Məhkəmə qərarları › İş №2(3-6)-3749/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3749/2026

14.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3749/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdehin nümayəndə-vəkili Əlili İsrafil Muğan oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Tərəflər ##.##.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından ##.##.2021-ci il təvəllüdlü X5 və ##.##.2022-ci il təvəllüdlü X2 anadan olmuşlar. Hazırda iddiaçı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında ##.##.2021-ci il tarixdə 264 № akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş ## ###### 2021-ci il təvəllüdlü X5 və ## ###### 2022-ci il təvəllüdlü X2 iddiaçı İddiaçı himayəsində saxlanılması, birgə nikahdan anadan olmuş ## ###### 2021-ci il təvəllüdlü X5 və ## ###### 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, ## ###### 2026-cı il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Cavabdeh ilə ##.##.2021-ci il tarixdə *** №-li akt qeydi ilə dövlət qeydiyyatına alınmışdır. Birgə nikahdan ## ###### 2021-ci il təvəllüdlü X5 və ## ###### 2022-ci il təvəllüdlü X2 adlı övladları dünyaya gəlmişdir. Nikahın ilk dövrlərində aralarında ailə münasibətləri normal olmuşdur. Lakin sonradan cavabdehlə aralarında qarşılıqlı anlaşmazlıqlar yaranmış, ailə münasibətləri kəskin şəkildə pisləşmiş və nəticədə ailədaxili münasibətləri pozulmuşdur. Bu səbəbdən ailədə tez-tez mübahisələr baş vermişdir. O, ailənin qorunub saxlanılması və münasibətlərin bərpası üçün dəfələrlə cəhd göstərmişdir. Lakin göstərilən səylərə baxmayaraq münasibətlərinin normallaşması mümkün olmamış, əksinə münasibətlər daha da gərginləşmişdir. Hazırda aralarında faktiki olaraq ailə münasibətləri mövcud deyildir və onların bərpası mümkün görünmür. Hal-hazırda son üç aydır ki, o, azyaşlı övladları ilə birlikdə valideynlərinin evində yaşayır və cavabdehlə birgə təsərrüfat aparmır. Faktiki olaraq ailə münasibətləri və birgə yaşayış dayandırılmışdır. Bu müddət ərzində uşaqların gündəlik qayğısı, tərbiyəsi, sağlamlığı, qidalanması, geyimi, təhsili və digər bütün ehtiyacları tam şəkildə tərəfindən təmin olunur. Azyaşlı övladlara bilavasitə o baxır, onların həm mənəvi, həm də maddi təminatını öz üzərində daşıyır. Uşaqların yaşayışı, saxlanılması, tibbi ehtiyacları, bağça xərcləri, geyim, ərzaq və digər zəruri xərclər onun tərəfindən qarşılanır. Eyni zamanda, ana olaraq onların psixoloji durumu, inkişafı və tərbiyəsi ilə davamlı şəkildə məşğul olur, onlara mənəvi dayaq göstərir. Cavabdeh tərəfindən isə uşaqlara kifayət qədər maddi və mənəvi dəstək göstərilmir. Bu səbəbdən azyaşlı övladların faktiki baxımı və təminatı tam olaraq onun üzərindədir. Bununla yanaşı, bildirmişdir ki, qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq tərəflər arasında mübahisənin mediasiya qaydasında həlli məqsədilə cavabdehə qarşı mediasiya təşkilatına müraciət edilmişdir. Lakin cavabdeh mediasiya prosesində iştirak etmədiyindən mediator tərəfindən ##.##.2026-cı il tarixdə keçirilmiş iclasın nəticəsi olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasının baş tutmaması barədə arayış təqdim edilmişdir. Yuxarıda göstərilənləri, tərəflər arasında ailə münasibətlərinin faktiki olaraq mövcud olmamasını və onların bərpa edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq tərəflər arasında bağlanmış nikahın məhkəmə qaydasında pozulmasını zəruri hesab edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında Səadət Sarayında (Bakı Nikah Evi) ##.##.2021-ci il tarixdə *** nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan olan ##.##.2021-ci il təvəllüdlü X5 və ##.##.2022-ci il təvəllüdlü X2 anaları, iddiaçı İddiaçı yanında qalmalarının müəyyən edilməsi, ##.##.2026-cı il tarixdən başlayaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı nəzərə alınmaqla, ##.##.2021-ci il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər birgə təsərrüfat aparmadıqlarından artıq onlar biri digəri qarşısında nikahdan irəli gələn ər-arvadın bir-birini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Tərəflər aralarındakı ər-arvad münasibətlərini kəsmişlər, ayrı təsərrüfat aparırlar. Ailənin bərpası qeyrimümkündür. İddiaçı nikahın pozulmasını təkid edir. Cavabdeh isə nikahın pozulmasına razıdır. Buna görə də, hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət yoxdur. Məhkəmə uşaqların yüksək mənafelərini, sağlam ruhda böyümələrini, hal-hazırda analarının yanında olmalarını, yaşlarını və cavabdehin razılığını nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdehin birgə nikahından olmuş ##.##.2021-ci il təvəllüdlü X5 və ##.##.2022ci il təvəllüdlü X2 iddiaçı İddiaçı yanında qalmaları müəyyən edilməlidir. Uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikahın ləğvi və aliment tələbi haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən olduğundan və tərəflərin yetkinlik yaşına çatmayan uşaqları iddiaçının yanında saxlandıqlarından məhkəmə hesab etmişdir ki, uşaqların saxlanılması üçün aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab etmişdir ki, iddiaçıdan hər ay hər uşaq üçün 260 manat məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. Məhkəmə bildirmişdir ki, iddiaçı iddia tələbində hər uşaq üçün 280 manat aliment tutulmasını tələb etsə də, cavabdehin əlavə gəlirlərinə dair hər hansı sübut əlavə etməmişdir. Bu səbəbdən hər ay hər uşaq üçün 260 manat alimentin tutulması məqsədəmüvafiqdir. Məhkəmə cavabdehin nümayəndəsi-vəkilinin aliment məbləğinə münasibətdə etirazın dəlillərinə əsasən aşağıdakıları xüsusilə vurğulamışdır ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu özlüyündə meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Belə ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa da, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Beləliklə, məhkəmə uşaqların saxlanılmaları üçün alimentin məbləğinin hər uşağa görə 260 (iki yüz altmış) manat müəyyən edilməsini ilk növbədə uşaqların, daha sonra isə tərəflərin mənafelərinə uyğun hesab etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə qeyd etmişdir ki, iddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026cı il tarixli qərardadı qəbul olunmuşdur. Məhkəmə eyni zamanda bildirmişdir ki, tərəflərin izahatları ilə də müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh fevral ayından ayrı yaşayırlar, birgə təsərrüfat aparmırlar. Cavabdeh uşaqların saxlanılmasında fevral ayından iştirak etmir. Buna görə də, məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*- ***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı nəzərə alınmaqla aliment tərəflərin ayrı yaşadıqları vaxtdan, yəni ##.##.2026-cı il tarixdən etibarən tutulmalı və dərhal icra olunmalıdır. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin "alimentin məbləği" və "##.##.2026-cı il tarixdən hesablanması" hissəsində ləğv edərək, həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Bu iştirakına görə ona Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "X4" ilə təltif edilmişdir. Cavabdeh Cavabdeh müharibə zamanı travma almışdır və hal-hazırda da sağlamlığı yerində deyil. (sənəd məhkəməyə təqdim edilmişdir) İşsizdir və sadəcə 80 manat təqaüd alır. Uşaqların saxlanması üçün ondan ayda 520 manatın tutulması açıq-aşkar onun vəziyyətinə uyğun deyil. Cavabdeh uşaqların saxlanması üçün valdeynlərinin maddi dəstəyi ilə maksimum hər uşaq üçün 190 manat, ümumilikdə 380 manat aliment ödəyə bilər. Göründüyü kimi, birinci instansiya Məhkəməsi qeyd olunan məsələləri nəzərə almamış və nəticədə cavabdeh ağır vəziyyətdə qalmışdır. Məhkəmə qətnaməsinin icrası mümkünsüz hala gəlmişdir. Həmçinin qeyd edir ki, iddaçı rəsmi olaraq işləyir və yüksək məvacibi vardır. Məhkəmənin digər yanlış gəldiyi nəticə alimentin hesablanmağa başladığı tarixdir. Belə ki, qətnamədə iddia tələbinə uyğun olaraq alimentin hesablanması ## ###### 2026-cı ildən başlamışdır. Halbuki, tərəflər ## ##### 2026-cı il tarixdən ayrı yaşayırlar. Həmin tarixdə qədər tərəflər bir yerdə yaşamış və cavabdeh uşaqların saxlanmasında iştirak etmişdir. Bununla bağlı sübutları da məhkəməyə təqdim ediləcəkdir. Aliment məhkəməyə ərizə daxil olduğu gündən hesablanmalıdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - alimentin tutulması və aliment tutulma tarixi hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Ailə Məcəlləsi: 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76- cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Uşaq hüquqları haqqında” Qanun: Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşağın ailədə valideynləri ilə bərabər yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Uşaq hüquqlarına dair BMT Konvensiyası”:

3. Məhkəmələr uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *-*/**** nömrəli, ## #### 2016-cı il tarixli Qərarı:

7. Nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçun vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər arvadın ümumi birgə mülkiyyətınin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar uçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 8.2. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” ## ###### 2024cü il tarixli Qərarı.

Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulma tarixi hissəsində dəyişdirilməli, mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin alimentin tutulması hissəsində gəldiyi mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşağın maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onun hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşağı saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ olaraq nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşağın tərbiyəsinə, sağlamlığına və onun psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşağın maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşağın sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri işə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır. Göründüyü kimi, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, ** nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması meyarını, eləcə də, cavabdehin müəyyən olunmuş diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan alimentin məbləğində münasibətdə gəldiyi nəticə hazırki mübahisənin halları baxımından ağlabatan və ədalətlidir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, hazırki vəziyyətdə sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edildiyindən, hazırda cavabdehdən tutulmalı olan alimentin məbləği sonrakı artırmalar nəzərə alınmaqla minimum əmək haqqına münasibətdə müəyyən edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası eyni zamanda qeyd edir ki, cavabdeh bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli və onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının artan tələbatını təmin etməlidir. Maddi vəziyyətinin aşağı olması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu hal onu övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan, Məhkəmə Kollegiyası “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehin şikayətinin bu dəlillərini əsassız hesab edir. Belə olan halda, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin qeyd edilən hissədə ləğvi üçün əsas təşkil etmir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, “qətnamədə iddia tələbinə uyğun olaraq alimentin hesablanması ## ###### 2026-cı ildən başlamışdır. Halbuki, tərəflər ## ##### 2026-cı il tarixdən ayrı yaşayırlar. Həmin tarixdə qədər tərəflər bir yerdə yaşamış və cavabdeh uşaqların saxlanmasında iştirak etmişdir. Bununla bağlı sübutları da məhkəməyə təqdim ediləcəkdir. Aliment məhkəməyə ərizə daxil olduğu gündən hesablanmalıdır”. Məhkəmə Kollegiyası alimentin tutulma tarixinin müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmır və hesab edir ki, cavabdehin dəlilləri həmin hissədə qismən əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment, bir qayda olaraq, məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə isə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment üç illik müddət həddində verilə bilər. Hazırkı işdə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl tərəflər arasında yaranmış mübahisənin həlli məqsədilə ##.##.2026-cı il tarixində mediasiya prosesinə müraciət etmişdir. Ailə münasibətlərindən irəli gələn hazırki mübahisə mediasiya vasitəsilə həll oluna bilən mübahisələr sırasındadır və qanunvericiliklə müəyyən edilmiş hallarda məhkəməyə müraciət edilməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Bu baxımdan, mediasiyaya müraciət yalnız prosessual ilkin şərtin yerinə yetirilməsi kimi deyil, həm də iddiaçının həmin tarixdə cavabdehdən uşaqların saxlanılmasında iştirak etməsini tələb etdiyini və tərəflər arasında uşağın saxlanılması ilə bağlı mübahisənin artıq konkretləşdiyini təsdiq edən hal kimi qiymətləndirilməlidir. İş materiallarından müəyyən edilir ki, cavabdeh uşaqların saxlanılmasında iştirak etmir. Bununla belə, tərəflərin məhz ##.##.2026-cı il tarixindən ayrı yaşadıqları, həmin tarixdən birgə təsərrüfat aparmadıqları və cavabdehin həmin tarixdən etibarən uşaqların saxlanılmasında iştirak etmədiyi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş materialları ilə kifayət qədər təsdiq olunmur. Digər tərəfdən, cavabdeh apellyasiya şikayətində tərəflərin ##.##.2026-cı il tarixindən ayrı yaşadıqlarını bildirsə də, bu halı təsdiq edən mötəbər və kifayət qədər sübut təqdim etməmişdir. Deməli, tərəflərin faktiki olaraq hansı tarixdən ayrı yaşamağa başlamaları və cavabdehin uşaqların saxlanılmasında hansı tarixdən iştirak etməməsi barədə iş materiallarında dəqiq müəyyən edilmiş tarix mövcud deyildir. Belə şəraitdə ##.##.2026-cı il tarixinin alimentin tutulmasının başlanğıc tarixi kimi qəbul edilməsi iş üzrə müəyyən edilmiş hallarla əsaslandırıla bilməz. Eyni zamanda, ##.##.2026-cı il tarixində iddiaçının mediasiyaya müraciət etməsi obyektiv və sənədlə təsdiq olunan haldır. Həmin tarix iddiaçının uşaqların saxlanılması ilə bağlı tələbinin artıq konkret şəkildə irəli sürüldüyü, nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment məsələsinin tərəflər arasında mübahisə predmetinə çevrildiyi və iddiaçının öz hüququnun həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada konkret tədbir gördüyü tarixdir. Bu baxımdan, tərəflərin faktiki ayrılığının daha əvvəlki tarixdə baş verməsi barədə ehtimalın mövcudluğu həmin tarixi alimentin tutulmasının başlanğıc tarixi kimi qəbul etmək üçün kifayət etmir. Alimentin tutulmasının başlanğıc tarixi konkret və mötəbər sübutlarla müəyyən edilməlidir. Məhkəmə Kollegiyası həmçinin nəzərə alır ki, mediasiyaya müraciət məhkəməyə müraciətdən əvvəl qanunla nəzərdə tutulmuş zəruri prosessual mərhələdir. Bu səbəbdən iddiaçının məhz ##.##.2026-cı il tarixində mediasiyaya müraciət etməsi onun aliment tələbinin həyata keçirilməsi istiqamətində məhkəməyə müraciətdən əvvəl gördüyü konkret tədbir kimi qiymətləndirilməlidir. Beləliklə, iş materialları ilə ##.##.2026-cı il tarixindən aliment tutulmasını əsaslandıran hallar sübuta yetirilmədiyindən, həmin tarix alimentin tutulmasının başlanğıc tarixi kimi qəbul edilə bilməz. Cavabdehin ##.##.2026-cı il tarixindən ayrı yaşama barədə dəlili də müvafiq sübutlarla təsdiq olunmadığından əsassız olmuşdur. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə alimentin tutulmasının başlanğıc tarixi kimi ##.##.2026-cı il tarixinin qəbul edilməsi iş materiallarında obyektiv olaraq təsdiq olunan, tərəflər arasındakı mübahisənin konkretləşdiyi və iddiaçının uşaqların saxlanılması ilə bağlı öz hüququnun müdafiəsi istiqamətində ilk müəyyən edilmiş prosessual tədbiri gördüyü tarixə uyğun gəlir. Məhkəmə Kollegiyası həmçinin nəzərə alır ki, alimentin tutulması ümumi qayda olaraq məhkəməyə müraciət tarixindən həyata keçirilir. Lakin iddiaçı məhkəməyə müraciət edənədək aliment almaq üçün tədbirlər görmüş və aliment ödəməli şəxs onu verməkdən boyun qaçırmışdırsa, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən əvvəlki dövr üçün də aliment verilə bilər. Mediasiyaya müraciət isə belə tədbirin həyata keçirildiyini təsdiq edən hal kimi qiymətləndirilə bilər. Bu səbəbdən birinci instansiya məhkəməsinin alimentin ##.##.2026-cı il tarixindən tutulması barədə nəticəsi dəyişdirilməli, alimentin tutulması ##.##.2026-cı il tarixindən hesablanmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını nəzərə almayaraq işin faktiki hallarını düzgün müəyyən etməyərək alimentin tutulma tarixi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri müzakirə edilən hissədə qismən əsaslı olduğundan qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən alimentin tutulma tarixi hissəsində dəyişdirilməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı nəzərə alınmaqla, ##.##.2021-ci il təvəllüdlü X5 və ##.##.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Cavabdeh alimentin ## ##### 2026-cı il tarixdən başlayaraq tutulması müəyyən edilməli, mübahisələndirilən qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402 ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh alimentin tutulma tarixi hissəsində dəyişdirilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı nəzərə alınmaqla, ##.##.2021-ci il təvəllüdlü X5 və ##.##.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Cavabdeh alimentin ## ##### 2026-cı il tarixdən başlayaraq tutulması müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar