Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3606/2024 03.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, Ərizəçi-nin maraqlı şəxslər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və digərləri olmaqla “daşınar əşyanın sahibsiz hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və digərləri olmaqla “daşınar əşyanın sahibsiz hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Ərizəçi-nin maraqlı şəxslər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və digərləri olmaqla “daşınar əşyanın sahibsiz hesab edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-3606/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3606/2024
03.12.2024 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver