Məhkəmə qərarları › İş №2(003)-3642/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3642/2020

26.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3642/2020 26.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, hüquqmüəyyənedici sənədlər olan Azərbaycan SSR Bakı şəhər Əzizbəyov rayonu Binə qəsəbə X12 İcraiyyə Komitəsinin 8 nömrəli, xx.xx.1990-cı il tarixli qəranndan “çıxarışın” və Azərbaycan Respublikasının Milli X16 rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin “Arxiv arayışının” ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Binə qəsəbəsinin ərazisində yerləşən Abşeron rayonunun Donuzkökəltmə sovxozunun X13, həmkarlar komitəsinin xx.xx.1990-cı il tarixli, 23 nömrəli qərarı və xx.xx.1990-cı il tarixli, 135 nömrəli əmrinə əsasən ona fərdi ev tikmək üçün 0,07 ha torpaq sahəsi ayrılmışdır. Belə ki, Azərbaycan SSR Bakı şəhər Əzizbəyov rayonu Binə qəsəbə X10 İcraiyyə Komitəsinin 8 nömrəli, xx.xx.1990-cı il tarixli qərarından çıxarışdan görünür ki, Abşeron rayonu Donuzkökəltmə sovxozunun işçisi X2 0,07 ha hesabı ilə fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında Donuzkökəltmə sovxozunun X13, həmkarlar komitəsinin xx.xx.1990-cı il tarixli, 23 nömrəli qəran və xx.xx.1990-cı il tarixli, 135 nömrəli əmri məqsədəuyğun hesab edilərərk təsdiq olunmuşdur. Bundan başqa Azərbaycan Respublikasının Milli X16 rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin ona ünvanladığı F-448 nömrəli, xx.xx.2018-ci il tarixli arxiv arayışından görünür ki, Abşeron rayonu Donuzkökəltmə sovxozu direktorunun xx.xx.1990cı il tarixli, 135 saylı əmri Abşeron rayon Dövlət Arxivində saxlanılır. xx.xx.1990-cı il tarixli, 135 saylı əmrdə göstərilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu, 521 nömrəli qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X13 birgə ümumi iclasında qəbul edilmiş, xx.xx.1990-cı il tarixli, 23 saylı qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,07 ha həyətyanı torpaq sahəsi ayrılır və adlı siyahı əlavə olunur. Adlı siyahıda vətəndaş siyahısında X3 adı 99 sıra sayı ilə qeyd olunmuşdur. O, qeyd edilən sənədlər əsasında Binə qəsəbəsində yerləşən və istifadəsində olan 0.07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququmu təsdiq edən sənədləri əldə etmək üçün müvafiq dövlət orqanlarına müraciət etdiyi zaman ona bildirdilər ki, hər iki sənəddə onun adı yanlış göstərildiyinə görə mülkiyyət hüququnun tanınması ilə bağlı sənədləşmənin aparılması mümkün olmayacaq. Belə ki, Azərbaycan SSR Bakı şəhər Əzizbəyov rayonu Binə qəsəbə X10 İcraiyyə Komitəsinin 8 nömrəli, xx.xx.1990-cı il tarixli qərarından çıxarışda mənim adım “Tariverdi”, Azərbaycan Respublikasının Milli X16 rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin arxiv arayışında isə “Tarverdi” olaraq qeyd edilmişdir ki, bu adlar şəxsiyyətimi təsdiq edən sənəddə qeyd edilən adımla, yəni “Tanrıverdi” adı ilə ziddiyyət təşkil edir. O, bir neçə dəfə həm Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbəsindəki nümayəndəliyinə (Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli, 372 nömrəli fərmanına əsasən X10 İcraiyyə Komitələrinin səlahiyyətlərinə xitam verilmiş və onlan rayon icra hakimiyyəti başçısının qəsəbələrdəki nümayəndələri əvəz etmişdir), həm də Azərbaycan Respublikasının Milli X16 RİH Abşeron rayon Dövlət Arxivinə bu yanlışlıqların aradan qaldırılması üçün yazılı və şifahi formada müraciət etməsinə baxmayaraq müraciətlərinin heç bir nəticəsi olmadığma görə hüquqi əhəmiyyəti olan bu faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Daha sonra ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Bakı şəhər Əzizbəyov rayonu Binə qəsəbəsi X10 İcraiyyə Komitəsinin 8 nömrəli xx.xx.1990-cı il tarixli qərarından çıxarışının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X8 1952-ci il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Ərizəçi, anası X5r. İş materiallarında olan diplomun surətindən görünür ki, Ərizəçi 1963-cü il tarixdə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1969-cu il tarixdə orada “Sənaye və mülki tikintisi” ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arxiv arayışından görünür ki, Abşeron rayonu Binə donuzkökəltmə sovxozu direktorunun xx.xx.1990-cı il tarixli 135 saylı əmri ilə Ərizəçi adı mətnin orijinalında X1 qeyd edilmişdir. Bununla bağlı ona Abşeron rayon Dövlət arxivi tərəfindən xx.xx.2018-ci il tarixdə F-448 saylı çıxış nömrəsi ilə Arxiv arayışı verilmişdir. İş materiallarında olan Azərbaycan SSR-i Bakı şəhəri Əzizbəyov rayonu Binə qəsəbə XDS İcraiyyə Komitəsinin 8 saylı qərarından verilmiş xx.xx.1990-cı il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Donuzkökəltmə sovxozunun işçisi X6 0.07 ha hesabı ilə fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında Donuzkökəltmə sovxozunun X13 həmkarlar komitəsinin xx.xx.1990-cı il tarixli əmri məqsədəuyğun hesab edilərək təsdiq edilmişdir. Göründüyü kimi, Azərbaycan SSR-i Bakı şəhəri Əzizbəyov rayonu Binə qəsəbə XDS İcraiyyə Komitəsinin 8 saylı qərarından çıxarışda 0.07 ha həyətyani torpaq sahəsi ayrılmış şəxs «X6» göstərilsə də, işdə olan digər sənədlərdə «Ərizəçi» kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair həmin sənədin atasına və nənəsinə məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə həmin torpaq sahəsinə dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan SSR-i Bakı şəhəri Əzizbəyov rayonu Binə qəsəbə XDS İcraiyyə Komitəsinin X2 fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.07 ha həyətyani torpaq sahəsinin ayrılması barədə xx.xx.1990-cı il tarixli 8 saylı qərarından çıxarışın Ərizəçi (şəxsiyyət vəsiqəsinə əsasən) məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan SSR-i Bakı şəhəri Əzizbəyov rayonu Binə qəsəbə XDS İcraiyyə Komitəsinin X2 fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.07 ha həyətyani torpaq sahəsinin ayrılması barədə xx.xx.1990-cı il tarixli 8 saylı qərarından çıxarışın Ərizəçi (şəxsiyyət vəsiqəsinə əsasən) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar