Məhkəmə qərarları › İş №2(3-9)-1022/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-1022/2026

09.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-1022/2026 09.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov Ilham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı “nikahın pozulması, uşağın ananın yanında qalmasının müəyyən olunması və alimentin tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən (hakim Aydan Məmmədli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı “nikahın pozulması, uşağın ananın yanında qalmasının müəyyən olunması və alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə arasında ##.##.2023-cü il bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş ##.##.2024-cü il təvəllüdlü X2 onun yanında yanında qalmasının müəyyən olunması və yetkinlik yaşına çatana kim saxlanılmasındvn ötrü cavabdehdən hər ay 260 manat sabit pul məbləğində alimentin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə ##.##.2023-cü il tarixdə rəsmi nikah münasibətlərinə girib evlənmiş və nikahlarını Sabirabad ASAN Xidmət mərkəzində Qeydiyyat şöbəsində *** saylı nikah akt qeydi ilə qeyd etdirərək rəsmiləşdirmişlər. Birgə nikahlarından ## ### 2024-cü il təvəllüdlü X2 adlı bir nəfər uşaqları doğulmuşdur. Nikahlarının ilk dövrlərində munasibətləri normal olsada, sonradan kəskinləşməyə və pisləşməyə başlamışdır. Ailə münasibətlərində bir-birilərilə anlaşa bilmirlər. Bütün bunlardan sonra onların arasında hormal münasibət yaranması və birgə yaşamaları mümkün deyildir. Həyat şəraitlərinin bir-birinə uyğun olmaması və xarakterlərinin uyğun gəlməməsi ailə hikah münasibətlərinin pozulmasına səbəb olmuşdur. Artıq bir ildən çoxdur ki ayrı yaşayırlar və ər-arvadlıq münasibətləri tamamilə pozulmuşdur, nikahları formal xarakter daşıyır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh cavabdeh2 iddianı qismən qəbul edərək bildirmişdir ki, nikahın pozulması, uşağın anasının yanında qalmasına razıdır. Saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment ödəyə bilər. Həmçinin, ərizə verərək ##.##.2024-cü il təvəllüdlü X2 ilə hər ayın şənbə və bazar günləri saat 12:00-dan saat 17:00-dək ünsiyyət hüququnun verilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, tərəflər arasında ##.##.2023-cü il tarixdə bağlanmış nikahın pozulmuş, birgə nikahdan doğulmuş ##.##.2024-cü il təvəllüdlü X2 anası İddiaçı yanında qalması müəyyən olunmuş və ##.##.2026-cı il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin cavabdeh cavabdeh2 tutularaq iddiaçı İddiaçı ödənilməsi, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməsi, cavabdeh cavabdeh2 övladı ##.##.2024-cü il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 12:00-dan saat 15:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi, ##.##.2024-cü il təvəllüdlü X2 hər həftənin şənbə günü saat 12:00-da atası cavabdeh2 təhvil vermək vəzifəsinin anası İddiaçı həvalə edilməsi, ##.##.2024-cü il təvəllüdlü X2 hər həftənin şənbə saat 15:00-da anası İddiaçı təhvil vermək vəzifəsinin atası cavabdeh2 həvalə edilməsi, qərarın icra yeri kimi uşağın hazırda yaşadığı Şirvan şəhəri Füzuli küçəsi döngə 2 ev 10 müəyyən edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək atanın uşaqla ünsiyyətdə olması hissədə dəyişdirilməsi, ##.##.2024-cü il təvəllüdlü X2 ilə hər həftənin bazar günü saat 12:00dan saat 17:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi və hər həftənin bazar günü saat 12:00-da atası cavabdeh2 təhvil vermək vəzifəsinin anası İddiaçı həvalə edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin uşaqla ünsiyyət hissəsindən narazıdır. Belə ki, məhkəmənin qətnaməsinə əsasən övladı ilə ünsiyyət saxlamaq üçün həftədə bir dəfə olmaqla cəmi 3 saat vaxt verilmişdir. Lakin, bir qayğıkeş ata kimi övladının təlimtərbiyəsi ilə məşğul olmaq istəyir. Eyni zamanda övladı cəmi 2 yaşında ondan ayrı böyümək məcburiyyətindədir. Övladını əzizləmək, onu gəzdirmək, onun qayğıları ilə məşğul olmaq hüquqları var. Məhkəmə bütün bunları nəzərə almamış, yalnız həftədə bir gün olmaqla cəmi 3 saat vaxt vermişdir. Ərizədə həftədə 2 gün, yəni şənbə və bazar günləri 5 saat vaxt istəmişdi. Məhkəmə yalnız şənbə günü görüş təyin etmişdir ki, bu da çox azdır. Eyni zamanda şənbə günləri çox zaman işdə olduğu üçün uşaqla görüşə bilməyəcək. Məhkəmə bu qənaətə gələrkən uşağın yaşının az olmasını nəzərə almışdır. Lakin, özü də uşağın yaşının çox az olduğunu düşünərək cəmi 5 saat görüş verilməsini xahiş etmişdi. Hesab edir ki, uşağın üzərində hər iki valideynin bərabər hüquqları vardır. Hər iki valideynin azyaşlı uşağı ilə bərabər şəkildə vaxt keçirtmək hüququ vardır. Birinci instansiya məhkəməsi cavabdeh kimi onun mənafeyini nəzərə almamışdır. Hesab edir ki, bu qanunsuzdur, eyni zamanda ədalətsizdir. 3 saat ərzində uşağın tərbiyəsi necə məşğul ola bilər. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmədə iştirak etməmiş, nümayəndələri vasitəsilə təmsil olunmamışlar və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində uşaqla ünsiyyətdə olmaq hissədə dəyişdiriməsini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Iş materiallarında olan Nikah haqqında şəhadətnadən görünür ki, cavabdeh2 ilə X1 nikahı Sabirabad Regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında ##.##.2023-cü il tarixdə *** nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Islamov”, arvada “Islamova” soyadları verilmişdir. Iş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ##.##.2024-cü ildə Şirvan şəhərində doğulmuşdur, atası cavabdeh2, anası İddiaçıdır. Şirvan * saylı Mediasiya təşkilatının ##.##.2026-cı il tarixli Ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 29.3-cü maddəsinə əsasən arayış verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1.-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2.-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; 22.2.4. ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.3-cü maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları öz fəaliyyətində uşaqların hüquq və azadlıqlarını üstün tutmalı, onların hüquq və azadlıqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və dövlət orqanlarının (qurumlarının) qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər vurmamalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarının 7-ci bəndində qeyd olunur ki, Ailə Məcəlləsinin 22-ci maddəsində nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərin dairəsi nəzərdə tutulsa da, bu zaman uşaqların hüquq və mənafelərinə təsir göstərə biləcək digər məsələlərin həlli imkanı qanunla qadağan edilməmişdir. Odur ki, uşaqların üstün mənafelərinin qorunması, habelə prosessual qənaət prinsipləri rəhbər tutularaq məhkəmələrə izah edilir ki, nikahın pozulmasına dair iddialara baxılarkən hazırlıq iclasında uşağın hansı valideynin yanında saxlanması ilə bağlı mübahisənin olmadığı müəyyən edildiyi halda, məhkəmələr valideynlər arasında uşaqla ünsiyyət qaydası ilə bağlı qarşılıqlı razılığın olub-olmadığını aydınlaşdırmalıdırlar. Bununla bağlı mübahisə varsa uşaqla ünsiyyət qaydasının müəyyən edilməsini arzu edən valideynə bu barədə iddia tələbi ilə müraciət etmək hüququ izah edilməli və irəli sürüldüyü halda nikahın pozulması ilə yanaşı, bu tələbə də mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməlidir. Göründüyü kimi Plenum nikahın pozulmasına dair iddialara baxılarkən hazırlıq iclasında uşağın hansı valideynin yanında saxlanması ilə bağlı mübahisənin olmadığı müəyyən edildiyi halda, məhkəmələrin valideynlər arasında uşaqla ünsiyyət qaydası ilə bağlı qarşılıqlı razılığın olub-olmadığını aydınlaşdırmalı olduğunu izah etmişdir. Iş materiallarının 24-25-ci səhifələrində cavabdehin yazılı ərizəsi yer alır ki, cavabdeh hiəmin ərizə ilə uşağı ilə ünsiyyət hüququnun təmin olunmasını xahiş edir. Bundan başqa iş materialları ilə uşağın hansı valideynin yanında qalması ilə bağlı mübahisənin olmadığı müəyyən olunur, belə ki, ## ### 2026-cı il tarixli hazırlıq iclasının protokoluna əsasən cavabdeh nikahın pozulmasına, uşağın anasının yanında qalmasının müəyyən olunmasına razı olduğunu bildirmişdir. Belə olan halda isə məhkəmə uşaqların üstün mənafelərinin qorunmasını, habelə prosessual qənaət prinsipini rəhbər tutaraq nikahın pozulması məsələsinə baxarkən cavabdehin uşaqla ünsiyyət qaydasını müəyyən etməkdə haqlı olmuşdur. "Valideyinlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * nömrəli ##.##.2011-ci il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Plnenum qərarının 2.2-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, səhhətini, məktəbəqədər və ya ümumi təhsil rejimini, hansı valideynə daha çox bağlılığını, ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərini onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər Plenum qərarının 3.1.-ci bəndinə əsasən Məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonuncunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olubolmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. Iddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər. Plenum qərarının 12.1.-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir. Məsələn: Iddia təmin edilsin. Iddiaçı A-nın oğlu C ilə ünsiyyət hüququ müəyyən edilsin və ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək təyin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə X ünvanında hər həftənin şənbə günü saat 10:00da cavabdeh B tərəfindən iddiaçı A-ya, həmin gün saat 18:00-da isə eyni ünvanda iddiaçı A tərəfindən cavabdeh B-yə təhvil verilsin. Məhkəmə kollegiyası cavabdehin ünsiyyət saxlamaq istədiyi uşağın iddiaçının yanında olmasını, sağlamlığını, psixi, fiziki və mənəvi inkişafını, azyaşlı olmasını, atası ilə ünsiyyətinin davamlı olmamasını, iddiaçının görüş günləri və vaxtını ümumiyyətlə mübahisələndirməməsini nəzərə alıb hesab edir ki, mövcud durumda apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Bununla belə, sonrakı mərhələlərdə şəraitin dəyişməsi ilə əlaqədar ünsiyyət hüququnun təmin olunmasını tələb edən tərəfin ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin dəyişdirilməsi ilə bağlı icra icraatı çərçivəsində ərizə ilə məhkəməyə müraciət etmək hüquq vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh2 apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Ilham Əsədov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar