Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6700/2025 25.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə1 Maraqlı şəxs nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi daşınar əşyaların sahibsiz elan edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “daşınar əşyaların məhv edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi tərəfindən verilmiş ərizə təmin edilərək ümumi dəyəri 150.253,60 manat təşkil edən 585 əyarlı qızıldan hazırlanmış və ümumi çəkisi 1533,2 qram təşkil edən 20 ədəd qızıl boyunbağı, 27 ədəd qızıl boyunbağı və 47 ədəd qızıl qolbağın sahibsiz elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi (bundan sonra - Komitə) saxlancına təhvil verilmiş və hazırda Komitənin saxlancında saxlanılan qızıl - zinət əşyalarının sahibləri müəyyən olunmamışdır. Qeyd olunan qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi məqsədilə Komitənin Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixli 3-33-5600/2-001059/2024 nömrəli məktub Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə göndərilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi qeyd olunan məktubun icrası ilə əlaqədar 12 sentyabr 2025-ci il tarixli 160/2 nömrəli rəyləri tərtib etmişdir. Həmin rəylərdə tədqiqata təqdim edilmiş malların faktiki bazar dəyərinin ümumilikdə 150.253,60 manat olması müəyyən edilmişdir. Bundan sonra Komitənin Maliyyə və Təchizat İdarəsi xx.xx.2025-ci il tarixli 3-33/230/039499 nömrəli xidməti qeydi Hüquqi Təminat İdarəsinə göndərərək Komitənin saxlancına təhvil verilmiş və hazırda orada saxlanılan qızılzinət əşyalarının qiymətləndirilməsi barədə ekspertiza rəylərini qoşma edərək qeyd olunan qızıl-zinət əşyalarının sahibsiz elan edilməsi məqsədilə müvafiq məhkəməyə müraciət edilməsini xahiş etmişdir. İdarə xx.xx.2025-ci il tarixli 3-33/220/039595 nömrəli xidməti qeydi Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinə göndərərək sözügedən xidməti qeydə əlavə edilmiş siyahıda əks olunmuş maddi sübutlar barədə məlumatların (cinayət işinin başlanması və icraata qəbul edilməsi, maddi sübut qismində tanınma haqqında qərarların, maddi sübutun saxlanca verilməsi haqqında protokol) İdarəyə təqdim olunması xahiş olunmuşdur. Sözügedən xidməti qeydə Əməliyyat-İstintaq Baş İdarəsi xx.xx.2025-ci il tarixli 3-33/150/047860 nömrəli xidməti qeydlə cavab verilmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2017-ci il tarixli izahatdan və aktdan görünür ki, daşınar əşyalar 2017-ci il tarixədək Komitənin saxlancına təhvil verilmişdir. Azərbaycan Respublikası MPM-nin 324.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. Bu səbəbdən də dəyəri ümumilikdə 150.253,60 manat təşkil edən 585 əyarlı qızıldan hazırlanmış və ümumi çəkisi 1533,2 qram təşkil edən 20 ədəd qızıl boyunbağı, 27 ədəd qızıl boyunbağı və 47 ədəd qızıl qolbaq Komitənin saxlancına (2017-ci il tarix) təhvil verilmiş və hazırda orada saxlanılan qızıl-zinət əşyalarının sahibləri müəyyən olunmadığından qeyd olunan daşınar əşyalar sahibsiz elan edilməlidir. Qeyd edilənlərdən də göründüyü kimi dəyərinin ümumilikdə 150.253,60 manat olan daşınar əşyanın sahibi yoxdur və həmin əşyalara Komitə tərəfindən sahiblik edilməyə başlanmışdır. Nəzərə almaq lazımdır ki, həmin əşyanın sahibliyə verilməsi ilə əlaqədar Komitəyə müraciət olunmamışdır. Belə olan təqdirdə ümumi dəyəri 150.253,60 manat olan zərgərlik məlumatlarının sahibsiz elan edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə1 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ticarət və Sənayə palatası “Azərekspertiza” birliyi mərkəzinin 160/2 saylı, 11 sentyabr 2025-ci il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş malların faktiki bazar dəyərinin ümumilikdə 150.253,60 manat olması müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi Maraqlı şəxsnə məxsus saxlanc məntəqəsində saxlanılan 585 əyarlı qızıldan hazırlanmış və ümumi çəkisi 1533,2 qram təşkil edən 20 ədəd qızıl boyunbağı, 27 ədəd qızıl boyunbağı və 47 ədəd qızıl qolbaq qızılzinət əşyalarının sahibləri müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Ticarət və Sənayə palatası “Azərekspertiza” birliyi mərkəzinin 160/2 saylı, 11 sentyabr 2025-ci il tarixli ekspert rəyi ilə dəyəri ümumilikdə 150.253,60 manat təşkil edən qızıl-zinət əşyalarının sahibləri müəyyən olunmadığından qeyd olunan daşınar əşyalar sahibsiz elan edilməlidir. Qeyd edilənlərdən də göründüyü kimi Ərizəçi Maraqlı şəxsnə məxsus saxlanc yerində saxlanılan malların sahibi yoxdur və həmin əşyalara Dövlət Gömrük Komitəsi tərəfindən sahiblik edilməyə başlanılmışdır. Belə olduğu halda, məhkəmə iş materiallarını nəzərdən keçirərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.4-cü maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 323.1-ci maddəsinə əsasən daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. Həmin Məcəllənin 326.1-ci maddəsinə əsasən məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ümumi dəyəri 150253,60 manat təşkil edən 585 əyarlı qızıldan hazırlanmış və ümumi çəkisi 1533,2 qram təşkil edən 20 ədəd qızıl boyunbağı, 27 ədəd qızıl boyunbağı və 47 ədəd qızıl qolbağ sahibsiz elan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227,233, 323-326 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ümumi dəyəri 150253,60 manat təşkil edən 585 əyarlı qızıldan hazırlanmış və ümumi çəkisi 1533,2 qram təşkil edən 20 ədəd qızıl boyunbağı, 27 ədəd qızıl boyunbağı və 47 ədəd qızıl qolbağ sahibsiz elan edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-6700/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6700/2025
25.12.2025 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver