Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3622/2022 14.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, ərizəçilər Ərizəçi1 və Ərizəçi* (Maraqlı şəxs) hüquqi əhəmiyyəti olan faktın (fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyum təyin edilməsi) müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i m: Ərizəçilər Ərizəçi1 və Ərizəçi* (Maraqlı şəxs) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1940-cı il tarixdə Lerik rayonu, Xəlifə kəndində anadan olmuş X1 və xx.xx.1948-ci il tarixdə Lerik rayonunda anadan olmuş Ərizəçi* məhdud fəaliyyət qabiliyyəti olan hesab edilməsi və onların üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə, ərizəçilərin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə tərəfindən onların əvəzinə imzalanmışdır. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-nin 306.1 və 306.*-ci maddələrinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarım bölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 317.1 və 317.*-ci maddələrinə əsasən, spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında iş onun ailə üzvlərinin, müvafiq icra hakimiyyəti orqanının ərizəsi üzrə qaldırılır. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Qeyd olunan normanın tələbindən görünür ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli, yaxud fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə müraciət etmək hüququ yalnız onun ailə üzvləri, yaxın qohumları və müvafiq icra hakimiyyəti orqanına məxsusdur. İşdən görünür ki, hazırkı ərizə səlahiyyəti olmayan şəxs tərəfindən, yəni fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsi qaldırılmış şəxslərin özləri tərəfindən verilmiş, qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310.1.-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Bununla yanaşı, ərizənin məzmunu şəxslərin fəaliyyət qabiliyyətsiz olması barədə olsa da, məhkəmədən şəxsin məhdud fəaliyyətli qabiliyyəti olan hesab edilməsi xahiş edilmişdir. Həmçinin, ərizə qanunvericiliklə müəyyən edilmiş qaydada əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-in 151.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinə bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, ərizəçilərin ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 15*.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 15*, *63-*64, *68-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: Ərizəçilər Ərizəçi1 və Ərizəçi* (Maraqlı şəxs) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-3622/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3622/2022
14.10.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver