Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3614/2024 25.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi nümayəndəsi (oğlu) X12 iştirakı ilə Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi maraqlı şəxs qismində cəlb edilməklə xüsusi icraat ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 adına olan ünvan 2 saylı evin exniki pasportunun mərhum qayınanası X2 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi (oğlu) X15 məhkəmə iclasında bildirdi ki, nənəsinin adı İnsafxanım olmuşdur, lakin texniki pasportda İnsaf olaraq qeyd edilmişdir.İnsafxanım ata tərəfdən nənəsidir.X7 xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. X16 xx.xx.1992-ci il tarixdə anası Ərizəçi ilə nikaha daxil olmuşdur.Atası Fikrət xx.xx.2009-cu il tarixdə vəfat etmişdir.Nənəsi İnsafxanım xx.xx.1986-cı il tarixdə vəfat etmişdir. Hal-hazırda texniki səhv ərizəçinin mülkiyyət hüququ əldə etməsinə mane olur.Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Vİ-ЖГ seiyalı, 314171 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X13 arasında xx.xx.1992-ci il tarixdə nikah bağlanmışdır. Həmin tarixdə bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 690 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada İslamova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AЗ seriyalı, 204816 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1962-ci il tarixdə anadan olmuşdur.X11, anası X3r. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 349698 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş İ-ИE seiyalı, 062550 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X4 arasında xx.xx.1958-ci il tarixdə nikah bağlanmışdır. . Həmin tarixdə bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 62 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada İslamova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş İİİ-ЖГ seriyalı, 376713 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1986-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş DƏDKR Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-431088/**********631088 nömrəli məktubundan görünür ki, texniki pasportda hüquq sahibinin adı “İnsaf”, digər sənədlərdə isə “İnsafxanım” qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AR ƏN Bakı şəhəri 7 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 166 nömrəli DƏDKR Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı məktubdan görünür ki, Ərizəçi müraciət edərək xx.xx.1986-cı il tarixdə vəfat etmiş X1 qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanı X6 adına tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.5). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən müəyyən olundu ki, texniki pasportda yazılan X10 ilə ölüm haqqında şəadətnamədə qeyd edilən X5 eyni şəxsdir.Bu texniki pasportun X2 məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, ünvan 2 saylı evin texniki pasportunun X2 məxsus olması barədə qətnamə çıxarılmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. ünvan 2 saylı evin texniki pasportunun X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-3614/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3614/2024
25.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver