Məhkəmə qərarları › İş №2(003)-3585/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3585/2024

10.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3585/2024 10.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən bağlanmış xx.xx.2010-cu il tarixli 164 saylı nikah qeydinin pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə rəsmi qaydada xx.xx.2010-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikah dövründə 1 uşaqları doğulmuşdur: xx.xx.2017-ci il təvəllüdlü X2. Cavabdehlə ailə həyatı qurduqdan sonra münasibətləri bir müddət normal olmuşdur. Lakin, sonradan onunla münasibətləri pozulmuş, bu səbəbdən o, nikahı pozmaq qərarına gəlmişdir. Nikahın pozulması fikrində qətidir. Hesab edir ki, nikahları formal xarakter daşıyır. Cavabdehlə barışmaq, onların gələcək birgə ailə həyatları və ailənin qorunub saxlanılması mümkün deyildir. Həmçinin mediasiya sessiyasında aralarında barışıq sazişi imzalanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 018483 saylı təkrar nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 164 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qəniyev, arvada Qəniyeva soyadları verilmişdir. - Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 202985 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. - Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən tərəflər uşağın himayədə qalması, aliment, nikahın məhkəmə qaydasında əlavə barışıq müddəti verilmədən pozulması və uşaqla ünsiyyət məsələləri barədə razılıq əldə etmişlər (mediator: G.M.Quluzadə). - “Azemıs” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində “baş məsləhətçi” vəzifəsində işləyir və aylıq əmək haqqı 2248 manat təşkil edir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, tərəflər arasındakı ər-arvad münasibətləri kəsilmişdir, onlar birgə yaşayıb, birgə təsərrüfat idarə etmirlər və tərəflərin birgə nikahlarından 1 yetkinlik yaşına çatmayan uşaqları vardır. Tərəflər arasında mediasiya qaydasında uşağın ananın himayəsində saxlanması, aliment, nikahın məhkəmə qaydasında əlavə barışıq müddəti verilmədən pozulması və uşaqla görüş məsələləri barədə barışıq sazişi bağlanılmışdır. Eyni zamanda hər iki tərəf nikahın pozulmasına etiraz etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2.1-ci və 22.2.2-ci maddələrinə əsasən, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə, hər iki tərəfin nikahın pozulmasına razı olduqlarını nəzərə alaraq, hesab edir ki, onların arasında bağlanmış nikah səbəbi araşdırılmadan pozulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Xəzər rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 164 nömrə ilə qeydə alınmış nikah pozulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar