Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-911/2026 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçının nümayəndəsi nümayəndə2, Cavabdeh Cavabdeh, onun vəkili Vəkil iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilə arasında Şirvan şəhər Qeydiyyat Şöbəsində ## #### 2015-ci il tarixdə *** saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə ailə həyatı quraraq nikahlarını Şirvan şəhər Qeydiyyat Şöbəsində qeydə aldırmışlar və bu barədə onlara ## #### 2015-ci il tarixdə 282 nömrə ilə nikah haqqında şəhadətnamə təqdim edilmişdir. Birgə nikahlarından ##.##.2016-cı il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra ilk vaxtlarda münasibətləri normal olsa da, lakin zaman keçdikcə həyat yoldaşı Cavabdeh ona qarşı münasibəti dəyişmişdir. Artıq cavabdehlə birlikdə yaşamaları mümkünsüz hal almışdır. İddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 məhkəmə iclasında ərizə təqdim edərək nikahın pozulmasını və uşağın ananın yanında qalmasına etiraz etmədiyini, uşağın saxlanması üçün hər ay 210 manat məbləğində aliment ödəyə biləcəklərini bildirmişdir. Nikahın pozulmasına səbəb isə artıq oğlunun həyat yoldaşı ilə münasibətlərinin normal olmadığını və faktiki olaraq ailə münasibətlərinin davam etmədiyini və Cavabdeh hazırda onlarda deyil, ata evində qaldığını və ailələr arasında münasibətlərin kəskinləşdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində icraat Şirvan Şəhər Məhkəməsinin (hakim Əli İmanov) ##.##.2026-cı il tarixli, 2(5-160)-444/2026 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında Şirvan şəhər Qeydiyyat Şöbəsində bağlanılmış ## #### 2015-ci il tarixdə, *** nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş ##.##.2016-cı il təvəllüdlü X2 anası Cavabdeh himayəsində saxlanılması, ## #### 2026-cı il tarixdən hesablanmaqla iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşağa münasibətdə 0,53 misli həddində sabit pul məbləğində alimentin tutulması, qətnamənin qəbul edildikdən sonra aliment hissəsində dərhal icra olunması və iddia verilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarına əsasən: Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı ilə X4 ## #### 2015-ci il tarixdə nikaha daxil olmuş və bu bardə nikah haqqında akt qeyd kitabında *** nömrəli akt tərtib edilmişdir. Nikahdan sonra arvada “Cavadova” soyadı verilmişdir. Tərəflərin birgə nikahından ##.##.2016-cı il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin ailə tamamilə dağılmış, bərpası mümkün deyil, hər iki tərəf boşanmaqda israrlıdır, cavabdehin boşanmağa razı olduğunu nəzərə alaraq tərəflərə vaxt verilmədən və boşanmanın səbəblərini araşdırmadan bağlanmış nikah pozulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan anadan olmuş ##.##.2016-cı il təvəllüdlü X2 hazırkı vaxtda cavabdeh Cavabdeh yanında qalır, iddiaçı uşağın cavabdehin yanında qalmasına etiraz etmir. Məhkəmə uşağın yaşını, cinsini, ana nəvazişinə ehtiyacının olmasını, tərəflər arasında razılıq olmasını nəzərə alıb hesab etmişdir ki, ##.##.2016-cı il təvəllüdlü X2 anası Cavabdeh yanında qalması məqsədəmüvafiqdir. Məhkəmə cavabdehin iddiaçıdan alimentin tutulması barədə ərizəsinə qiymət verərək hesab etmişdir ki, uşaqların saxlanması üçün iddiaçıdan cavabdehin xeyrinə aliment tutulmalıdır. Lakin, alimentin məbləği ərizədə qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, cavabdeh uşağın saxlanılması üçün 300 manat aliment tələb etsə də, iddiaçının bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşağa münasibətdə 0.53 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab etmişdir ki, alimentin tutulma müddəti Cavabdeh alimentin tutulması barədə ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıc vaxtı ilə bağlı əlavə olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı məhkəməyə yalnız nikahın pozulması tələbi ilə müraciət etmişdir. İşə baxılarkən məhkəmə ilk növbədə ailənin qorunmasının dövlətin və cəmiyyətin əsas dəyərlərindən biri olmasını, nikahın pozulmasının son vasitə xarakteri daşımasını nəzərə alaraq tərəflərin ailə münasibətlərinin bərpası imkanlarını araşdırmış, lakin tərəflərin nikah münasibətlərinin davam etdirilməsində israrlı olmamaları, ailənin faktiki olaraq dağılması və birgə yaşayışın bərpasının mümkünsüzlüyü müəyyən edildikdən sonra nikahın pozulması qənaətinə gəlmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh tərəfindən uşağın saxlanılması üçün aliment tutulmasına dair hər hansı müstəqil tələb iddia ərizəsi, qarşılıqlı iddia və ya digər prosessual müraciət formasında məhkəməyə təqdim edilməmiş, belə tələb ilk dəfə məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən irəli sürülmüşdür. Məhz həmin andan cavabdehin uşağın saxlanılması üçün aliment alınmasına yönəlmiş hüquqi iradəsi aydın və birmənalı şəkildə ifadə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2ci maddələrinin tələblərinə uyğun olaraq uşağın anasının yanında qalması və aliment məsələsi məhkəmə tərəfindən nikahın pozulmasına dair mübahisənin həlli zamanı müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, aliment öhdəliyinin yaranmasının prosessual əsası cavabdehin aliment tələbinin ilk dəfə məhkəmə iclasında irəli sürüldüyü andan formalaşmışdır. Odur ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbi nəzərə alınaraq alimentin tutulmasının başlanğıcı kimi cavabdehin aliment tələbinin ilk dəfə məhkəmə baxışı zamanı irəli sürüldüyü tarix əsas götürülməli və aliment həmin tarixdən hesablanmalıdır. Hazırkı iş üzrə aliment tələbi ilk dəfə qətnamənin qəbul edildiyi məhkəmə iclasında irəli sürüldüyündən alimentin tutulmasının başlanğıcı da həmin tarixdən müəyyən edilir. Beləliklə məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbi üzrə alimentin tutulması ##.##.2026-cı il tarixdən hesablanmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.2, 20.1, 22.2.1, 22.2, 75.2, 75.4, 78.1, 78.2, 100.2, 110.1, 110.2-ci maddələri, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin aliment tutulması hissəsinin dəyişdirilməsi, İddiaçı yetkinlik yaşına çatmayan övladı ##.##.2016-cı il təvəlüdlü X2 üçün tutulan alimentin məbləği artırılaraq, iddiaçının real gəlirlərini əks etdirən sabit pul məbləğində 400 manat həddində müəyyən edilməsi və alimentin tutulması ##.##.2026-cı il tarixdən hesablanması, iddiaçının əməlində cinayət tərkibi olduğundan zöhrəvi xəstəlikləri qarşı tərəfə cavabdehə yoluxdurduğuna görə barəsində xüsusi qərardad çıxarılıb prokurora xəbər verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən məhkəmə tərəfindən nikahın pozulmasının əsl səbəbləri araşdırılmamış, uşağın onun yanında qalması hissəsi ədalətli olsa da, alimentin məbləğini az müəyyən etmişdir. Məhkəmədə boşanma səbəbi kimi yalnız cavabdehin ikinci övladı dünyaya gətirmək istəməməsini əsas gətirməsi obyektivlikdən uzaqdır və birtərəflidir. Ailə daxilində münasibətlərin tamamilə pozulmasının və nikahın davam etdirilməsinin qeyri-mümkün olmasının əsas səbəbi iddiaçı İddiaçı mütəmadi olaraq başqa qadınlarla cavabdehə xəyanət etməsi, ailə sadiqliyi prinsiplərini kobud şəkildə pozması olmuşdur. İddiaçının digər qadınlarla qeyri-təbii və əxlaqdan kənar cinsi əlaqələrdə olması, habelə bu barədə yazışmaları və faktiki SMS sübutları cavabdeh tərəfindən aşkar edilmişdir. Cavabdeh xəyanəti biləndən sonrada çox ağır mənəvi stress keçirmiş və pis hallara düşmüş, üstünə təcili yardım gəlmişdir. Bunu idddiaçıya deyəndə isə bildirmişdir ki, sənin hələ çöldə bilmədiyin çox şeylər var. Bundan sonra cavabdeh özünü daha da alçaldılmış və təhqir olunmuş hiss etmişdir. Bu qanunsuz və qeyri-əxlaqi davranışların nəticəsi olaraq iddiaçı cavabdehə cinsi yolla yoluxan ağır xəstəlik keçirmişdir. Cavabdeh artıq 3 ildir ki, bu xəstəlikdən mütəmadi və ağır tibbi müalicələr almaqdadır və hələ də tam sağalmamışdır. İddiaçının ailəni maddi və mənəvi baxımdan məhv etməsi, habelə cavabdehin sağlamlığına qəsdən/ehtiyatsızlıqdan ağır zərər vurması faktı qarşısında, ikinci uşağın dünyaya gətirilməməsi arqumenti tamamilə əsassızdır və məsuliyyətdən qaçmaq xarakteri daşıyır. Uşağın real ehtiyacları və yaşayış minimumu nəzərə alınmamışdır. Məhkəmə qətnaməsində "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" Qanuna əsasən uşaqlar üçün yaşayış minimumunun 260 manat olduğunu qeyd etsə də, təyin etdiyi aliment məbləği (212 manat) bu yaşayış minimumundan xeyli aşağıdır. Övladı Ayla böyüməkdədir, onun təhsil, qidalanma, geyim və dərnək xərcləri mütəmadi olaraq artır. Atanın maddi vəziyyəti barədə onun sübut təqdim edə bilməməyi əsas gətirilməməlidir. Məhkəmə onun 300 manat sabit aliment tələbini onunla rədd etmişdir ki, guya iddiaçının bu vəsaitə malik olmasına dair sübut təqdim etməmişdir. Lakin iddiaçı tərəf rəsmi və qeyri-rəsmi gəlirlərini gizlədir, aliment uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması əsas götürülərək təyin edilməlidir, atanın uşağı saxlamaq üçün yetərli imkanları mövcuddur və birinci instansiya məhkəməsi tərəfindən onun gəlirlərinin rəsmi araşdırılması üçün lazımi sorğular göndərilməmişdir. Alimentin məbləğinin qətnamə qəbul edildiyi gündən ##.##.2026-cı il tarixdən hesablanması qanunsuz olmuşdur. Məhkəməyə iddianı vaxtında təqdim edə bilməməyinin səbəbi mediator tərəfindən qarşı tərəfin maraqlarına uyğun olaraq onun işini gecikdirməsi olmuşdur. Əksinə iddiaçı özü ## ###### 2026-cı il tarixdən evdən çıxıb getmiş və hazırda valideyinləri ilə birlikdə yaşayır, geri qayıtmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə tərkibinin iclasında iştirak edən cavabdeh Cavabdeh və onun vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək apellyasiya şikayətinin tam təmin edilməsini xahiş etmişlər. Məhkəmə tərkibinin iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin II hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin IV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən aliment məbləği və onun tutulma vaxtının müəyyən edilməsi hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə alimentin tutulmasının başlanğıc tarixi hissəsində işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin yalnız alimentin tutulmasının başlanğıc tarixi ilə bağlı dəlili əsaslı, digər dəlilləri isə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi alimentin tutulmasının başlanğıc tarixini ##.##.2026-cı il, yəni qətnamənin qəbul edildiyi və cavabdehin aliment tutulması barədə tələbinin ilk dəfə məhkəmə iclasında irəli sürüldüyü tarix kimi müəyyən etmişdir. Məhkəmə bu nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə yalnız nikahın pozulması tələbi ilə müraciət etmiş, cavabdeh tərəfindən isə aliment tutulması barədə müstəqil iddia, qarşılıqlı iddia və ya digər prosessual müraciət təqdim edilməmişdir. Məhkəmə tərkibi alimentin başlanğıc tarixinin müəyyən edilməsi ilə bağlı gəldiyi nəticə ilə tam razılaşmır. Məhkəmə tərkibi alimentin tutulmasının başlanğıc tarixi ilə bağlı məsələyə qiymət verərkən hazırkı işin digər işlərdən fərqləndirən konkret hallarını da nəzərə almağı zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Lakin hazırkı iş üzrə məhkəməyə müraciətin xarakteri və tərəflərin həmin müraciətdən əvvəlki davranışları xüsusi əhəmiyyət kəsb edir. İş materiallarından görünür ki, cavabdeh Cavabdeh artıq ##.##.2026-cı il tarixində Şirvan * saylı Mediasiya Təşkilatına müraciət etmiş, mediasiya xərclərini ödəmiş və tərəflər arasında ailə münasibətlərindən irəli gələn mübahisənin, o cümlədən uşağın saxlanılması ilə bağlı məsələlərin həllinə cəhd göstərmişdir. Bu zaman tərəflərin ailə münasibətləri faktiki olaraq pozulmuş, birgə yaşayış davam etməmiş və ümumi uşağın cavabdehin yanında qalması ilə bağlı vəziyyət yaranmışdır. Bunun ardınca, yəni cavabdehin mediasiya qaydasında öz hüquqlarının müdafiəsi üçün artıq müvafiq addımlar atdığı şəraitdə iddiaçı İddiaçı ##.##.2026-cı il tarixində məhkəməyə nikahın pozulması barədə iddia ilə müraciət etmişdir. Beləliklə, hazırkı iş üzrə məhkəməyə ilk müraciət edən tərəf aliment tələb etmək niyyətində olan cavabdeh deyil, nikahın pozulmasını tələb edən iddiaçı olmuşdur. Halbuki işin hallarından görünür ki, cavabdeh bundan əvvəl, ##.##.2026-cı il tarixində mediasiyaya müraciət etməklə tərəflər arasındakı ailə mübahisəsinin, o cümlədən uşağın saxlanılması məsələsinin həllinə dair öz iradəsini artıq ortaya qoymuşdur. Odur ki, hazırkı işdə iddiaçının ##.##.2026-cı il tarixində nikahın pozulması barədə məhkəməyə müraciət etməsi cavabdehin aliment tələbindən əvvəl baş vermiş müstəqil və ilkin müraciət kimi deyil, tərəflər arasında artıq mövcud olan ailə mübahisəsinin məhkəmə qaydasında həllinə başlanılması kimi qəbul edilməlidir. Çünki həmin vaxt iddiaçıya tərəflərin birgə yaşayışının faktiki olaraq başa çatdığı, cavabdehin uşağın yanında qaldığı və cavabdehin öz hüquqlarının müdafiəsi üçün mediasiya prosesinə müraciət etdiyi məlum olmuşdur. Başqa sözlə, cavabdehin uşağın saxlanılması üçün aliment tələb etmək niyyəti iddiaçının məhkəməyə müraciətindən sonra yaranmamış, əksinə, iddiaçının məhkəməyə müraciətindən əvvəl artıq müəyyən edilmiş və mediasiya prosesinə müraciətlə faktiki olaraq həyata keçirilməyə başlanmışdır. İddiaçı isə bu vəziyyəti bildiyi halda nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu hal xüsusilə ona görə əhəmiyyətlidir ki, əgər cavabdeh ##.##.2026-cı il tarixində mediasiyaya müraciət etməmiş və uşağın saxlanılması ilə bağlı hər hansı hüquqi addım atmamış olsaydı, iddiaçının ##.##.2026-cı il tarixində məhkəməyə müraciətindən sonra aliment məsələsinin ayrıca qiymətləndirilməsi fərqli hüquqi və faktiki kontekstdə nəzərdən keçirilə bilərdi. Lakin hazırkı işdə cavabdehin aliment tələbinə dair iradəsinin iddiaçının məhkəməyə müraciətindən əvvəl mövcud olduğu iş materialları ilə təsdiq edilir. Odur ki, cavabdehin aliment tələb etmək iradəsinin iddiaçının məhkəməyə müraciətindən əvvəl artıq formalaşması və bununla bağlı mediasiya prosesinə başlanılması nəzərdən kənarda saxlanılmamalıdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin aliment tələbinin yalnız ##.##.2026-cı il tarixində yarandığı və həmin tarixədək cavabdehin aliment almaqla bağlı hər hansı iradəsinin olmadığı barədə nəticəsi işin müəyyən edilmiş faktiki hallarına uyğun deyildir. Odur ki, təyin edilmiş aliment ##.##.2026-cı il tarixdən tutulmalıdır. Apellyasiya şikayətinin aliment məbləğinin az olması dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşağın hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Apellyasiya şikayətinin alimentin məbləğinin 400 manat müəyyən edilməli olması barədə dəlilinə gəldikdə isə məhkəmə tərkibi qeyd edir ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, alimentin məbləği tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallar və uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmaqla müəyyən edilməlidir. Hazırkı iş üzrə isə apellyasiya şikayətində iddiaçının rəsmi və qeyri-rəsmi gəlirlərinin daha yüksək olması barədə ümumi mülahizələr irəli sürülsə də, həmin gəlirlərin konkret məbləğini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. İş materiallarından iddiaçının hazırda rəsmi iş yerinin və müvafiq rəsmi gəlirinin müəyyən edilməməsi də görünür. Belə olan halda, məhkəmənin iddiaçının mövcud gəlirlərini nəzərə almadan deyil, iş üzrə müəyyən edilmiş maddi vəziyyəti və digər halları qiymətləndirərək alimenti sabit pul məbləğində müəyyən etməsi qanunazidd hesab edilə bilməz. Alimentin 300 və ya 400 manat məbləğində müəyyən edilməsi üçün isə həmin məbləğin iddiaçının faktiki maddi imkanlarına uyğunluğunu təsdiq edən kifayət qədər sübut mövcud olmalıdır. Bununla yanaşı, cavabdehin apellyasiya şikayətində göstərdiyi kimi, məhkəmənin öz təşəbbüsü ilə cavabdehin əvəzinə sübut toplamaq və onun irəli sürdüyü 300 və ya 400 manatlıq tələbin əsaslandırılmasını təmin etmək vəzifəsi də yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin təqdim etdiyi sübutları araşdırmalı və qiymətləndirməlidir. Cavabdehin iddiaçının ona zöhrəvi xəstəlik yoluxdurması, bu səbəbdən cinayət məsuliyyətinə cəlb edilməli olması və həmin halların nikahın pozulmasının əsas səbəbi kimi araşdırılmalı olması barədə dəlillərinə münasibətdə isə məhkəmə tərkibi qeyd edir ki, hazırkı mübahisənin predmetini nikahın pozulmasının təqsirkar tərəfinin müəyyən edilməsi və ya tərəflərdən hər hansı birinin cinayət məsuliyyətinin həll edilməsi təşkil etmir. Birinci instansiya məhkəməsi tərəflərin hər ikisinin nikah münasibətlərinin davam etdirilməsində maraqlı olmadığını, ailənin faktiki olaraq dağıldığını və birgə yaşayışın bərpasının mümkün olmadığını müəyyən etmişdir. İş materiallarından da görünür ki, nikahın pozulması barədə tələb irəli sürülmüş və tərəflərin nikah münasibətlərinin faktiki davam etmədiyi müəyyən edilmişdir. Bu halda məhkəmənin nikahın pozulmasının “əsl səbəbini” müəyyən etmək, tərəflərdən hansının nikahın pozulmasında daha çox təqsirli olduğunu müəyyənləşdirmək və bu məsələyə hüquqi qiymət vermək kimi ayrıca vəzifəsi mövcud deyildir. Digər tərəfdən, apellyasiya şikayətində cinayət məsuliyyətinin tətbiq edilməsinin və prokurora məlumat verilməsinin xahiş olunması da hazırkı mülki iş üzrə aliment tələbinin həlli ilə bağlı olmamışdır. Mülki məhkəmə aliment tələbinə baxarkən öz səlahiyyətləri çərçivəsində uşağın saxlanılması üçün zəruri olan vəsaitin məbləğini müəyyən etməli, cinayət məsuliyyəti məsələsini isə həmin mübahisənin predmeti kimi həll etməməlidir. Beləliklə, apellyasiya şikayətinin alimentin 400 manat məbləğində müəyyən edilməsi, habelə nikahın pozulmasının səbəblərinin və zöhrəvi xəstəliklə bağlı halların hazırkı iş üzrə aliment tələbinin həlli məqsədilə əsaslı hesab edilməli olması barədə dəlilləri əsassızdır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi alimentin tutulmasının başlanğıc tarixinin müəyyən edilməsi dəyişdirilməli, ## #### 2026-cı il tarixdən hesablanmaqla iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşağa münasibətdə 0,53 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi mübahisələndirilən alimentin tutulmasının başlanğıc tarixinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. ## #### 2026-cı il tarixdən hesablanmaqla iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşağa münasibətdə 0,53 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-911/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-911/2026
24.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver