Məhkəmə qərarları › İş №2(003)-3560/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3560/2021

19.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3560/2021 19.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Böyük Şor 29 ünvanda yerləşən Bakı şəhəri, Ayaqqabı hissələri Fabrikinin Bağçılıq Cəmiyyətinin üzvlərinin 23.09.1987-ci il tarixli 24 nömrəli protokoluna və eyni tarixdə qeydə alınmış qərara əsasən həmin Cəmiyyətin bağlarından sahəsi 500 kv.m olan 24 nömrəli bağ sahəsinin Ərizəçi Tağı oğlunun daimi istifadəsinə verilməsinə dair “Bağçının üzvlük kitabçası”nın AA******* nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan xx.xx.1948-ci il tarixdə doğulmuş Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Böyük Şor 29 ünvanında yerləşən Bakı şəhəri X1 işləyərkən Bağçılıq Cəmiyyətinə 17.09.1987-ci il tarixdə üzv qəbul olunmuşdur. Cəmiyyətin üzvlərinin 23.09.1987-ci il tarixli 24 nömrəli protokoluna və eyni tarixdə qeydə alınmış qərara əsasən həmin Cəmiyyətin Bakı şəhəri, Əzizbəyov rayonu, Zirə qəsəbəsində yerləşən bağlarından 500 kv.m olan 24 saylı bağ sahəsi daimi istifadə etmək üçün ona verilmişdir. Bununla əlaqədar ona “Bağçının üzvlük kitabçası və “situasiya planı” verilmişdir. Lakin, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi 27.07.2021-ci il tarixdə ona imtina məktubu ünvanlayaraq bildirilmişdir ki, bağ sahəsinə dair üzvlük kitabşasında ata adı “Tağı” kimi qeyd edilsədə şəxsiyyət vəsiqənidə “Taha” kimi qeyd edilmişdir. Həmçinin idarənin arxivində olan siyahıda hüquq sahibinin ata adı qeyd edilməmişdir. Bildirmək istəmişdir ki, bağçının üzvlük kitabçasına ata adında olan texniki səhvi düzəltmək və ya yeni sənəd almaq başqa qaydada mümkün deyil. Belə ki, halhazırda nə bağçılıq cəmiyyəti, nədə ki, Bağlar Təsərrüfatı İdarəsi mövcud deyil. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bağçının üzvlük kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi Taği oğlu 17.09.1977-ci il tarixdə Bakı şəhəri X1 Bağçılıq Cəmiyyətinə üzv qəbul edilmiş, ona Bakı Böyükşor 29 Bağçılıq Cəmiyyəti bağından sahəsi 500 kv.m olan 24 saylı bağ sahəsi 23.09.1987-ci il tarixdə daimi istifadəsinə verilmişdir. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1948-ci il tarixdə doğulmuşdur. Göründüyü kimi, Bağçının üzvlük kitabçasında üzv qəbul edilmiş şəxs «Ərizəçi Taği oğlu» göstərilsə də, şəxsiyyət vəsiqəsində ərizəçi «Ərizəçi» kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair həmin sənədin atasına məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə həmin torpaq sahəsinə dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bağçılıq Cəmiyyəti üzvlərinin 23.09.1987-ci il tarixli 24 saylı protokoluna əsasən 17.09.1977-ci il tarixdə Ərizəçi Taği oğluna verilmiş “Bağçının üzvlük kitabçası”nın Ərizəçi aid olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bağçılıq Cəmiyyəti üzvlərinin 23.09.1987-ci il tarixli 24 saylı protokoluna əsasən 17.09.1977-ci il tarixdə Ərizəçi Taği oğluna verilmiş “Bağçının üzvlük kitabçası”nın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar