Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4886/2025 12.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə1, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maraqlı şəxs qismində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi cəlb edilməklə “daşınar əşyaların məhv edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi maraqlı şəxs qismində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi cəlb edilməklə “daşınar əşyaların məhv edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş ərizə təmin edilərək
1. 50 kq (6 ədəd) qarpız, 2. 25 kq pomidor, 3. 65 kq (8 ədəd) qarpız, 4. 56 kq (9 ədəd) qarpız, 5. 25 kq butter buter markalı kərə yağı, 6. 25 kq butter buter markalı kərə yağı, 7. 25 kq butter buter markalı kərə yağı, 8. 25 kq (4 ədəd) qarpız, 9. 50 kq xurmanın məhv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maraqlı şəxs Bakı şəhəri, Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən saxlanc məntəqəsinə təhvil verilmiş və artıq müddət orada saxlanılan 9 adda mal yararsız vəziyyətə düşmüşdür. Həmin malların istehlaka yararlı olub-olmaması barədə rəy alınması üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi tərəfindən 21 may 2025-ci il tarixli 3-33-1300/2-000496/2025 nömrəli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə göndərilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyi tədqiqata təqdim edilmiş malların istehlaka yararsız olması barədə 23 may 2025-ci il tarixli 03 nömrəli ekspert rəyin tərtib etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 331.1-ci maddəsinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada məhv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın 1.5.1-ci yarımbəndinə əsasən malların istehlak xassələrinin bərpası imkanı istisna edildikdə malların məhv edilməsinə yol verilir. Həmin Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar qanunla müəyyən edilmiş hallarda gömrük orqanının təşəbbüsü ilə məhv edilir. Həmin Qaydanın 2.3-cü bəndinin tələbindən görünür ki, bu Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən mallar gömrük orqanlarının müraciəti əsasında məhkəmənin qərarı ilə məhv edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Qeyd olunan normaların tələbindən görünür ki, gömrük orqanlarına təqdim edilmiş mallar öz təyinatına görə istifadə edilə bilmədikdə onların məhv edilməsi yalnız ekspertlərin və digər ixtisaslaşmış müstəqil laboratoriyaların həmin malların yararsız olması haqqında rəyi alınmaqla, Komitənin təşəbbüsü ilə müvafiq məhkəmə qərarı əsasında həyata keçirilir. Hazırki ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyi 23 may 2025-ci il tarixli 03 nömrəli ekspert rəyindən göründüyü kimi Dövlət Gömrük Komitəsi Maraqlı şəxs Bakı şəhəri, Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən saxlanc məntəqəsinə təhvil verilmiş 9 adda mal yararsız vəziyyətdə olduğundan məhv edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də 1.50 kq (6 ədəd) qarpız, 2.25 kq pomidor, 3.65 kq (8 ədəd) qarpız, 4.56 kq (9 ədəd) qarpız, 5.25 kq butter buter markalı kərə yağı, 6.25 kq butter buter markalı kərə yağı, 7.25 kq butter buter markalı kərə yağı, 8.25 kq (4 ədəd) qarpız, 9.50 kq xurma yararsız vəziyyətə düşdüyündən məhv edilməsi zərurəti yaranmışdır. Qeyd edilənlərdən də göründüyü kimi ərizəyə əlavə edilmiş ümumilikdə 9 adda mal yararsız vəziyyətə düşdüyündən məhv edilməsi zərurəti yaranmışdır. Belə olan təqdirdə qeyd olunan 9 adda malın məhv edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə1 ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs nümayəndəsi Nümayəndə2 ərizəni qəbul edərək, ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 23 may 2025-ci il tarixli, 03 nömrəli ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli 3-33-1300/2-000496/2025 saylı ekspertiza keçirilməsi haqqında məktubuna əsasən AR Ticarət və Sənaye Palatasının “Azərekspertiza” birliyinin eksperti qarşısında Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində yerləşən saxlanc anbarlarında saxlanc müddəti bitmiş tez xarab olan malların istifadəyə yararlı olubolmamasının müəyyən edilməsi sualı qoyulmuşdur. Bu sualın cavablandırılması üçün ekspert, ona təqdim edilən sənədlərlə tanış olmuş və Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində yerləşən saxlanc anbarlarında olan mallara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində yerləşən saxlanc anbarlarında yığılıb qalmış ərzaq mallarıdır. Həmin malların adı, miqdarı, mənşəyi, saxlanc tarixi, malış yerləşdiyi yer, qeydiyyat kodu, akt nömrələri, vətəndaşların soyadı, adı, pasport nömrələri Astara Gömrük İdarəsi tərəfindən verilən 9 adda ərzaq malları siyahıda göstərilmişdir (akta əlavə olunur). Ekspert orqanoleptik üsulla müəyyən edilmişdir ki, anbarın daxilində qyeri-təmiz iy hiss olunur. Mallarda çürümə, kiflənmə, bürüşmə, sınma, qırılma, kristallaşma əmələ gəlmişdir. Ekspert rəyində göstərilmişdir ki, orqanoleptik göstəricilərə əsasən müəyyən edilmişdir ki, təqdim edilən adda ərzaq malları 9 - adda ərzaq malları qüsurludurlar, keyfiyyətlərini itiriblər və öz təyinatları üzrə istifadə oluna bilməzlər. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsində müvəqqəti saxlanca götürülən və saxlanc müddəti keçmiş mallara dair tədbirlərin görülməsi haqqında xx.xx.2025-ci il tarixli, 3-33/155S nömrəli sərəncama əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.6.11-ci yarımbəndinə əsasən: 1. Dövlət Gömrük Komitəsinin (bundan sonra – Komitə) Astara Gömrük İdarəsi müvəqqəti saxlanca götürülən və saxlanc müddəti keçmiş mallarla bağlı qeyd olunan Qaydaların tələblərinə uyğun olaraq müvafiq tədbirlərin görülməsini təmin etsin (siyahı əlavə olunur). 2. Komitənin Maraqlı şəxs təmin etsin: 2.1 Qaydaların 2.4 və 2.7-ci bəndlərinin tələblərinə uyğun olaraq malların xüsusiyyətləri nəzərə alınmaqla müvafiq tədbirlərin həyata keçirilməsini; 2.2 dövlət mülkiyyətinə keçirilmiş və tez xarab olan malların xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilən tədbirlər barədə gömrük xidmətinin X1 Sisteminin “MSAİE” altbölməsində qeydiyyatın aparılmasını. 3.Sərəncamın icrasına nəzarət Komitə sədrinin müavini Fuad Məmmədova həvalə edilsin. 4.Komitənin Katibliyi sərəncamın aidiyyəti üzrə göndərilməsini təmin etsin. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.4-cü maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 331.1-ci maddəsinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada məhv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın 1.5.1-ci yarımbəndinə əsasən malların istehlak xassələrinin bərpası imkanı istisna edildikdə malların məhv edilməsinə yol verilir. Həmin Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar qanunla müəyyən edilmiş hallarda gömrük orqanının təşəbbüsü ilə məhv edilir. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən bu Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən mallar gömrük orqanlarının müraciəti əsasında məhkəmənin qərarı ilə məhv edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində yerləşən saxlanc anbarlarında saxlanılan 9 adda ərzaq malları- 1. 50 kq (6 ədəd) qarpız, 2. 25 kq pomidor, 3. 65 kq (8 ədəd) qarpız, 4. 56 kq (9 ədəd) qarpız, 5. 25 kq butter buter markalı kərə yağı, 6. 25 kq butter buter markalı kərə yağı, 7. 25 kq butter buter markalı kərə yağı, 8. 25 kq (4 ədəd) qarpız, 9. 50 kq xurma ekspert rəyinə əsasən qüsurludurlar, keyfiyyətlərini itiriblər və öz təyinatları üzrə istifadə oluna bilməzlər. Qeyd olunan normaların tələbindən görünür ki, gömrük orqanlarına təqdim edilmiş malların istehlak xassələrinin bərpası imkanı istisna edildikdə, onların məhv edilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə müvafiq məhkəmə qərarı əsasında həyata keçirilir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 9 adda ərzaq malları- 1. 50 kq (6 ədəd) qarpız, 2. 25 kq pomidor, 3. 65 kq (8 ədəd) qarpız, 4. 56 kq (9 ədəd) qarpız, 5. 25 kq butter buter markalı kərə yağı, 6. 25 kq butter buter markalı kərə yağı, 7. 25 kq butter buter markalı kərə yağı, 8. 25 kq (4 ədəd) qarpız, 9. 50 kq xurma məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. 9 adda ərzaq malları- 1. 50 kq (6 ədəd) qarpız, 2. 25 kq pomidor, 3. 65 kq (8 ədəd) qarpız, 4. 56 kq (9 ədəd) qarpız, 5. 25 kq butter buter markalı kərə yağı, 6. 25 kq butter buter markalı kərə yağı, 7. 25 kq butter buter markalı kərə yağı, 8. 25 kq (4 ədəd) qarpız,
9. 50 kq xurma məhv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Aydan Oruclu