Məhkəmə qərarları › İş №2(003)-361/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-361/2023

10.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-361/2023 10.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə (maraqlı şəxs – DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsi) mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən Əzizbəyov (indiki Xəzər) rayonu, Qala kəndi, 3 saylı Zeytun Sovxozu küçəsində yerləşən 87 nömrəli, 1992-ci il tarixli yaşayış evinə dair texniki pasportun və qeydiyyat vəsiqəsinin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən Əzizbəyov (indiki Xəzər) rayonu, Qala kəndi, 3 saylı Zeytun Sovxozu küçəsində yerləşən 2 yaşayış otaqlı 87 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08/08 saylı, 29 yanvar 1988-ci il tarixli qərarı əsasında onun adına (sənəddə Ərizəçi Zəliqulu qızına) qeydə alınmışdır. Sözügedən ünvana mülkiyyətin tanınması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsinə müraciətinə cavabda bildirilmişdir ki, fərdi yaşayış evinə dair sənədlərdə hüquq sahibinin ata adı Zəliqulu qeyd edilsə də, şəxsiyyət vəsiqəsində Zərqulu qeyd edilmişdir.Bu səbəbdən də əmlakın dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Göstərilən faktın müəyyən edilməsi ona evin sənədləşdirilməsi üçün lazımdır və bu faktın başqa qaydada müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmunun uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X* ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Atalarının adı Zərqulu olmuş, lakin evinə dair texniki pasport və qeydiyyat vəsiqəsində bacısının ata adı yanlışlıqla Zəliqulu kimi qeyd edilmişdir. Həmçinin bildirdi ki ki, onun bacısı Ərizəçi 30 ildən çoxdur ki, Qala kəndi, 3 saylı Zeytun Sovxozu küçəsində yerləşən 87 nömrəli evdə öz ailə üzvləri ilə birlikdə yaşayır. Digər şahid X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 18*.*-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1). Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 30*.1.1). Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respubliası Əmlak X13 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 11220742*7 nömrəli, 17.0*.2022-ci il tarixli ərizə tərəflərindən baxılmış, müraciətlə əlaqədar olaraq bildirirlər ki, elektron kadastr məlumatına texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya uyğunsuzluğu mövcuddur. Bundan başqa, təqdim edilən fərdi yaşayış evinə dair sənədlərdə hüquq sahibinin ata adı Zəliqulu qeyd edilsə də, şəxsiyyət vəsiqəsində Zərqulu qeyd edilmişdir.Odur ki, hüquqların qeydiyyatından imtina edilmişdir. İş materiallarında olan Xəzər rayon Qala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Sovet Sosialist Respublikası Abşeron texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 şəxsi mülkiyyət hüququ əsasında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08/08 nömrəli xx.xx.1988-ci il tarixli qərarı əsasında Ərizəçi Zəliqulu qızının adına qeydə alınmışdır. İş materiallarında olan ünvan 1 ünvanına dair verilmiş noyabr 1992-ci il tarixli texniki pasportun surətindən görünür ki, ev sahibi Ərizəçi Zəliqulu qızıdır. İş materiallarına xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi aid şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X4 arasında 1*.0*.1987-ci il tarixdə nikah bağlamış, arvada Quliyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X4, X6 və X1 atası X2r. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahidin ifadəsini və işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.*). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, işin tədqiq olunan halları ünvan 1 ünvanına dair Azərbaycan Sovet Sosialist Respublikası Abşeron texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin və 1992-ci il tarixli texniki pasportun Ərizəçi məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, ünvan 1 ünvanına dair Azərbaycan Sovet Sosialist Respublikası Abşeron texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş reyestr kitabında *17* nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsinin və 1992-ci il tarixli texniki pasportun xx.xx.1967-ci il tarixdə anadan olmuş Ərizəçi məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 30*, 307, 3*8, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. ünvan 1 ünvanına dair Azərbaycan Sovet Sosialist Respublikası Abşeron texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin və 1992-ci il tarixli texniki pasportun Ərizəçi məxsus olması fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar