmuş və abonentin saldosunda (abonent kodu **********00130) abonentin adı X1 qabaqkı icarədar Anna Tamilyakonun adına olmuş həmçinin abonentin saldosunda mənzilin ünvanı ünvan 3kin əsassız olaraq 8106 manat məbləğində borc hesablanmışdır. Həmin ünvanda qaz ödənişləri tam vaxtında ödənilmiş və hər hansı kənar müdaxilə olmamışdır. Həmin sayğaca bu qədər borcun əsassız hesablanması olduqca böyük çətinliklər yaratmışdır. Sayğacda bu məbləğdə pozuntu halının və yaxud hansı əsasla hesablanması məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut yoxdur.
3. Mülki iş üzrə Cavabdeh xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək, iddiaçının qeyd edilən evdə yaşadığını təsdiq edən heç bir arayışın olmadığını, arayışın abonent saldosunda göstərilən ünvandan fərqli olduğunu, iddiaçı ilə Cavabdeh İB arasında heç bir müqavilə olmadığını, borc məbləğinin idddiaçıya aid olmasını sübut edən heç bir sənədin iddia ərizəsinə əlavə edilmədiyini, həmçinin iddiaçının istehlakçı ilə qohumluq əlaqələrini müəyyən edən sənədlərin iş materiallarına əlavə edilmədiyini bildirmiş və iddiaçının yuxarıda sadalanan səbəblərə görə iddia irəli sürməsinə heç bir subyektiv hüququnun olmamasını qeyd etmişdir. Bun görə də Cavabdeh İB iddia ərizəsinin icraata götürülmədən iddiaçıya geri qaytarılması haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Proses iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, tələbinin təmin olunmasını xahiş etdi. O, həmçinin izahatında özünün yaşadığı ünvanla abonent saldosunda qeyd olunan ünvanın eyni olduğunu, özünün həmin ünvanda yaşaması ilə bağlı məhkəməyə sübut təqdim etdiyini, hazırda yaşadığı evin əvvəlcə qaynanasının olduğunu, daha sonra qaynanası X2 xx.xx.2019-cu il tarixdə vəfat etdiyini, bundan bir müddət sonra xx.xx.2023-cü il tarixdə həyat yoldaşı X7 vəfat etdiyini, hazırda ünvan 4iryol dayanacağı ev 1 ünvanında yerləşən 3 nömrəli mənzil ünvanında özünün 2 uşağı ilə birlikdə yaşadığını, cavabdehlə arasında qazın alqı-satqısına dair müqavilə imzaladığını, abonent saldosunda qeyd olunan istehlakçının qaynanasından əvvəl olan istehlakçı olduğunu, ərinin qaynanasının yeganə vərəsəsiolduğunu, qeyd olunan ünvanda heç bir zaman qazdan qanunsuz olaraq istifadə edilmədiyini, bu səbəbdən akt əsasında hesablanmış borc məbləğinin əsassız olduğunu bidlirmişdir.
5. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasına gəlməsini təmin etməmiş və cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim edilməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
6. xx.xx.2006-cı il tarixli, 002720 nömrəli xüsusi orderdən görünür ki, Əzizbəyov rayonu, Zirə qəsbəsi, Dəmiryol dayanacağı ev 1 ünvanında yerləşən 3 nömrəli mənzil Əzizbəyov MKTB tərəfindən X3 verilmişdir.
7. AZ-İ seriyalı 363302 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2009-cu il tarixdə ölmüşdür.
8. AZ-İ seriyalı 306364 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X11 ilə X6 arasında xx.xx.2007-ci il tarixində Bakı Şəhəri Əzizbəyov rayon VVADQ şöbəsi 347 nömrəli akt qeydi ilə nikah bağlanmış və nikahdan sonra ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir.
9. Bakı şəhəri 33 saylı Dövlət Notariat Kontorunun xx.xx.2013-cü il tarixli, 107 nömrəli məktubundan görünür ki, X11 mərhum anası X2 vərəsəsi olması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmişdir. 10.Cavabdeh İB ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 03-1308 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”ndən görünür ki, həmin müqavilədə istehlakçı olaraq Tamilyoko Anna göstərilsə də, müqaviləni istehlakçı qismində İddiaçı imzalamışdır. Bu müqaviləyəs əsasən, Cavabdeh müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürür.
11. 30.12.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı Xəzər rayonu, Zirə qəsəbəsi, Dəmiryol küçəsi ünvanında yerləşən ona məxsus yaşayış sahəsinin qaz xətti üzərində quraşdırılmış 40010779 nömrəli qaz sayğacının sayğac qutusuna baxış keçirilməsi barədə ilə bağlı Cavabdehnə müraciətetmişdir. 12.01.12.2025-ci il tarixində çap olunmuş Abonent saldosundan görünür ki, abonent Tamilyako Anna, abonent kodu **********00130, ünvan ünvan 5779, quraşdırılma tarixi xx.xx.2020-ci il və həmin abonent koduna 07/2025-cü il tarixinə akt əsasında 7436.7 manat olmaqla, ümumilikdə 8106.5 manat məbləğində borc hesablanmışdır. 13.xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, həmin tarixdə **********00130 nömrəli sayğac quraşdırılmış, yeni sayğac quraşdırılarkən köhnə sayğac aşkarlanmamışdır. Həmin akt istehlakçının nümayəndəsi olaraq İddiaçı tərəfindən imzalanmışdır. 14.AZ-İİ seriyalı 344392 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə ölmüşdür. 15."xxxx" ASC-nin bildiriş xəbərdarlığından görünür ki, ünvan 6 ünvanı üzrə istehlakçı İddiaçıdır. 16.Zirə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2025-ci il tarixli, 725 nömrəli arayışından görünür ki, İddiaçı 2007-ci ildən mərhum yoldaşı X11 ilə rəsmi nikah bağlandığı gündən etibarən, övladları X9 və X15 ilə birlikdə bu günə qədər Xəzər rayonu, Zirə qəsəbəsi, Dəmiryol Stansiyası ərazisində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
18. Mülki Məcəllənin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
19. Mülki Məcəllənin 1096.1-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
21. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. - 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. - 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Məhkəmənin möqeyi:
23. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
24. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı istifadəsində olan qaz sayğacı vasitəsilə qeyri-qanuni təbii qazdan istifadə etmədiyini, bu səbəbdən Cavabdeh tərəfindən **********00130 nömrəli abonent saldosuna əsassız olaraq 8106 manat məbləğində borcun əlavə edildiyini və bu səbəbdən hesablanmış əsassız borcun abonent saldosundan silinməsini xahiş edir. Cavabdeh isə məhkəmə etiraz ərizəsi təqdim edərək, iddiaçının qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığını, həmçinin abonent saldosunun iddiaçının adına olmadığını qeyd edərək, iddia tələbinin icraatdan çıxarılmasını xahiş etmişdir.
25. Məhkəmə cavabdeh qurumun etiraz ərizəsinə münasibətdə qeyd edir ki, **********00130 nömrəli abonent saldosu üzrə istehlakçı Tamilyako Annadır. Həmin istehlakçı isə iddiaçının yaşadığı evdə qaynanasından əvvəl mülkiyyətçi olmuş şəxsdir və Tamilyako Anna xx.xx.2006-cı ildən bəri həmin ünvanda yaşamır. xx.xx.2006-cı il tarixdən etibarən ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının qaynanasının mülkiyyətində, onun vəfatından sonra isə X2 oğlu X7 mülkiyyətində olmmuşdur. Hazırkı mülki iş üzrə iddiaçı olan İddiaçı isə mərhum X7 arvadıdır. Yuxarıda qeyd olunan hallar və iddiaçının abonent saldosu üzrə qeyd olunmuş ünvanda yaşaması faktı iş materiallarına əlavə olunmuş sübutlar və iddiaçının izahatı ilə öz təsdiqini tapmışdır. Bu səbəblə də məhkəmə qeyd edir ki, Cavabdeh etiraz ərizəsində qeyd etmiş olduğu dəlillər əsassızdır və iddiaçının iddia tələbinə mahiyyəti üzrə baxılmamlıdır.
26. Prosessual qanunvericiliyin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıdır. (MPM 14.2, 77.1) Məhkəmə qeyd edir ki, hazırki mübahisə predmetini borcun silinməsi təşkil etdiyindən, ilk növbədə həmin borcun (zərərin) hesablanmasına əsas olan hallara, bu halları təsdiq edən aktların qanuniliyinə və eləcə də bu halların baş verməsində iddiaçının təqsirliliyi məsələsinə hüquqi qiymət verilməlidir. Bu mənada borcun cavabdeh tərəfindən tərtib edilmiş müvafiq akt əsasında hesablandığını nəzərə alaraq məhkəmə hesab edir ki, qəbul etdiyi aktın qanuniliyini, o cümlədən həmin aktda qeyd edilmiş qüsurları və həmin qüsurların yaranmasında iddiaçının təqsirini, habelə hesablanmış borcun məbləğinin əsaslılığını və qanuniliyini sübutetmə yükü aktı qəbul etmiş orqanın, yəni Cavabdeh üzərinə düşür.
27. Belə ki, qanunvericiliyin imperativ tələbinə uyğun olaraq müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qaz qurğulаrına və qazpaylayıcı şəbəkəyə 6 аydа bir dəfədən az olmayaraq texniki baxış keçirməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmçinin qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Lakin Cavabdeh İB tərəfindən iş materiallarına qanunvericiliklə müəyyən edilmiş sənədlər əlavə edilməmiş, yalnız hazırkı mülkiiş üzrə məhkəməyə etiraz ərizəsi təqdim olunmuşdur. Həmin etiraz ərizəsi isə mülki işin hər hansı faktiki halını sübuta yetirən sübut olaraq məhkəmə tərəfindən qiymətlindirilə bilməz. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, qanunsuz hesablanmış borcun silinməsi ilə bağlı iddia tələbi, akt əsasında hesablanmış borca münəsibətdə əsaslı olduğundan təmin edilməli və borcun akt əsasında hesablanmış 7436.7 manat məbləğində hissəsi silinməlidir.
28. Məhkəmə Cavabdeh İB tərəfindən abonent saldosuna daxil edilmiş debitor borca münasibətdə qeyd edir ki, mülki işin materialları əsasında və iddiaçının izahatı əsasında İddiaçı **********00130 nömrəli abonent saldosuna malik qaz sayğacından istifadə etməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin iddiaçı özü də debitor borcla bağlı məbləği mübahisələndirmədiyini izahatında etiraf etmişdir. Bu səbəbdən məhkəmə qeyd edir ki, qanunsuz hesablanmış borcun silinməsi ilə bağlı iddia tələbi debitor borca münasibətdə təmin edilməməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
30. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azəriqaz” İB tərəfindən **********00130 nömrəli abonent saldosuna (ünvan: ünvan 8lanmış 7436.7 AZN (yeddi min dörd yüz otuz altı manat yetmiş qəpik) məbləğində borc silinməlidir.
31. Bununla yanaşı, MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Ona görə məhkəmə xərclərinə daxil olan ödənilməmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırkı iddia tələbi istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlıdır və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Hazırkı iddia tələbi qismən edildiyinə və iddia tələbinin təmin edilən hissəsinin qiyməti 7436.7 (yeddi min dörd yüz otuz altı manat yetmiş qəpik) təşkil edir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi nəzərə alınaraq ödənilməli olan 94.37 (doxsan dörd manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən **********00130 nömrəli abonent saldosuna (ünvan: ünvan 8lanmış 7436.7 AZN (yeddi min dörd yüz otuz altı manat yetmiş qəpik) məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilməmiş 94.37 AZN (doxsan dörd manat otuz yeddi qəpik)dövlət rüsumunun məbləği Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov