Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3682/2022 20.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı, İddiaçı cavabdehlər Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək ona **********00010 saylı kod üzrə yazılmış qaz sərfiyyatına görə 2957,57 manat borcun silinməsinə və cavabdeh təşkilatın işçisi, iş üzrə 2-ci cavabdeh X3 barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin forması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Ona görə ki, iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Mövcud iddia ərizəsinin məzmunundan aydın görünür ki, iddiaçı iddia tələbini cavabdehlər Cavabdehnə və X1 qarşı qaldırmış olsa da, cavabdeh olaraq göstərdiyi cavabdeh X1 qarşı hər hansı bir tələb yönəltməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi onun forma və məzmununa uyğun məhkəməyə verilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçı iddia ərizəsində X2 cavabdeh kimi göstərməmiş, lakin iddia ərizəsinin “xahiş edirəm” hissəsində ona qarşı tələb irəli sürmüşdür. Məhkəmə hesab edir ki, hazırki iddia məhkəmənin icraatına qəbul edilə bilməz. Belə ki, iddiaçının cavabdeh olaraq göstərmədiyi X3 barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı qərar qəbul edilməsi tələbi cavabdehə yönələn tələb sayılmır. Belə ki, iddiaçı tərəfindən X3 cavabdeh kimi iddia ərizəsində göstərildiyi halda ona qarşı hər hansı tələb irəli sürülə bilər. İddiaçı X2 cavabdeh kimi iddia ərizəsində göstərdiyi təqdirdə ona qarşı tələb irəli sürməlidir. Hazırkı halda iddia ərizəsində qeyd olunan hallar öz əksini tapmamışdır. İddiaçının “X3 barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı qərar qəbul edilməsi” tələbi ilə bağlı qeyd olunur ki, iddianın həmin hissəsinə dair məhkəmə işə mahiyyəti üzrə baxıb yekun qərar çıxararkən həmin hala qiymət verməli olduğundan bu hala cavabdeh kimi göstərilməmiş X3 cavab verməli olan şəxs deyil. Belə ki, X3 iddiaya cavab verməli olan şəxs olmadığından və həmin halın məhkəmənin işə mahiyyəti üzrə baxıb hüquqi qiymət verərkən həll etməli məsələ olduğundan iddia ərizəsində qeyd edilən tələb cavabdehə yönəlmiş tələb sayıla bilməz. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci və 152.1.3-cü maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: İddiaçı cavabdehlər Cavabdehnə və X1 qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3682/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3682/2022
20.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver