Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3698/2023 28.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona (abonent kodu **********00500) əsassız hesablanmış 3514,94 (üç min beş yüz on dörd manat doxsan dörd qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı ünvan 1 ünvanında yerləşən evə məxsus qaz sayğacına akt tərtib edilməklə əsassız olaraq borc hesablanmışdır. Sözügedən aktlardan heç bir xəbəri olmamış və akt onun iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqdan sonra ona məlum olmuşdur ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş akt əsasında sayğacda nasazlıq aşkar edilmiş və guya bu da sayğaca müdaxilə edilməsi və qat itkisi kimi qiymətləndirilmişdir. Aktlar əsasında iddiaçı üçün 3514,94 manat məbləğində qaz borcu hesablanmışdır. Onun qaz sayğacına müdaxilə etmək imkanı, heç vaxt belə bir niyyəti olmamışdır. Buna baxmayaraq Cavabdeh İB tərəfindən ona əsassız olaraq borc hesablanmışdır. Cavabdeh təşkilat qaz xəttinə müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə öhdəlik daşımır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin iddiaçının qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqə olmasını və onun təqsirli olmağını sübuta yetirməlidir. Hesab edir ki, Cavabdeh İB tərəfindən ona əsassız hesablanmış ümumilikdə 3514,94 manat borcun silinməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən, Cavabdeh İB tərəfindən ona (abonent kodu: **********00500) əsassız hesablanmış 3514,94 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun tərəfindən təbii qazdan heç vaxt qanunsuz istifadə halı olmamış, təbii qaza görə borcu yoxdur, cavabdeh təşkilatın nümayəndələri tərəfindən aşkar edilmiş sayğacdan kənar qaz xətti onun qonşuluğunda yerləşən evlərə aid olmuş, lakin aktlar onun ünvanına aid sayğac barəsində tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, abonent İddiaçı qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. Odur ki, kənar xəttin kəsilməsi dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-587/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, döngə 1, ev 21 (tərtib olunmuş sənədlərdə Bakı şəhəri, ünvan 2 ünvanında təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli 58/0395 saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktların ləğv edilməsi, Cavabdeh tərəfindən İddiaçı abonent koduna (abonent kodu **********00500) hesablanmış 3452.4 (üç min dörd yüz əlli iki manat qırx qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir. İş materiallarında olan abonentin saldosundan və “Gasrep” proqram təminatı çıxarışından görünür ki, İddiaçı (**********00500 sayla qeydiyyata alınmış abonent koduna) hazırda 3514,94 manat borc hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan və “Gasrep” proqram təminatı çıxarışından görünür ki, verilən qaz xətti üzrə **********00500 sayla qeydiyyata alınmış abonent koduna (abonent İddiaçı 2023-cü ilin oktyabr ayınadək ümumilikdə 3514,94 (2296,8 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar (xx.xx.2017-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli aktlar) əsasında hesablanmış borc, 748,66 manat (aparılmış ödənişlər nəzərə alınmaqla) manat qazdan istifadəyə görə hesablanmış debitor borc, 469,48 əvvəlki aktlar üzrə hesablanmış borc) manat zərər hesablanmışdır. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərək sayğacdan kənar təbii qazdan istifadə olduğu müəyyən edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-587/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi hazırkı iş üzrə xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış 4417,10 manat borcun 3452,4 manat məbləğində olan hissəsi silinmişdir. Göründüyü kimi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-587/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə yuxarıda qeyd olunan aktlara qiymət verilmişdir. Eyni zamanda qeyd olunan aktlar üzrə hesablanmış borc 4417,0 manat olsa da iddiaçı iddia tələbində 3452,4 manat borcun silinməsin xahiş etdiyindən iddia tələbi həmin hissədə təmin edilməklə 3452,4 manat borc iddaçının abonent hesabından silinmişdir. İddiaçının əvvəlki iddia tələbində ləğv olunmasını xahiş etdiyi aktlar üzrə borc məbləğinin cəmi 4417,0 manat olmuş, lakin iddiaçı iddia tələbində 3452,4 manat borcun silinməsini xahiş etmişdir. Yəni Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanunui qüvvəyə minmiş qətnaməsi ilə yuxarıda adları qeyd olunmuş aktlara münasibət bildirilməklə həmin aktlar əsassız hesab olunmuşdur. Hal-hazırda iddiaçı iddia tələbində silinməsini xahiş etdiyi 3514,94 manat borcun 469,48 manat olan hissəsi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-587/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qiymət verilmiş aktlar üzrə hesablanmış borcun bir hissəsidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsi qeyd olunan aktlar hissəsində preyudisial əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu hal sübut etməkdən azad olmaq üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsinə yol verilməməklə yenidən sübut edilməsinə zərurət olmadığından İddiaçı **********00500 saylı abonent hesabına xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar üzrə hər-hansı araşdırılma aparılmadı. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 469,48 manat məbləğində olan hissəsi əsassız olduğundan iddia tələbi bu hissədə təmin edilməməlidir. Bundan başqa abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə iddiaçıya hesablanmış, hal hazırda iddiaçının silinməsini xahiş etdiyi 3514,94 manat borcun 748,66 manatı (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) təbii qaza görə sayğac göstəricisinə əsasən hesablanmış borcudur. Məhkəmə iddia tələbinin həmin hissəsinə qiymət verərək hesab edir ki, 748,66 manat borc abonentin istifadə etdiyi təbii qaza görə sayğac göstəricisinə əsasən hesablandığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan başqa abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə iddiaçıya hesablanmış, hal hazırda idiaçının silinməsini xahiş etdiyi 3514,94 manat borcun 2296,8 manatı sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar (xx.xx.2017-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli aktlar) əsasında heablanmış borcdur. Belə ki, iş materiallarında olan abonentin saldosu üzrə borcun hesablanmasına əsas olmuş aktlardan əvvəlki məhkəmə zamanı araşdırma predmeti olmayan xx.xx.2017-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli aktlar mövcuddur. İş materiallarından görünür ki, iddiaçıya aid abonent saldosunda xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar əsasında abonentə borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və həmin aktla bağlı 13 aprel 2017-ci il tarixli ziyanın hesablanması dair tarixli tələbnamənin surətindən, həmçinin xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların və dəymiş ziyanın hesablanması dair eyni tarixli tələbnamələrin surətindən görünür ki, abonent kodu **********00500 sayla qeydiyyata alınmış ünvanda sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün hesabat aparılmış və xx.xx.2017-ci il tarixli ******* saylı akt üzrə 3636 m3 həcmində qaz itkisi, xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 8856 m3 həcmində qaz itkisi, xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 6840m3 həcmində qaz itkisi hesablanmaqla müvafiq olaraq xx.xx.2017-ci il tarixli ******* saylı akt üzrə 727,20 manat (3636 x 0,20 = 727,20 manat), xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 885,60 manat (8856 x 0,10 = 885,60 manat), xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 684 manat (6840 x 0,10 = 684 manat), ümumilikdə 2296,80 (iki min iki yüz doxsan altı manat səksəsn qəpik) manat dəymiş ziyan hesablanmışdır. Məhkəmə hesab edir ki, ilk öncə xx.xx.2017-ci il tarixli, ******* saylı, akt əsasında sayağcdan kənar qaz xəttindən istifadəyə görə abaonentə hesablanmış 727,2 manat borc silinməlidir. Belə ki, iş materiallarında olan “Gasrep” proqram təminatı çıxarışından görünür ki, iddiaçı 2012-2019-cu illərdə istifadə etdiyi təbii qaz görə davamlı olaraq təxminən eyni məbləğdə ödənişlər etmişdir. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-587/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə də, iddiaçıya 2018-ci ilin yanvar ayından 2020-ci ilin mart ayınadək olan dövrdə borcun hesablanmasına əsas olmuş aktlar ləğv olunmuş, həmin aktlar əsasında hesablanmış borc silinmişdir. Məhkəmə xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı aktlar əsasında hesablanmış borc məbləğləri ilə bağlı qeyd edir ki, həmin aktları iddiaçının qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən sübut kimi qəbul edilməlidir. Belə ki, iş materiallarında olan abonnent saldosundan və “Gasrep” proqram təminatı çıxarışından görünür ki, iddiaçı 2020-2021-ci illərdə hər-hansı ödəniş etməmişdir. Belə olan halda 2021-ci ildə təbii qazdan sayğacdan kənar istifadənin ümumiyyətlə olmaması barədə iddiaçının dəlili inandırıcı deyil. Belə ki, 2012-2019-cu illər ərzində ödənişləri aparıldığı halda 2021-ci il tarixdə (aktların tərtib olunduğu tarix) təbii qazdan istifadəyə görə ödənişlərin aparılmaması qeyri-qanuni istifadə ilə bağlı aktların əsaslı olduğunu göstərir. Lakin, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı aktlara əsaslanmaqla itirilmiş qazın bərpası üçün dəymiş ziyan üçün 1596,6 (885,6+684,0) manat məbləğində ziyan qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2021-ci il tarixli ******* saylı aktlar əsasında İddiaçı 1596,6 manat ziyan hesablasa da iş üzrə işin faktiki halların məhkəmədə tədqiq olunması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada cavabdeh tərəf həmin məbləğdə ziyanın hesablanmasını əsaslandıran, yəni idiaçının məhz 1596,6 manat məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur. Lakin məhkəmə hesab edir ki, iddiaçı yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsə də ona ziyan hesablanarkən qaz avadanlıqlarının orta günlük iş rejimi 24 saat və 90 gün (xx.xx.2021-ci il tarixli ******* saylı aktda dəmir soba üçün 30 gün hesablanması istisna olmaqla) götürülməklə iddiaçıya zərər hesablanmışdır. Məhkəmə qeyd edir ki, qaz avadanlıqlarının orta günlük iş rejminin 24 saat və dəymiş zərərin 90 günə görə hesablanması ağlabatan hesab etmək olmaz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının evində qanunsuz qaz xəttindən istifadə edilsə də və həmin an hesablanarkən orta günlük iş rejimi 24 saat olaraq hesablansa da, məhkəmə orta günlük iş rejiminin PQ4 qaz avadanlığı üçün 8 saat, qənaətli su qızdırıcısı qaz avdanlığı üçün 8 saat, dəmir soba qaz avadanlığı üçün isə 8 saat olaraq 30 günə hesablanmasını ağlabatan və işin hallarına uyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı təşkilatın nümayəndələri tərəfindən hər həftə aparılan yoxlamalar nəzərə alınaraq, itirilmiş təbii qazın bərpasına dair zərərin hesablanma müddəti PQ4 qaz avadanlğı üzrə günlük orta iş rejimi 8 saat, qənaətli su qızdırıcısı qaz avadanlığı üzrə 8 saat, dəmir soba qaz avadanlığı üzrə 8 saat olmaqla hesablanmalıdır. Odur ki, xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə PQ4 qaz avadanlığı üçün 1.2x8x30=288 m3, QSSQ qaz avadanlığı üçün 1.5x8x30=360 m3, dəmir soba üçün 1.4x8x30=336 m3, xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə PQ4 qaz avadanlığı üçün 1.2x8x30=288 m3, QSSQ qaz avadanlığı üçün 1.5x8x30=360 m3, dəmir soba qaz avadanlığı üçün 1.4x8x30=336 m3 olmaqla cəmi 196,80 manat (1968 m3 x0,10) məbləğində borcun iddiaçıya hesablanması ədalətli və ağlabatandır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı aktlar əsasında (abonent kodu: **********00500 olan) hesablanmış 2100,0 (2296,80- 196,80) manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 10.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 41 (qırx bir) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı məxsus ünvana (abonent kodu: **********00500) hesablanmış 2100,0 (iki min bir yüz manat) manat məbləğində borc silinsin. 41 (qırx bir) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-3698/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3698/2023
28.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver