Məhkəmə qərarları › İş №2(003)-3694/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3694/2024

27.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3694/2024 27.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi Atakişiyeva Hicran Vahid qızının iştirakı İddiaçı X1 Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X5 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (abonent kodu **********00020) hesablanmış 3.939,84 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 nümayəndəsi Atakişiyeva Hicran Vahid qızı məhkəmə iclasında göstərdi ki, ünvan 1 ünvanında yerləşən evə məxsus qaz sayğacına əsassız olaraq yüksək borc hesablanmışdır. Cavabdehn tərəfindən tərtib edilmiş akt əsasında sayğacda nasazlıq aşkar edilmiş və guya sayğaca müdaxilə edilmişdir. Sözügedən aktda 3.939,84 manat məbləğində qaz borcu hesablanmışdır və bu aktdan xəbərləri olmamışdır. Akt mərhum atası X2 adınadır. Qaz sayğacına müdaxilə etmək imkanı və niyyəti olmamışdır. "Azəriqaz" İB-in nümayəndəsi iddia edir ki, sayğaca kənar xətt qoşulub.Lakin onlarda qeyri-qanuni xətt yoxdur. Qaz ödənişini kartla edirlər və qış fəsilində həmin evdə qalmırlar. İddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh "Azəriqaz" İB-nin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı kənar xəttdən istifadə edərək qaz sərfiyyatına yol vermişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. X4 aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı ünvan 1 ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 32.832 kub.metr qaz itkisi hesablanmışdır. “Qaz təhcizatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh İB-nin iddiaçı X1 xx.xx.2023-cü il tarixli aktda qaz sayğacından kənar qeyri-qanuni istifadə etdiyi göstərilir. Lakin Cavabdeh İB qaz xəttini şəbəkədən ayırıb aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq orqana göndərilməli və ya iddiaçının hərəkətlərində cinayət tərkibi olduğu halda prokurorluq orqanları cinayət işini başlanmalı idilər. İş üzrə Cavabdeh İB bu hərəkətləri etməmişdir.Bu səbəbdəndən məhkəmə hesab edir ki, X1 iddiası təmin olunmalı, Cavabdeh İB tərəfindən hesablanmış borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmədə müəyyən olundu ki, iddiaçı X1 iddia tələbi 3.939,84 manat borcun silinməsidir.Belə olan halda dövlət rüsumu 59,39 manat təşkil edilir və cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaəsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı X3 ünvan 1 ünvanına (abonent kodu **********00020) hesablanmış 3.939,84 (üç min doqquz yüz otuz doqquz manat səksən dörd qəpik) manat məbləğində borc silinsin. 59,39 (əlli doqquz manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar