Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1111/2026 07.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, iddiaçı Səfərov İlqar Sabir oğlunun cavabdeh Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki iş üzrə iddianın baxılmamış saxlanılması və iddia ərizəsinin geri qaytarılması haqqında Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından iddiaçının nümayəndəsi qismində vəkil Nümayəndə şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Səfərov İlqar Sabir oğlu (nümayəndə qismində vəkil Nümayəndə) cavabdeh Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında ##.##.1988-ci il tarixdə Azərbaycan SSR-in Salyan rayon Arbatan kənd inzibati Ərazi Nümayəndəliyi tərəfindən rəsmləşdirilmiş nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim R.Alıyev) iddia baxılmamış saxlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçı Səfərov İlqar Sabir oğlunun adından iddia ərizəsini imzalayan nümayəndə Nümayəndə səlahiyyətlərini təsdiq edən Ukrayna Respublikasında verilmiş etibarnamənin azərbaycan dilinə tərcüməsi notarial qaydada təsdiq edilməmişdir. Məhkəmə, iddiaçının adından nümayəndəyə verilmiş etibarnamənin iddia ərizəsinin imzalanması və məhkəməyə təqdim edilməsi üçün hüquqi əsas kimi qəbul edilməsi mümkün olmadığından, iddia ərizəsinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı qənaətinə gəlmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardaddan iddiaçının nümayəndəsi qismində vəkil Nümayəndə şikayət vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə müraciət etmişdir. Nümayəndə şikayətində qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hüquq normalarının tələblərini pozumuşdur. Belə ki, Ukrayna Respublikasında verilmiş etibarnamə qanunauyğun şəkildə təsdiq olunmuş və Azərbaycan Respublikasında tərcümə edilmişdir. Etibarnamə ilə lazımi səlahiyyət verilmişdir, etibarnamənin təsdiq olunmaması səhv deyildir və ərizənin baxılmamış saxlanılması üçün əsas deyil. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilmiş və şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu tərəflərə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Kollegiya məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı baxılmamış saxlamaqla doğru nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması səlahiyyəti nümayəndəyə verilmiş etibarnamədə xüsusi göstərilməlidir. MPM-in 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 259.0.3-cü maddəsinə əsasən iddia ərizəsinin imzalanmaması, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanması iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. İşin hallarından görünür ki, təqdim edilmiş iddia ərizəsi iddiaçının adından Ukrayna Respublikasında verilmiş etibarnamə əsasında vəkil Nümayəndə tərəfindən imzalanmışdır. Lakin həmin etibarnamənin Azərbaycan dilinə tərcüməsi müəyyən edilmiş qaydada notariat qaydasında təsdiq edilməmişdir. Nümayəndə şikayətində göstərmişdir ki, Ukrayna Respublikasında verilmiş etibarnamə qanunauyğun şəkildə təsdiq olunmuş və Azərbaycan dilinə tərcümə edilmişdir. Etibarnamə ilə lazımi səlahiyyət verilmişdir. Kollegiya hesab edir ki, şikayət əsassızdır. Belə ki, ukrayna dilində verilmiş etibarnamənin tərcüməsi Azərbaycan Respublikasında notariat qaydasında təsdiq edilməmişdir. 2002-ci il #######ın #-də Kişinyov şəhərində X4 Dövlət Başçıları Şurasının iclasında imzalanmış və Azərbaycan Respublikasının ## ###### 2004-cü il tarixli Qanunu ilə təsdiq edilmiş "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın 43-cü maddəsində təsbit edilmişdir: Etibarnamənin forması və müddəti onun verildiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir. Bu cür etibarnamə ərazisində istifadə ediləcək Razılığa gələn Tərəfin dilinə, yaxud rus dilinə notarial qaydada təsdiqlənmiş tərcümə ilə birlikdə Razılığa gələn digər Tərəflərin ərazilərində hər hansı bir xüsusi təsdiq etmədən tətbiq ediləcəkdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda mahiyyətcə doğru qənaətə gəlmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas yoxdur. Beləliklə, Kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qərara aldı: Şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-1111/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1111/2026
07.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver