Məhkəmə qərarları › İş №2(103)-4076/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4076/2025

28.10.2025 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4076/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maraqlı şəxs Azərbaycan Respublikaı Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs1 olmaqla daşınar əşyaların sahibsiz hesab edilməsi tələbinə dair xüsusi icraat qaydasında mülki iş üzrə (açar sözlər: daşınar əşyaların sahibsiz hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə3, Maraqlı şəxs3, onun nümayəndəsi Nümayəndə1, maraqlı şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maraqlı şəxs Azərbaycan Respublikaı Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs1 olmaqla daşınar əşyaların sahibsiz hesab edilməsi tələbinə dair xüsusi icraat qaydasında mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(004)-3273/2022 nömrəli qətnaməsindən Maraqlı şəxs3 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları

1. 23 yanvar 2019-cu il tarixlu təhvil-təslim barədə akta əsasən Qərb ərazi Baş Gömrük İdarəsinin inzibati binasının həyətində, Qazax rayonu 2-ci Şıxlı kəndinin ərazisində və X10 həyətində saxlanılan 16 adda nəqliyyat vasitəsi Maraqlı şəxs1 müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili şöbəsinin Bakı bölməsinin inspektoru X5 və həmin bölmənin böyük inspektoru X2 təhvil verilmişdir.

2. 24 dekabr 2018-ci il tarixli akta əsasən 17 adda nəqliyyat vasitəsi Maraqlı şəxs1 anbarına saxlanca götürülmüşdür.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2022-ci il tarixli, 9/7600 nömrəli ekspert arayışında qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 45 adda avtomobillər, motosikletlər, avtobuslar hazırda təyinatı üzrə istifadəyə yararsız olduğundan həmin avtomobillərin qiymətini müəyyən etmək mümkün olmamışdır. (Həmin avtomobillərin ayrıayrılıqqa adları cədvəldə göstərilmişdir.)

Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maraqlı şəxs Azərbaycan Respublikaı Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs1nə qarşı “daşınar əşyaların sahibsiz hesab edilməsi” tələbinə dair ərizə və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərterminalkompleks” Birliyinə məxsus Bakı şəhəri Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən anbarda saxlanılan 1. JTMHU09J2E4082039 BAN nömrəli X15 markalı 2. SALLJGMM4XA567235 BAN nömrəli X14 markalı, 3. XTA2H**********0 BAN nömrəli VAZ markalı, 4.XTK**********9950 BAN nömrəli FORD markalı, 5. 43R001126 BAN nömrəli Wolkswagen Pasat markalı, 6. WAUZZZ4L47D095829 BAN nömrəli Audi Q7 markalı, 7. WAUZZZ4L47D095829 BAN nömrəli Audi Q7 markalı, 8. 096355 BAN nömrəli GAZ-24 markalı, 9. WDB1240221 J046609 BAN nömrəli Mercedes markalı, 10. BB1241301B956349 BAN nömrəli Mercedes markalı, 11.10000667 BAN nömrəli VAZ-2106 markalı, 12. WDB2020861F856216 BAN nömrəli Mercedes markalı, 13 W0L000026T1112408 BAN nömrəli Opel Omega markalı,

14. VAZ-2105 (2107) markalı, 15. ******* BAN nömrəli QAZ 24 markalı, 16. XTA210700H0260433 BAN nömrəli VAZ-2105 (2107) markalı, 17. XTA210610X4117529 BAN nömrəli VAZ-2103 (2106) markalı, 18. XTA210993N1177153 BAN nömrəli VAZ21099 markalı, 19. XTA**********7061 BAN nömrəli VAZ 2105 (2107) markalı, 20. J0167959 BAN nömrəli VAZ 2104 markalı, 21. KLAJA69ZEWK083429 BAN nömrəli Daewoo Nubira markalı, 22. WVWZZZ31ZLE179680 BAN nömrəli Wolkswagen Passat markalı, 23. Y6DTF69YO60033744 BAN nömrəli Chevrolet _ anos markalı, 24. XTA**********6540 BAN nömrəli LADA2110 markalı, 25. VF7DE6FZB BAN nömrəli Citroen C5 markalı, 26. GD11213905 BAN nömrəli Honda FİT markalı, 27. WOLTGF35Y2002543 BAN nömrəli Opel Astra markalı, 28. WV2ZZZ7HZ4H078004 BAN nömrəli Wolkswagen transporter markalı, 29. BVZKA30692 BAN nömrəli Ford markalı, 30. XLRDE33K0E335496 BAN nömrəli DAF SB3000 markalı, 31. XTA219110EY107595 BAN nömrəli Lada markalı, 32. VSA**********7185 BAN nömrəli Mercedes Vita markalı, 33. 422213HD101775192 BAN nömrəli Setra S-213 markalı 34. L8YGY05FY100006 BAN nömrəli Riga markalı, 35. 5DPCBLD6D0A00617 BAN nömrəli ALPHA markalı, 36. Honda markalı (BAN nömrəsi bilinmir), 37. SALLSAA145A901434 BAN nömrəli Range Rover markalı nəqliyyat vasitəsi və 38. Z8ETAG200C0001000 BAN nömrəli Stels Tactic 50 markalı motosiklet sahibsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, ir qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maraqlı şəxs1nə məxsus Bakı şəhəri Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən anbarda saxlanılan 45 ədəd nəqliyyat vasitəsi istifadəsiz qalmış, yararsız və qəzalı vəziyyətə düşmüşdür. Həmin nəqliyyat vasitələrinin təyinat məsələsinin həll edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin qeydiyyat nişanının aid olduğu ölkənin müvafiq dövlət orqanında qeydiyyatda olub-olmaması, qeydiyyatda olduğu təqdirdə sahibi haqqında məlumatların, qeydiyyatda olmadığı təqdirdə kim tərəfindən və nə vaxt qeydiyyatdan çıxarıldığı müəyyən edilməklə hansı tarixdə həmin ölkənin ərazisini tərk etməsi barədə məlumatların verilməsi üçün sorğular göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maraqlı şəxs1nə məxsus Bakı şəhəri Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən anbarda saxlanılan nəqliyyat vasitələrinin istismara yararlı olub-olmaması, yararlı olduğu təqdirdə faktiki bazar qiyməti ilə dəyərlərinin müəyyən edilməsinə dair ekspert arayışı təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə xx.xx.2021-ci il tarixli 2300-030/0xx-xx/000665 nömrəli məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Birliyin anbarında saxlanılan nəqliyyat vasitələrinə xx.xx.2021-ci il tarixdə baxış keçirilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli ekspertiza rəyi tərtib edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maraqlı şəxs1nə göndərilmişdir. Həmin rəydən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maraqlı şəxs1nə məxsus Bakı şəhəri Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən anbarda saxlanılan nəqliyyat vasitələri hazırda təyinatı üzrə istifadəyə yararsız olduğundan həmin avtomobillərin qiymətini müəyyən etmək mümkün olmamışdır. Qeyd edilənlərdən də göründüyü kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maraqlı şəxs1nə məxsus Bakı şəhəri Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən anbarda saxlanılan nəqliyyat vasitələri olan daşınar əşyaların sahibi yoxdur və həmin əşyalara (2006-cı və 2017-ci il) Dövlət Gömrük Komitəsi tərəfindən sahiblik edilməyə başlanılmışdır. Nəzərə almaq lazımdır ki, həmin əşyaların sahibliyə verilməsi ilə əlaqədar Dövlət Gömrük Komitəsinə müraciət olunmamışdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(004)- 3273/2022 nömrəli qətnaməsinə əsasən ərizə təmin olunaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərterminalkompleks” Birliyinə məxsus Bakı şəhəri Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən anbarda saxlanılan 1. JTMHU09J2E4082039 BAN nömrəli X15 markalı 2. SALLJGMM4XA567235 BAN nömrəli X14 markalı, 3. XTA2H**********0 BAN nömrəli VAZ markalı, 4.XTK**********9950 BAN nömrəli FORD markalı, 5. 43R001126 BAN nömrəli Wolkswagen Pasat markalı, 6. WAUZZZ4L47D095829 BAN nömrəli Audi Q7 markalı, 7. WAUZZZ4L47D095829 BAN nömrəli Audi Q7 markalı, 8. 096355 BAN nömrəli GAZ-24 markalı, 9. WDB1240221 J046609 BAN nömrəli Mercedes markalı, 10. BB1241301B956349 BAN nömrəli Mercedes markalı, 11.10000667 BAN nömrəli VAZ-2106 markalı, 12. WDB2020861F856216 BAN nömrəli Mercedes markalı, 13 W0L000026T1112408 BAN nömrəli Opel Omega markalı,

14. VAZ-2105 (2107) markalı, 15. ******* BAN nömrəli QAZ 24 markalı, 16. XTA210700H0260433 BAN nömrəli VAZ-2105 (2107) markalı, 17. XTA210610X4117529 BAN nömrəli VAZ-2103 (2106) markalı, 18. XTA210993N1177153 BAN nömrəli VAZ21099 markalı, 19. XTA**********7061 BAN nömrəli VAZ 2105 (2107) markalı, 20. J0167959 BAN nömrəli VAZ 2104 markalı, 21. KLAJA69ZEWK083429 BAN nömrəli Daewoo Nubira markalı, 22. WVWZZZ31ZLE179680 BAN nömrəli Wolkswagen Passat markalı, 23. Y6DTF69YO60033744 BAN nömrəli Chevrolet _ anos markalı, 24. XTA**********6540 BAN nömrəli LADA2110 markalı, 25. VF7DE6FZB BAN nömrəli Citroen C5 markalı, 26. GD11213905 BAN nömrəli Honda FİT markalı, 27. WOLTGF35Y2002543 BAN nömrəli Opel Astra markalı, 28. WV2ZZZ7HZ4H078004 BAN nömrəli Wolkswagen transporter markalı, 29. BVZKA30692 BAN nömrəli Ford markalı, 30. XLRDE33K0E335496 BAN nömrəli DAF SB3000 markalı, 31. XTA219110EY107595 BAN nömrəli Lada markalı, 32. VSA**********7185 BAN nömrəli Mercedes Vita markalı, 33. 422213HD101775192 BAN nömrəli Setra S-213 markalı 34. L8YGY05FY100006 BAN nömrəli Riga markalı, 35. 5DPCBLD6D0A00617 BAN nömrəli ALPHA markalı, 36. Honda markalı (BAN nömrəsi bilinmir), 37. SALLSAA145A901434 BAN nömrəli Range Rover markalı nəqliyyat vasitəsi və 38. Z8ETAG200C0001000 BAN nömrəli Stels Tactic 50 markalı motosiklet sahibsiz hesab olunması qət edilmişdir.

7. Qətnamə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maraqlı şəxs1nə məxsus Bakı şəhəri Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən anbarda saxlanılan nəqliyyat vasitələri nəqliyyat vasitələrinin təyinat məsələsinin həll edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin qeydiyyat nişanının aid olduğu ölkənin müvafiq dövlət orqanında qeydiyyatda olubolmaması, qeydiyyatda olduğu təqdirdə sahibi haqqında məlumatların, qeydiyyatda olmadığı təqdirdə kim tərəfindən və nə vaxt qeydiyyatdan çıxarıldığı müəyyən edilməklə hansı tarixdə həmin ölkənin ərazisini tərk etməsi barədə məlumatların verilməsi üçün aidiyyatı üzrə sorğular göndərilmişdir. Lakin sorğulara verilmiş cavablardan görünür ki, həmin nəqliyyat vasitələrinin sahiblərinin kimliyini, həmçinin nəqliyyat vasitələrinin hansı tarixdə və kimlər tərəfindən Azərbaycan Respublikasının ərazisinə gətirilməsini müəyyən etmək mümkün deyil. Hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 12 yanvar 2022-ci il tarixli, 9/7600 nömrəli ekspert arayışına əsasən ekspertiza tədqiqatına təqdim edilmiş nəqliyyat vasitələri hazırda təyinatı üzrə istifadəyə yararsız olduğundan onların qiymətini müəyyən etmək mümkün olmamışdır. Qeyd edilənlərdən də göründüyü kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maraqlı şəxs1nə məxsus Bakı şəhəri Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən anbarda saxlanılan nəqliyyat vasitələri olan daşınar əşyaların sahibi yoxdur və həmin əşyalara Dövlət Gömrük Komitəsi tərəfindən sahiblik edilməyə başlanılmışdır. Nəzərə almaq lazımdır ki, həmin əşyaların sahibliyə verilməsi ilə əlaqədar Dövlət Gömrük Komitəsinə müraciət olunmamışdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305, 323, 324, 326-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Maraqlı şəxs3 qətnamədən apellyasiya şikayəti verərək qismən, Maraqlı şəxs3 mülkiyyətində olan X16 minik markalı, ** UO *** dövlət qeydiyyat nişanlı, SALLSAA145A901434 ban nömrəli avtomobilə münasibətdə ləğv, ərizənin həmin hissədə təmin olunmamasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamədə sadalanan nəqliyyat vasitələrinin siyahısında 37-ci sırada göstərilmiş, Maraqlı şəxs3 mülkiyyətində olan X16 minik markalı, ** UO *** dövlət qeydiyyat nişanlı, SALLSAA145A901434 ban nömrəli avtomobilin sahibsiz hesab edilməsi barədə qətnamə çıxarmaqla, onun AR Konstitusiyasının 13 və 29-cu, AR Mülki Məcəlləsinin 152.1-ci maddələrinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi, ərizədə qeyd olunan nəqliyyat vasitəsinin sahibsiz olmasını təsdiq edən sübutlartın ərizəçi tərəfindən təqdim edilməməsini nəzərə almamış, təqdim edilmiş materiallarda nəqliyyat vasitəsinin rekvizitləri (markası, ban nömrəsi) olmasına baxmayaraq, həmin nəqliyyat vasitəsinin mülkiyyətçisinin müəyyən edilməsi ilə bağlı, nəqliyyat vasitələrinin reyestrini aparan müvafiq icra hakimiyyəti orqanına sorğu verməmiş və nəqliyyat vasitəsinin mülkiyyətçisi olduğu halda, əşyanı sahibsiz hesab etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Maraqlı şəxs3 nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir.

13. Ərizəçinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 184.2. Əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Maddə 204.1. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır. Madə 204.2. Daşınar əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina üçün mülkiyyətçi bu barədə yazılı elan verməli və ya həmin əmlaka hər hansı hüququnu saxlamaq niyyəti olmadan əmlaka sahiblik etməkdən, ondan istifadə etməkdən və ona dair sərəncam verməkdən kənarlaşmasını aşkar göstərən başqa hərəkətləri yerinə yetirməlidir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 305.1.4. Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Maddə 324.1. Daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. Maddə 326.1. Məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayəti ilə qətnamənin Maraqlı şəxs3 mülkiyyətində olan X16 minik markalı, ** UO *** dövlət qeydiyyat nişanlı, SALLSAA145A901434 ban nömrəli avtomobilə münasibətdə ləğv, ərizənin həmin hissədə təmin olunmaması mübahisələndirildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə belə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən mübaisələndirilən hissədə ləğv olunaraq həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalıdır.

18. İddia ərizəsində və qətnamədə maddi hüquq normasına istinad edilməyib. Birinci instansiya məhkəməsi avtomobili sahibsiz hesab edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 326.1-ci maddəsinə istinad edib. Həmin maddəyə görə, məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır.

19. Hazırkı işdə tətbiq edilməli olan maddi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 184.2-cü maddəsindəki normadır. Həmin maddəyə görə, əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Göründüyü kimi, daşınar əşyanın sahibsiz sayılması üçün aşağıda göstərlən 3 haldan biri mövcud olmalıdır: 1) əşyanın mülkiyyətçisi olmamalıdır; 2) əşyanın mülkiyyətçisi məlum olmamalıdır; 3) əşyanın keçmiş mülkiyyətçi mülkiyyətdən imtina etməlidir.

20. Birinci instansiya məhkəməsi tərəfindən avtomobilin mülkiyyətçisinin olub – olmaması məsələsi araşdırılmasa da, apellyasiya instansiyası məhkəməsində müvafiq orqana sorğu göndərilmiş, alınmış cavaba əsasən müəyyən olunmuşdur ki, 24 dekabr 2014-cü il tarixdən Maraqlı şəxs3 mülkiyyətindədir və "xxxx" ASC-nin yüklülüyündədir.

21. Yəni, daşınar əşyanın sahibsiz sayılması üçün yuxarıda göstərilən 1-ci və 2-ci hal mövcud deyil, yəni avtomobilin mülkiyyətçisi var və məlumdur, avtomobil rəsmi reyestrdə qeydə alınıb, reyestrin məzmunundan mülkiyyətçinin kimiliyi bəllidir.

22. 3-cü halın da mövcudluğu təsdiq olunmur, yəni mülkiyyətçi avtomobil üzərində mülkiyyət hüququndan imtina etməmişdir.

24. Mülkiyyət hüququndan imtinanın qaydaları daşınmaz və daşınar əşyalara münasibətdə fərqlidir. Avtomobil rəsmi reyestrdə qeydə alınan daşınar əşya olduğuna görə, mülkiyyət hüququndan imtinaya daşınmaz əşyalara aid qaydalar tətbiq olunmalıdır. Lakin imtina ilə bağlı Mülki Məcəllənin 204.1 və 204.2-ci maddələrinə qeyd olunan şərtlər də mövcud deyildir.

25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə ərizənin təmin olunması barədə gəldiyi nəticə əsassızdır, apellyasiya şikayətinin dəlilləri işin halları ilə təsdiq olunmaqla, qətnamənin həmin hissədə ləğvinə əsas verir. Buna görə də qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, ərizə həmin hissədə rədd olunmalıdır.

26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(004)- 3273/2022 nömrəli qətnaməsindən Maraqlı şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(004)- 3273/2022 nömrəli qətnaməsi qismən - X16 minik markalı, ** UO *** dövlət qeydiyyat nişanlı, SALLSAA145A901434 ban nömrəli avtomobilin sahibsiz hesab edilməsinə aid hissədə ləğv edilsin. Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “daşınar əşyaların sahibsiz hesab edilməsi barədə” ərizəsi X16 minik markalı, ** UO *** dövlət qeydiyyat nişanlı, SALLSAA145A901434 ban nömrəli avtomobilin sahibsiz hesab edilməsinə aid hissədə rədd olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar